YAP Sədrinin müavini Tahir Budaqov ATƏT DTİHB Seçki Müşahidə Missiyasının rəhbəri ilə görüşüb
15.01.2024 [19:33]
Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov yanvarın 15-də ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) Seçki Müşahidə Missiyasının rəhbəri Ouen Mörfi və missiyanın əsas heyətinin üzvü Dominik Houeli qəbul edib.
Qonaqları salamlayan YAP Sədrinin müavini Tahir Budaqov Azərbaycanın seçki təcrübəsi barədə ətraflı məlumat verib. O, 2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkilərinin azad, şəffaf və demokratik şəraitdə baş tutacağına əminliyini ifadə edib.
Görüş imkanının yaradılmasına görə təşəkkürünü bildirən missiyanın rəhbəri Ouen Mörfi ATƏT DTİHB missiyasının tərkibi və fəaliyyəti barədə məlumat verib. O, Azərbaycandakı seçki mühitini və təşviqat kampaniyalarının gedişatını öyrənmək məqsədilə seçkilərdə iştirak edən partiyalar və namizədlərlə görüşlər keçirdiklərini söyləyib.
YAP Sədrinin müavini Tahir Budaqov Yeni Azərbaycan Partiyasının seçkilərə hazırlıq tədbirləri haqqında ümumi məlumat verərək istər partiyanın namizədinin qeydiyyatı üçün tələb olunan imzaların toplanması işində, istərsə də təşviqat kampaniyasında YAP fəallarının aktiv iştirak etdiklərini deyib. O, Azərbaycandakı şəffaf və ədalətli seçki mühitində bütün namizədlərə bərabər imkanların yaradıldığını diqqətə çatdırıb.
Tahir Budaqov ATƏT DTİHB missiyasının yekun hesabatının qərəzsiz, obyektiv olacağına ümidvar olduğunu bildirib və missiyanın fəaliyyətinə uğurlar arzulayıb.
Xəbər lenti
Hamısına baxDünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29

