30 ilin "lal AŞPA"sı niyə dil(l)ənir…
23.01.2024 [10:54]
"Səs şousu" və ya Avropanın qürubu…
Azərbaycanın regionda yaratdığı yeni siyasi reallıqlar mühüm nəticələrə yol açıb. Atılan və qarşıdakı mərhələ üçün nəzərdə tutulan addımlar iqtisadi-siyasi lideri statusunda çıxış etdiyimiz Cənubi Qafqazda erməni separatizmini sona çatdırıb, bölgənin qlobal münasibətlər sistemində müstəqil regional subyekt kimi çıxışını təmin edib, ən əsası isə bəzi imperialist maraqların regiona uzanan əllərini kəsib. Bu isə özündə qlobal güclərin bölgəyə yönəlik davranışlarında korrektləri ehtiva edir.
Təbii ki, Azərbaycanın yeni geopolitik mərhələ formalaşdırması qeyd edilən imperialist güclərin, xüsusilə Vətən müharibəsindən və antiterror tədbirlərindən sonra Bakıya qarşı münasibətlərində rəngləri daha da tündləşdirən Qərb kontingentinin maraqları ilə uzlaşmır. Ermənilər vasitəsilə bölgəyə nüfuz etmənin yeni istiqamətlərini "müəyyənləşdirməyə" çalışan Avropa bu məsələdə əsl keçilməz səddə çevrilən Azərbaycanın qətiyyəti ilə qarşılaşıb. Bu səbəbdəndir ki, yeni mərhələdə ölkəmizə qarşı ikili standartlara söykənən "siyasi təzyiq" formalarına "müraciətlər edilir".
Qərəzin pik həddi…
Məsələn, erməni lobbisinin ciddi təsiri altında olan, anti-Azərbaycan bəyanatları ilə çıxış edən Avropa Parlamentinin ardınca Avropa Şurası Parlament Assambleyası (AŞPA) da qərəzli "iddialar" səsləndirir - Qurum Azərbaycanın səsini dondurmaq təşəbbüsü ilə çıxış edib. Bu "təşəbbüsün" ortaya atılmasını şərtləndirən "səbəblər" də ortadadır. Burada əsas hədəf müstəqil xarici siyasət yürüdən, milli maraqlarını əsas tutan Azərbaycanın yaratdığı regional reallıqlardır. AŞPA-nın bu mövqeyi qərəzin pik həddi hesab oluna bilər.
Birmənalı olaraq vurğulanmalıdır ki, ortaya atılan bu "təşəbbüsün" insan hüquqları ilə heç bir əlaqəsi yoxdur. Bu, öz suverenliyini və ərazi bütövlüyünü bərpa etmiş Azərbaycana qarşı qisas cəhdidir. Xatırlayaq ki, hələ II Qarabağ müharibəsi dövründə, eyni zamanda müharibədən sonrakı dövrdə Avropanın bir sıra siyasi təsisatları qələbəmizi həzm etmirdilər – onlar bölgəyə nüfuz rıçaqlarını itirmələri ilə barışa bilmirdilər. Əgər məsələ "insan haqları"dırsa, niyə AŞPA 30 ilə yaxın müddətdə azərbaycanlıların pozulan hüquqlarını bərpa etmək uğrunda qəti addımlar atmırdı və ya Ermənistan nümayəndə heyətinin fəaliyyətini, səs hüququnu dondurmurdu? Demək ki, "insan haqları" iddiası sadəcə görüntüdür – əsl məqsəd Azərbaycanın böyük bir coğrafiyanın gələcəyi üçün planlaşdırdığı yeni nizama mane olmaqdır.
AŞPA öz "dəyərlərini" ayaqları altına alır…
Əslində hazırki durum ortaya bir sıra mühüm suallar çıxarır:
-Bu gün AŞPA hansı dəyərlər üzərində bərqərar olub və yürütdüyü siyasət elan etdiyi "prinsiplərlə" üst-üstə düşürmü?
-AŞPA bölgəsəl problemlərin həllində hansı üstünlüklər formalaşdırır?
- Konkretləşdirsək, AŞPA Avropada qarşıdurmaların və ya konfliktlərin həllində ədalətli və qətiyyətli yanaşma sərgiləyibmi?
Bu suallar ilk baxışdan ritorik xarakter daşısa da, özündə reallıqları əks etdirir. Amma nəzərə alınmalıdır ki, AŞPA insan hüquqlarının, demokratiyanın və qanunun aliliyinin müdafiəsi ilə məşğul olduğunu iddia edən və özündə 46 dövləti birləşdirən bir beynəlxalq təşkilatın - Avropa Şurasının parlament qoludur. Konkret misal üzərində fokuslansaq, AŞPA 30 ildən artıq sürmüş "Qarabağ münaqişəsi" dövründə hansı insan haqlarını müdafiə edib – həmin dövrdə azərbaycanlıların hüquqları ilə bağlı işğalçı tərəfə təzyiq edibmi – xeyr. Və ya Ermənistanda nəinki pozulan, hətta yerlə bir edilən "demokratiya" ilə bağlı kəskin bəyanatlar veribmi – xeyr. Nəhayət, qanunun aliliyi məsələsinə gəldikdə – AŞPA dünyanın ən ali və mötəbər statusa malik BMT TŞ-nin Azərbaycanın işğal altındakı bölgələri ilə bağlı məlum 4 qətnaməsinin icrası ilə bağlı qətiyyət nümayiş etdiribmi – xeyr. Demək ki, AŞPA hər hansı bir ideal uğrunda mübarizə sərgilədyini sübut edə bilməz. Bu gün regionda siyasi sabitliyi və özünün ərazi bütövlüyünü təmin etmiş, demokratik ənənələrə sadiqliyi ilə seçilən, BMT TŞ-nın qətnamələrini icra edərək Avropanın Ermənistan tərəfindən ayaqlanan "qərarlarını" həyata keçirən Azərbaycan üçün nəinki AŞPA-da səsin dondurulması, bu qurumun özü belə heç bir əhəmiyyət kəsb etmir. Azərbaycan vaxtilə Qarabağ probleminin həllinə olan ümidlərə görə AŞ-ya üzv olmuşdu. Amma uzun illər qurum Ermənistanın Azərbaycana qarşı təcavüzü və ərazilərin işğalı faktına qarşı heç bir tədbir görməyib, yalnız hüquqi çəkisi olmayan azsaylı bəyanatlarla kifayətlənib – hansı ki, həmin bəyanatlar rəsmi İrəvan tərəfindən ümumiyyətlə saya salınmayıb. Beləliklə, hazırda Avropada heç bir nüfuzu olmayan Avropa Şurasına Azərbaycanın ehtiyacı yoxdur.
Tüprkəfob "düşərgə"…
Bu gün ümumilikdə Avropa kontingentində baş verən siyasi-hərbi proseslərə diqqət yetirdikdə bir məqam diqqəti xüsusilə cəlb edir – Avropanın əksər siyasi təşkilatları məsələlərə mahiyyətinə görə və ya hüququn aliliyi nöqteyi nəzərdən deyil, korporativ maraqlar çərçivəsindən qiymətləndirir. Bununla bağlı onlarla misal çəkmək olar. Hətta Avropa özünə "müttəfiq" adlandırdığı bəzi ölkələrlə bağlı yanaşmalarında belə həmin "şəxsi maraq" prizmasından çıxış edirlər ki, bu da onların əsl üzünü ortaya çıxarır. Beynəlxalq hüququ özünün vasitəçi aləti, daha dəqiq ifadə etsək "siyasi dəyənəyi" kimi istifadə edən həmin Avropa təsisatları üçün milli dövlətlərin mənafeyi və ya haqlı tələbləri ikinci planda yer alır.
Qeyd edilən amillər AŞPA-ya da aiddir – belə ki, Azərbaycan 2001-ci ildə bu təşkilata üzv olandan bəri ermənipərəst, islamofob qüvvələr bu təşkilatdan daim Azərbaycana qarşı vasitə kimi istifadə ediblər. Avropa Şurası müxtəlif region ölkələrinin Avropa Parlamentinə düşə bilməyən islamofob və türkəfob təfəkkürlü nümayəndələrinin düşərgəsidir.
Məğlub, qorxaq, maskalanmış Fransa…
Təbii ki, bu "təşəbbüsün" məhz medalyonun "əks üzü" - Fransanın "əkizi" olan almaniyalı deputat tərəfindən səsləndirməsi də xüsusi bir faktdır. Deputat Frank Şvabenin "səsləndirdiyi" "təşəbbüs" Fransa və Almaniyanın tandem şəklində çıxış etməsinin, bir sıra hallarda Fransanın öz istəklərini Almaniya vasitəsilə reallaşdırmağa çalışmasının növbəti sübutudur. Neokolonialist üzü dünyada ifşa edilmiş, Cənubi Qafqaza yönəlik yeni imperialist və məkrli siyasəti Azərbaycan tərəfindən "iqnor" olunmuş, ermənilərdən özünün ucuz vasitəsi kimi istifadə etməyə çalışması faktı sübuta yetirilmiş Fransa bunu öz adından edə bilmir. Çünki bu Makron hakimiyyətinin Azərbaycan qarşısındakı qəti məğlubiyyətini reallaşdıracaq – onsuz da Fransa Azərbaycana son illərdə siyasi meydanlarda ard-arda uduzur. Xarici siyasətində ardıcıl uğursuzluqları və nüfuzdan düşməsi isə Fransanı gizlənməyə məcbur edib – bu dəfə isə "siyasi tatamidə" Almaniyanı "qabağa verib"…
P. SADAYOĞLU
Xəbər lenti
Hamısına baxSiyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Gündəm
04 May 14:45
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45

