İlk səsin sevinci və qüruru
07.02.2024 [18:45]
7 fevral 2024-cü il ölkəmizin şərəfli tarixinə suveren Azərbaycanda keçirilən ilk prezident seçkiləri günü kimi həkk olundu. Bu gün hər birimiz seçki məntəqələrinə həm də bu mötəbər tarixin şahidi və iştirakçısı olmağın qüruru ilə tələsdik, sözsüz.
Ancaq bəziləri üçün bu seçkilər iki qat bayram, iki qat qürur yaşatdı. Çünki onlar bu gün ilk dəfə olaraq seçki hüququna malik vətəndaş kimi öz həlledici səslərini verməyə gedirdilər. İlk seçki hüquqlarının suveren ölkədə keçirilən birinci seçkilərə təsadüf etməsi möhtəşəm hadisə deyilmi?!
Həmin sevinc və fərəh hissini yaşayanlardan biri də Murad Elşad oğlu Əliyev idi. 7 fevralda 18 yaşı tamam olan Murad, fikrimcə, ömrünün ən gözəl və əlamətdar ad günlərindən birini məhz bu tarixdə yaşadı. Axı o, həm ad gününü, həm də seçki hüququna malik vətəndaş kimi suveren respublikamızda keçirilən seçkilərdə səs verməyini qeyd edirdi.
Onun bu ad gününü aid olduğu seçki məntəqəsi xüsusən unudulmaz etdi.
Səs vermək hüququndan istifadə etmək üçün 26 saylı Sabunçu birinci seçki dairəsinin 36 saylı seçki məntəqəsinə gələn Muradı burada bayram ab-havası ilə qarşıladılar. Dairənin sədri Əliəsgərov Hüseynqulu gənci həm ad günü, həm də ilk seçki hüququ münasibəti ilə təbrik edib, bu günün önəm və dəyərindən danışdı. Qəhrəman Azərbaycan ordusunun qazandığı böyük zəfərlərlə ölkəmizin işğal altında olan bütün torpaqlarının azad olunduğunu bildirən sədr indi Qarabağımızda, yurdumuzun hər yerində seçkilərin keçirildiyini vurğuladı. H.Əliəsgərov dövlətimizin gələcək müqəddəratını həll edəcək bu əlamətdar seçkilərin məhz bu gün- Murad Əliyevin ad günündə keçirilməsini isə gözəl şans kimi dəyərləndirdi.
36 saylı seçki məntəqəsinin sədri Mətləb Hüseynov da çıxış edərək Murad Əliyevi 18 yaşının tamam olması və ilk səsvermə hüququ qazanması münasibəti ilə təbrik edib, ona gələcək həyatında böyük uğurlar arzuladı.
26 saylı Sabunçu birinci seçki dairəsi tərəfindən Murad Əliyevə Fəxri fərman və hədiyyələr təqdim olundu.
Ona göstərilən diqqətə görə hər kəsə təşəkkürünü bildirən gənc seçici keçirilən prezident seçkilərinin və öz səsinin xalqımız, millətimiz üçün, xeyirli, uğurlu olmasını dilədi.
Daha sonra vətəndaş səsvermə hüququndan istifadə etdi.
Şahanə Müşfiq
Xəbər lenti
Hamısına baxDünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43

