Baxa - baxa qalıblar!
13.02.2024 [10:30]
Qərbin “durbin siyasəti” iflasın dibində...
Cənubi Qafqazda təhlükəsizliyin təmin edilməsində maraqlı olmayan bəzi dairələr “anti - sülh” mahiyyətli addımlarını davam etməkdə israrlıdırlar. Məsələn, heç bir siyasi-ictimai mahiyyət daşımayan, sadəcə olaraq, regiona “nəzarət” üçün Ermənistana yerləşdirilən Aİ-nin “müşahidə missiyası”nın əsl “fəaliyyət mexanizmləri” hər kəsə bəllidir. Bu qrup monitorinq missiyası mahiyyətindən daha çox Ermənistanı sülhdən uzaqlaşdırmaq üçün təzyiq vasitəsi kimi istifadə olunur. Onların daha çox kəşfiyyat xarakterli fəaliyyətlə məşğul olması sirr deyil. “Durbin diplomatiyası”nı özünün ən vacib hərəkət mexanizminə “çevirdiyini” düşünən qrup ara-sıra xarici ölkələrin Ermənistandakı səfirlərini, İrəvanda qonaq olan amma sülh məsələsinə ən minimum dəxli olmayan xarici nümayəndələri şərti sərhədə gətirir, onların Azərbaycan torpaqlarına “boylanan yerdə” şəkillərini çəkir paylaşır. Bunu isə həm də özünün missiyası sayır. Təəssüf ki, bəzi hallarda işlərini “boylanmaqla” da bitmiş saymırlar.
Bir neçə gün öncə Ermənistandan Azərbaycana keçmək istəyən Çexiya vətəndaşı saxlanılmışdı. Bununla bağlı bildirilmişdi ki, Çexiya vətəndaşı Ermənistan tərəfdə minalanmış zonadan keçərək Azərbaycan ərazisinə daxil olub. Eyni zamanda, son vaxtlar bir sıra Avropa ölkələrinin, xüsusən də Fransanın nümayəndələri Ermənistan-Azərbaycan sərhədində kifayət qədər tez-tez görünürlər. Belə ki, fevralın 2-də Fransa Milli Jandarmeriyasının briqada generalı Uilyam De Meyer Avropa İttifaqının Ermənistandakı mülki missiyasının yerləşdiyi yerə baş çəkib, orada sərhəddəki vəziyyətlə tanış olub. Bir sözlə, missiya “əlinə keçən” hər kəsin əlinə bir durbin verib Azərbaycana tərəf boylandırır...
Yeri gəlmişkən, Fevralın 12-də Avropa İttifaqının (Aİ) Azərbaycan Respublikasındakı səfiri Peter Mixalko Xarici İşlər Nazirliyinə çağırılıb. Ona Aİ-nin Ermənistandakı Monitorinq Missiyasının fəaliyyətinin ciddi narahatlıq doğurduğu bir daha deyilib. Missiyanın mahiyyət etibarilə müxtəlif Avropa rəsmilərinin, habelə qeyri-rəsmi nümayəndə heyətlərinin sərhəd bölgələrinə səfərlərinin təşkilinə töhfə verən “binokl diplomatiyası”nın agentinə çevrildiyi Aİ tərəfinin diqqətinə çatdırılıb. “Binokl diplomatiyası”nın bu fəallığının sərhəd boyunca indiyədək görülməmiş sakitliyin hökm sürdüyü, habelə həm Azərbaycanın, həm də Ermənistanın ciddi etimad quruculuğu tədbirləri həyata keçirdiyi bir zamanda müşahidə olunmasının xüsusilə narahatlıq doğurduğu diqqətə çatdırılıb.
Bəli, Qərbin demək olar ki, əksər siyasi gedişləri kimi, Ermənistandan Azərbaycana tərəf tuşladığı “durbin”in də siyasi mahiyyəti iflasa uğrayıb. Durbinin əsl funksiyası “uzağı yaxın etmək”dirsə, Qərbin İrəvandan Bakıya istiqamətlənən və əlində tərs tutduğu durbin “yaxını daha da uzaq edir”. Dildə “sülhün vacibliyindən” danışan Qərb bu tərs durbinlərlə sülhə mane olur. Qərb diplomatiyasının “durbin seyri” sabitlikdən çox qarşıdurmaya, sakitlikdən çox silahlanmaya xidmət edir. Amma niyyətlərinə nail ola bilmirlər - baxa baxa qalırlar...
P.SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47

