Milli-mənəvi dəyərlərə sadiq gənclik
15.02.2024 [13:52]
Dövlət gənclər siyasəti prioritet istiqamətlərdən biridir
NARDAR
Azərbaycan xalqı zəngin milli-mənəvi dəyərlərə sahibdir. Milli-mənəvi dəyərlərimizin xalqımızın formalaşmasına təsiri ilə yanaşı, milli dövlətçiliyimizin möhkəmləndirilməsində də xüsusi rolu var. Milli-mənəvi, o cümlədən dini dəyərlərimizin, adət-ənənələrimizin dərindən öyrənilməsi və araşdırılması müasir cəmiyyətimizin prioritet istiqamətlərindən biridir. Tarixi təcrübə göstərir ki, öz soykökündən, tarixindən, milli-mənəvi dəyərlərindən uzaq düşən millətlər və dövlətlər müəyyən zaman kəsiyində yox olmaq, tarix səhnəsindən birdəfəlik silinmək təhlükəsi ilə üz-üzə qalmışlar.
Milli-mənəvi dəyərlər deyərkən, milli ideologiya, mənəvi yaddaş, milli tarix, milli dil, ənənəvi dini dəyərlər, milli mədəniyyət və incəsənət, milli ədəbiyyat, milli özünüdərk, ailə sistemi, dahi şəxsiyyətlərimiz, milli musiqimiz və s. başa düşülür. Bir sözlə, milli və mənəvi olan bütün nailiyyət və keyfiyyətlərimiz milli-mənəvi dəyərlər sisteminə aiddir. Müstəqil Azərbaycanda milli-mənəvi dəyərlərin qorunması və daha da zənginləşdirilməsi siyasətinin, hər cəhətdən nümunəvi olan dövlət-din münasibətlərinin əsası isə xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulub. Ümummilli Lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi illərdə həmçinin xalqın milli-mənəvi və dini dəyərlərinin qorunub saxlanılmasına, daha da zənginləşdirilməsinə, respublikamızda tolerantlıq ənənələrinin möhkəmlənməsinə böyük həssaslıqla yanaşırdı. Onun parlaq fəaliyyəti, əməllərində təcəssüm etdirdiyi azərbaycançılıq fəlsəfəsi xalqımızın milli kimliyini qoruyub saxlamasında müstəsna rol oynayıb.
Hazırda bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Burada mühüm amillərdən biri Azərbaycan gəncliyinin milli ruhda, milli dəyərlərimizə sadiq toplum olaraq yetişdirilməsidir. Bu istiqamətdə də pozitiv nəticələr əldə edilib. Bütövlükdə, gənclər siyasəti Azərbaycanda dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Bu siyasətin əsas məqsədi gənclərin hərtərəfli inkişafını təmin etmək, onları yüksək vətənpərvərlik ruhunda formalaşdırmaq, layiqli vətəndaş kimi yetişdirməkdən ibarətdir. Azərbaycan dövləti gənclərə hər zaman malik olduqları bacarıq, qabiliyyət və intellektual imkanlar müqabilində geniş meydan verir, bu təbəqəyə daim böyük diqqət və qayğı ilə yanaşır. Bu gün gənclər siyasəti respublikamızda gəncliyin inkişaf yoluna işıq salıb, gənclərin dövlət idarəçiliyində, cəmiyyət həyatının bütün sahələrində iştirak edən güclü sosial təbəqəyə çevrilməsini təmin edib. Bu baxımdan, Prezident İlham Əliyevin gənclərlə iş sahəsində həyata keçirdiyi tədbirlər Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyən olunmuş gənclər siyasətinin uğurlu davamı kimi cəmiyyət tərəfindən təqdir edilir.
Əlbəttə ki, milli-mənəvi dəyərlərə sadiq gənc nəslin yetişdirilməsi hər zaman diqqət mərkəzində olmalıdır. Prezident İlham Əliyev fevralın 14-də keçirilən andiçmə mərasimindəki nitqində bildirib ki, biz elə bir gənc nəsil yetişdirməliyik ki, onlar da daim bizim kimi milli ənənələrə, milli-mənəvi dəyərlərə sadiq olsunlar, onların beyinləri saf olsun. Heç kim onların beyinlərini zəhərləmək istəyəndə uğura nail olmasın. Doğrudur, qloballaşma şəraitində müəyyən beynəlxalq güclər tərəfindən milli dövlətlərə zərərli “dəyərlər” ixrac edilir ki, bu da xalqların milli kimliyinin, dəyərlərinin, adət-ənənələrinin məhv edilməsinə hesablanıb. Azərbaycan da məhz həmin güclərin hədəfində həmişə olub. Sevindirici haldır ki, gənclərimiz xaricdən gələn sözügedən “dəyərlərə” uymur, milli ruhda böyüyürlər. Buna nümunə olaraq, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda gənclərimizin böyük şücaətini göstərmək olar. Torpaqlarımızın işğaldan azad olunması, ərazi bütövlüyümüzün bərpası ilə nəticələnən Vətən müharibəsi Azərbaycan xalqının milli həmrəyliyinin, monolit birliyinin təntənəsi oldu. Azərbaycan gəncləri Vətən müharibəsindən şərəflə çıxdılar, Prezident İlham Əliyevin gözləntilərini layiqincə doğrultdular. Müharibəyə yollanan gənclərin hamısı döyüşlərdə qəhrəmancasına iştirak etdi. Onlar bütün dünyaya Azərbaycan gəncinin nəyə qadir olduğunu göstərdilər. Hər biri öz cəsurluğu, igidliyi ilə vətənpərvərlik salnaməsi yazdı, qələbə dolu döyüş yolu ilə dillərdə dastana döndü. 44 günlük müharibədə Vətən uğrunda canından keçərək şəhidlik zirvəsinə ucalanların böyük əksəriyyətini də məhz gənclər təşkil etdi.
Dövlətimizin başçısı sözügedən çıxışında onu da deyib ki, gənclərin milli dəyərlərə sadiqlik ruhunda yetişməsində ilk növbədə, ailə tərbiyəsi ön plana çıxır: “Xoşbəxtlikdən Azərbaycan ailəsi sağlam ailədir, ənənələr, milli dəyərlər üzərində qurulan ailədir. Ailə tərbiyəsi hər bir gənc üçün, hər bir uşaq üçün əsas tərbiyədir”. Həqiqətən də, bu gün Azərbaycandakı ailə institutu dünya üçün nümunədir. Sağlam ailə milli dəyərlər sistemində çox önəmli yer tutur. Bu baxımdan, milli mənəvi dəyərlərə sadiq gənc nəslin yetişdirilməsi üçün sağlam ailə institutu daim qorunmalıdır.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
30 İyun 12:04
Xəbər lenti
30 İyun 12:03
Sosial
30 İyun 12:01
Sosial
30 İyun 11:59
İqtisadiyyat
30 İyun 11:58
İqtisadiyyat
30 İyun 11:57
İqtisadiyyat
30 İyun 11:55
İqtisadiyyat
30 İyun 11:54
Dünya
30 İyun 11:53
Dünya
30 İyun 11:51
Gündəm
30 İyun 11:45
Gündəm
30 İyun 11:17
Siyasət
30 İyun 11:05
Elm
30 İyun 10:59
Sosial
30 İyun 10:58
İdman
30 İyun 10:53
Siyasət
30 İyun 10:52
Gündəm
30 İyun 10:32
Gündəm
30 İyun 10:29
Ədəbiyyat
30 İyun 09:55
Xəbər lenti
30 İyun 09:55
Analitik
30 İyun 09:32
Analitik
30 İyun 09:16
Sosial
30 İyun 08:54
Sosial
30 İyun 08:30
İqtisadiyyat
29 İyun 23:49
İqtisadiyyat
29 İyun 23:34
Dünya
29 İyun 23:17
İqtisadiyyat
29 İyun 22:50
Dünya
29 İyun 22:28
Dünya
29 İyun 22:10
Sosial
29 İyun 21:45
Dünya
29 İyun 21:32
Dünya
29 İyun 21:19
Sosial
29 İyun 20:43
Dünya
29 İyun 20:30
Dünya
29 İyun 20:16
Siyasət
29 İyun 20:09
Siyasət
29 İyun 19:58
Xəbər lenti
29 İyun 19:57
Gündəm
29 İyun 19:24
Sosial
29 İyun 19:21
Müsahibə
29 İyun 19:05
İqtisadiyyat
29 İyun 18:34
Xəbər lenti
29 İyun 18:03
Siyasət
29 İyun 17:59
Sosial
29 İyun 17:29
Dünya
29 İyun 17:20
Dünya
29 İyun 16:51
Dünya
29 İyun 16:22
Sosial
29 İyun 16:17
Xəbər lenti
29 İyun 16:04
Xəbər lenti
29 İyun 16:02
Xəbər lenti
29 İyun 16:01
Siyasət
29 İyun 16:00
İqtisadiyyat
29 İyun 15:58
Siyasət
29 İyun 15:56
Dünya
29 İyun 15:49
Sosial
29 İyun 15:10
Siyasət
29 İyun 15:09
Siyasət
29 İyun 15:08
Siyasət
29 İyun 15:07
Mədəniyyət
29 İyun 14:08
YAP xəbərləri
29 İyun 13:47
Sosial
29 İyun 13:26
YAP xəbərləri
29 İyun 12:48
Sosial
29 İyun 12:42
Elm
29 İyun 12:33
Sosial
29 İyun 12:31
Xəbər lenti
29 İyun 12:29

