Qisas qiyamətə qalmadı!
22.02.2024 [17:59]
YAP Veteranlar Şurası Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar tədbir keçirib
Fevralın 22-də Yeni Azərbaycan Partiyası (YAP) Veteranlar Şurasının təşkilatçılığı ilə partiyanın Nərimanov rayon təşkilatının qərargahında Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar “Azərbaycan həqiqətləri yeni geosiyasi reallıqlar kontekstində” mövzusunda tədbir keçirilib.
Əvvəlcə Xocalı faciəsi qurbanlarının və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan YAP Nərimanov rayon təşkilatının sədri Samir Vəliyev Xocalı faciəsi zamanı dinc əhalinin xüsusi qəddarlıqla qətlə yetirildiyini, əsir götürülən insanların dəhşətli işgəncələrə, zülm və təhqirlərə məruz qaldıqlarını bildirib. S.Vəliyev Ulu Öndər Heydər Əliyevin tariximizin ən qanlı səhifələrindən olan Xocalı soyqırımına siyasi-hüquqi qiymət verərək haqq səsimizi dünya dövlətlərinin və beynəlxalq təşkilatların diqqətinə çatdırdığını xüsusi vurğulayıb. “Ümummilli Liderin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı Soyqırımı Günü haqqında” Qərar qəbul edib. Bu qərardan sonra Xocalı hadisələri ilə əlaqədar hər il fevralın 26-sı Xocalı Soyqırımı Günü kimi qeyd olunur.”.
YAP Veteranlar Şurasının sədri Arif Rəhimzadə çıxış edərək Xocalı soyqırımının erməni millətçilərinin azərbaycanlılara qarşı həyata keçirdikləri etnik təmizləmə və soyqırımı siyasətinin ən qanlı səhifələrindən biri olduğunu diqqətə çatdırıb. Xocalıda dinc əhalinin qətlə yetirilməsinin Ermənistanın irqi və dini dözümsüzlüyə əsaslanan genişmiqyaslı zorakılıq və ilhaq siyasətinin bir hissəsi olduğu vurğulanıb.
Bildirilib ki, Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev Azərbaycan xalqının və ümumən insanlığın əleyhinə yönəldilmiş bu son dərəcə ağır hərbi cinayətin beynəlxalq miqyasda öz hüquqi-siyasi qiymətini almasını xüsusi diqqət mərkəzində saxlayır.
A.Rəhimzadə onu da qeyd edib ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın rəhbərliyi ilə “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində Xocalı soyqırımının, ermənilərin törətdikləri digər vəhşiliklərin dünya ictimaiyyəti tərəfindən tanınması, obyektiv qiymətini alması üçün kompleks tədbirlər həyata keçirilir.
Daha sonra çıxış edən Bakı Dövlət Universitetinin professoru, tarix elmləri doktoru Nuru Məmmədov, Milli Məclisin deputatı Sevinc Fətəliyeva ermənilər tərəfindən törədilmiş bu faciənin təkcə azərbaycanlılara deyil, həm də bütün bəşəriyyətə qarşı qanlı cinayət olduğunu qeyd ediblər.
Çıxışlarda Xocalı şəhərinin ötən il sentyabrın 19-da Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində separatçılardan tamamilə təmizləndiyi xüsusi vurğulanıb. Qeyd olunub ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev oktyabrın 15-də Xocalı şəhərində Azərbaycanın üçrəngli bayrağını ucaltmaqla soyqırımı qurbanlarının qanının yerdə qalmadığını, onların qisasının alındığını sübut etdi.
Sonda gəncləri maraqlandıran suallar cavablandırılıb.
Xəbər lenti
Hamısına baxDünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08

