Makronun kürəyindəki Bricit qorxusu...
24.02.2024 [11:00]
Demokratiya beşiyi niyə peyin iyi verir?
MÜBARİZ
Hazırda bütün dünyada böyük əksəriyyət tərəfindən qəbul olunur ki, bugünkü Fransa klassik ədəbiyyatlarda təsvir olunan Fransa deyil. Az qala bütün dünyaya demokratiya və insan hüquqları dərsi keçməyə cəhd edən Fransa Emmanuel Makronun prezidentliyi dönəmində, bəlkə də, tarixinin ən miskin dövrünü yaşamaqdadır. Onun rəhbərliyi altında Fransa daxili və xarici siyasətində ardıcıl olaraq uğursuzluqlarla üzləşir. Müşahidələrə əsasən deyə bilərik ki, bu ölkə demokratiyadan anarxiyaya geri dönüş edir. Ölkə vətəndaşları onların həyatını ağırlaşdıran daxili siyasətdən narazıdırlar. Parisdə və əyalətlərdə etirazlar permanent hala keçib və dağıdıcı xarakter alıb. Zamanında Parisin küçələrində qurulan barikadalar monarxiyaya son qoymaq istəyi ilə bağlı idisə, fransızların E.Makron siyasətinə etiraz edən indiki nəsli tarixdə “peyin inqilabının” baniləri kimi qalacaq. Eyni zamanda, hazırkı iqtidarın xarici siyasət doktrinası müxtəlif regionlarda iflasa uğrayır. Belə ki, Fransanın neokolonializm siyasəti apardığı Afrikada bu ölkədən qopmalar intensivləşib və narazılıqlar kütləvi hal almağa başlayıb. Bütün bunların nəticəsidir ki, E.Makron Fransanın özündə və ölkə hüdudlarından kənarda arzuolunmaz şəxs kimi qarşılanır. Onun tez-tez tuş gəldiyi yumurta “atəşləri” bütövlükdə Fransanın imicini palaz kimi yerlə bir edir. Müşahidə edilənlər bu ölkə barəsində kədərli təəssüratlar oyadır və qeyri-ixtiyari olaraq sual edirsən: E.Makron səni haradan hara endirdi, Fransa?
Dünya təcrübəsindən də bəlli olduğu kimi, ölkələrin siyasətinin müəyyənləşməsində müxtəlif amillərlə yanaşı, liderlərin şəxsi keyfiyyətləri və xarizması da müstəsna önəm daşıyır. Liderdən geniş erudisiya, strateji düşünmək, labirintlərdən çıxmağa hesablanan gedişlər etmək kimi bacarıqlarla paralel şəkildə, qətiyyət, güclü iradə də tələb olunur. Emmanuel Makronda isə dövlət başçısı üçün zəruri olan bu keyfiyyətlərin heç biri yoxdur, desək, əsl həqiqəti ifadə etmiş olarıq. Çox doğru olaraq o, Fransanın özündə və ölkə hüdudlarından kənarda sələflərinin yolunu davam etdirmək iqtidarında olmayan “lider” kimi qəbul olunur. Xüsusilə də onun iradəsinin zəif olması, dövlət siyasətində və cəmiyyətdə davranışlarında qətiyyətsizliyi önə çəkilir.
Gəldiyimiz qənaət ondan ibarətdir ki, Fransa prezidentinin siyasətdə və ünsiyyətdə bir növ çarəsiz və inamsız görünməsi, həmişə kənardan diktələr gözləyən birisi təsiri bağışlaması daha çox dərəcədə onun şəxsi həyatı ilə bağlı olan psixoloji bir məsələdir. E.Makronun dövlət başçısı vəzifəsində yürütdüyü siyasət kimi, onun evlilik həyatı da daim qalmaqallar mövzularının mərkəzində yer alır.
1953-cü ilin 13 aprelində Fransanın Pikardiya vilayətində varlı Tronye ailəsinin 6-cı son beşik övladı dünyaya göz açır. Körpəyə Bricit Mari Klod adı verirlər. İllər ötəndən sonra Bricit çalışdığı məktəbin şagirdi, özündən nə az, nə çox, düz 24 yaş kiçik olan Emmanuel Makronun vazkeçilməz sevgilisi və daha sonra isə həyat yoldaşı olur. Belə sevgililik tarixinə nəinki mühafizəkar cəmiyyətlərdə, heç Fransanın özündə də birmənalı baxılmır. Bəli, Fransada da ailədə kişinin qadından yaşça böyük olması ənənəsi var. Elə 15 yaşlı Makronun da özündən 24 yaş böyük olan müəlliməsinə vurulması xəbəri ailəsində bomba effekti yaradır. Onu məktəbdən ayırırlar, Bricitə isə dönə-dönə xəbərdarlıq edirlər ki, Makronla məsafə saxlasın, ondan uzaq gəzsin. Ancaq yaş, həyat təcrübəsi öz sözünü deyir. Bricit Makronu özünə ondan heç vaxt ayrıla bilməyəcək qədər möhkəm bağlamağı, başqa sözlə desək, bığ yeri yenicə tərləyən yeniyetməni əsirinə, sözəbaxan uşağına çevirməyi bacarır. Əslində, ye?iyetmə Makronun Bricitin göz ağartmasının qarşısında çarəsiz durumda qalmayacağını heç təsəvvürə sığışdırmaq da mümkün deyil. Axı yaşlı müəllimənin ailəsində elə Makronun həmyaşıdları olan üç uşaq böyüyürdü. Makron Bricitin uşaqlarına tez-tez qulaqburması verdiyini çox eşitmiş və görmüşdü. Uşaqları Bricitdən xoxandan qorxan kimi çəkinirdilər və bu hal gənc aşiqə də sirayət edərək onun həyat tərzinə çevrildi. Fransa mətbuatının yazdığına görə Bricitin Makrona nəvazişi də özünəməxsus olub - onu “pişiyim” deyə çağırıb və gənc ər hətta dövlət başçısı olandan sonra da bu xitaba etiraz bildirməyə özündə cəsarət tapmayıb.
E.Makron ilk dəfə prezident seçiləndə Fransa cəmiyyəti Bricitin - artıq birinci ledinin iddialar sərgiləməsini çox gözləməli olmadı. E. Makron 2017-ci ildə dövlət başçısı seçkilərinə qatılanda onun 39 yaşı var idi, Bricit isə artıq 64 yaşı haqlamışdı. Bricitin Makron üzərində müzakirəsiz təsirinin olduğu elə ilk gündən nəzərə çarpdı. Bricit özünü sözün əsl mənasında Yelisey sarayının mütləq hakimi kimi aparır, keçmiş prezidentlərdən qalan hər şeyi dəyişməyə çalışırdı. Onun sarayın köhnə mətbəx avadanlıqlarını, qab-qacaqları belə qəbul etmədiyi, böyük vəsaaitlər hesabına onları da əvəzlədiyi bildirlir. Yaşlı Bricit xarici səfərlərdə gənc prezidenti müşayiət etməyi şərt kimi irəli sürdü və bu şərt qeyd-şərtsiz qəbul olundu. Sanki Fransa kraliça dövrünə dönmüşdü. Birinci ledi Makronun xarici səfərləri çərçivəsində tam ciddi şəkildə bildirirdi ki, “artıq qadınların dövrü başlayıb”.
Bax, Prezident Makronun yaşadığı qətiyyətsizlik, iradəsizlik, çarəsizlik sindromunun kökündə təfərrüatlarına geniş varmadığımız “sevgi” hekayəsi dayanır. Yeniyetməlik yaşında yaranan “Bricit xofu” Makrona necə sirayət edibsə, o hətta prezident olandan sonra da bu qorxunu kürəyində hiss edir. Belə görünür ki, Makron fizioloji cəhətdən böyüsə də, düşüncə olaraq Bricitdən qorxan 15 yaşında yeniyetmə kimi qalıb...
Xəbər lenti
Hamısına baxSiyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43
Elanlar
25 İyun 15:29
Siyasət
25 İyun 15:27

