Parisdən üçüncü dövlətlərə “çağırış”...
28.02.2024 [10:42]
Müharibə tezisləri yayan Avropa digər ölkələri də “bataqlığa” cəlb edir...
Qərb Ukraynaya yardımın genişləndirilməsi ilə bağlı konsensus əldə edə bilmir. Fevralın 26-da Fransa prezidenti Emmanuel Makronun təşkilatçılığı ilə çağrılan Ukrayna ilə bağlı təcili iclas gözlənilən nəticəni verməyib. Xatırladaq ki, görüşdə Qərb ölkələrinin təqribən 20 lideri iştirak edib. Onlar arasında Almaniya Kansleri Olaf Şolts, Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron, İspaniyanın Baş naziri Pedro Sançes, Niderlandın Baş naziri Mark Rutte də olub. Parisdə keçirilən konfransda Qərb ölkələrinin quru qoşunlarının Ukraynaya göndərilməsinin mümkünlüyü müzakirə edilib, lakin orada iştirak edənlər bu mövzuda konsensus əldə etməyiblər. Makron görüşün yekunlarına dair mətbuat konfransında bildirib ki, hər şey azad və birbaşa şəkildə müzakirə olunub: “Quru qoşunlarının rəsmi yerləşdirilməsi ilə bağlı konsensus yoxdur, lakin zaman keçdikcə heç nəyi istisna etmək olmaz”“.
Bununla belə Makron deyib ki, Ukraynanın Qərb müttəfiqləri Kiyevi uzaqmənzilli silahlarla təmin etmək üçün koalisiya yaradıblar.
Görüşdən əvvəl bəyan edilmişdi ki, əsas müzakirə mövzularından biri Kiyev üçün Avropa İttifaqından kənarda döyüş sursatının alınması imkanlarının araşdırılması olacaq. Bununla bağlı isə yaxın günlərdə Çexiyanın baş naziri Peter Fialanın üçüncü ölkələrdən Ukrayna üçün 800 min mərmi alınması ilə bağlı ətraflı plan təqdim edəcəyi gözlənilir.
Ukrayna isə Aİ-nin yardımlarından açıq şəkildə narazıdır. Belə ki, rəsmi Kiyev bəyan edib ki, Ukrayna Avropa İttifaqının vəd etdiyi artilleriya mərmilərinin cəmi 30 faizini alıb. Ukrayna prezidenti Zelenski Bolqarıstanın baş naziri Nikolay Denkovla keçirdiyi mətbuat konfransında deyib ki, Avropa İttifaqının vəd etdiyi milyon mərminin heç 50 faizini belə əldə edə bilməyiblər.
Bu müzakirələr və açıqlamalar bəzi həqiqətləri ortaya çıxarır. O baxımdan ki, Ukraynaya yardımla bağlı ABŞ-a “arxayın” olan Avropa məkanı son dövrlərdə açıq çətinliklər yaşayır. Vaşinqtonun Ukraynaya yardımla bağlı geriləmə yaşaması isə Aİ-nin üzərinə götürdüyü “öhdəlikləri” yeniən aktuallaşdırır. Boş sözə, yalan vədə öyrəşmiş Avropa Ukraynaya yardım etmək məcubriyyətində qalıb. Amma potensial olmayan yerdə...
Fransa prezidentinin Ukraynanı söz verdikdəri kimi silahlandırmamaları, hətta bu yöndə konsensusa belə gələ bilməmələri ilə bağlı açıq bəyanatı Qərbin boş “müharibə tezislərinin” açıq fiaskosudur. Dünyanın əksər nöqtəsində münaqişələr yaratmaq axtarışında olan Fransa özünün hərbi potensialını üstələyən iddialar səsləndirir. Məsələn, Ermənistana köhnə silahlar sırımaqla özünün əlaltısına çevirən Makron Ukrayna reallığı qarşısınıda susmağa məcburdur - axı, burada söhbət real işdən gedir. Ukraynaya söz verilən mərmilərin başqa ölkələrdən alınması məsələsi isə növbəti avantürist marağın ortaya atıldığını göstərir - Qərb münaqişəyə daxil olmayan ölkələri bu və ya digər şəkildə prosesə “cəlb etmək” arzusundadır. Başqa sözlə, Ukrayna “bataqlığında” tək batmamaq üçün bütün dövlətləri bu işə qarışdırmaq niyyətindədirlər...
SADİQ
Xəbər lenti
Hamısına baxİdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41

