Milli Məclis Avropa Parlamentinə etiraz etdi
30.05.2012 [13:44]
Milli Məclisin dünən keçirilən iclasında millət vəkilləri Avropa Parlamentinin (AP) Azərbaycan haqqında qəbul etdiyi qeyri-obyektiv qətnaməyə etiraz ediblər. Məsələyə münasibət bildirən spiker Oqtay Əsədov artıq bu barədə təşkilatın sədrinə məktub göndərdiyini bildirib. “Təəssüflər olsun ki, mayın 24-də Avropa Parlamenti Azərbaycana qarşı qərəzli qətnamə qəbul edib. Bununla bağlı keçirilən iclasda qurumun 750 deputatından yalnız 56 nəfər iştirak edib. Qətnaməyə Azərbaycanın müstəqil siyasətinə qısqanclıqla yanaşanlar, anti-Azərbaycan qüvvələri, erməni lobbisinin təsiri altına düşmüş şəxslər imza atıb”. Onun sözlərinə görə, Azərbaycana qarşı qəbul olunan qərarın əsas səbəbi ölkəmizin inkişafı və müstəqil siyasət yeritməsidir. “Bir sıra təşkilatlar anti-Azərbaycan kampaniyasına başlayıb, lakin Azərbaycanı öz dövlət quruculuğu yolundan heç kim döndərə bilməz” - deyə, spiker vurğulayıb. Onun sözlərinə görə, Avropa İttifaqı ilə əməkdaşlıq çərçivəsində yaradılmış Avronest Parlament Assambleyası məhz müxtəlif məsələlərin birgə müzakirəsinə xidmət etməli idi. Amma AP-nin heç bir səbəb olmadan təcili toplantı keçirərək belə bir qətnamə qəbul etməsi bu əməkdaşlığa ziyan vurur.
Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev bildirib ki, bu sənəd reallığı əks etdirmir. Onun sözlərinə görə, qətnamədə göstərilənlərin əksinə olaraq Azərbaycan hökuməti QHT-lərə və KİV-lərə çox ciddi dəstək verir. Fakt olaraq A.Quliyev hökumətin QHT-lərə 11 milyon manat ayırdığını diqqətə çatdırıb.
“Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi qərəzli qətnamə qurumla ölkəmiz arasında ikitərəfli münasibətlərə xələl gətirir”. Bu fikri isə Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib. S.Seyidov bildirib ki, bu qərar qeyri-obyektiv, qərəzli və reallığı əks etdirmir.
Komitə sədri qeyd edib ki, bəzi qüvvələr hesab edirlər ki, İslam və demokratiya bir-biri ilə ziddiyyət təşkil edir. “Əhalisinin 90 faizindən çoxu müsəlmanlardan ibarət olan Azərbaycanda bu cür demokratik cəmiyyətin inkişaf etdiyi, ailə dəyərlərinə qiymət verildiyi, müxtəlif dinlərin nümayəndələrinin birgə yaşadığı, inkişaf etdiyi təkzibolunmaz faktlardır” - deyə, o əlavə edib. S.Seyidov, həmçinin, bildirib ki, bu günlərdə Parisdə AŞPA-nın Monitorinq, həmçinin, Siyasi məsələlər komitələrinin iclasları keçiriləcək. “Azərbaycan nümayəndə heyəti bu iclaslarda da bu məsələni qaldıracaq və Avropa Parlamentinin qeyri-obyektiv qərar qəbul etdiyini onların diqqətinə çatdıracaq” - deyə, komitə sədri bildirib.
YAP İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı çıxışında qətnamənin qərəzli şəkildə hazırlandığını və bunun Azərbaycana qarşı yeni bir təzyiq forması olduğunu bildirib. Onun sözlərinə görə, keçmiş SSRİ dağılandan sonra bir çox dairələr dünyanın birqütblü olacağını düşünürdü. Amma proseslər sübut edir ki, bu gün dünya çoxqütblüdür. Millət vəkili bu gün Avropa dövlətlərinin maliyyə böhranı ilə üzləşdiyini xatırladaraq onların öz maliyyə kəsirlərini üçüncü dövlətlərin hesabına həll etməyə çalışdıqlarını deyib. M.Qurbanlı bildirib ki, Azərbaycana qarşı çıxış edən AP-nin rəhbəri Şults və alman deputat Ştrasser eyni siyasi partiyada təmsil olunurlar. Onun sözlərinə görə, həmin şəxslər eyni partiyadan olmaqla yanaşı, eyni mərkəzdən gələn sifarişləri də yerinə yetirirlər.
“Bəzi qüvvələr öz məqsədlərinə çatmaq üçün ayrı-ayrı ölkələrdən istifadə edirlər. Azərbaycana da bu baxımdan təzyiqlər olunur ki, bizdən istifadə etsinlər. çünki onlar bizim müstəqil siyasət yeritməyimizi istəmirlər. Bizim həm də iqtisadi gücümüzün artması onları narahat edir” - deyə, YAP İcra katibinin müavini vurğulayıb.
YAP Sədrinin müavini-İcra katibi, millət vəkili Əli Əhmədov isə bu məsələnin daha geniş şəkildə müzakirə olunmasını təklif edib. Bu təklifi parlamentdə çoxluq təşkil edən YAP-ın deputat qrupu adından etdiyini deyən Əli Əhmədovun sözlərinə görə, Milli Məclis Avropa Parlamentinin bu addımına etiraz əlaməti olaraq ciddi qərar qəbul etməli, öz mövqeyini ortaya qoymalıdır.
Millət vəkili Gülər Əhmədova da qətnamənin qərəzli olduğunu bəyan edib. Deputatın sözlərinə görə, Azərbaycan lazım olarsa, Avropanı enerji təhlükəsizliyi ilə təmin etməkdən imtina etməlidir.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli isə Avropa Parlamentinin qəbul etdiyi qətnamənin Azərbaycanda ciddi etirazla qarşılandığını və bunun ölkəmizə qarşı ədalətsizlik olduğunu vurğulayıb. Ə.Hüseynli hesab edir ki, sözügedən qətnaməni qəbul edən deputatlar bundan öncə də Azərbaycana qarşı qərəzli mövqedə olduqlarını nümayiş etdiriblər. “Bu qeyri-obyektivdir və heç bir haqqa əsaslanmayıb. Avropa Parlamentinin qətnamə qəbul edilərkən keçirilən sessiyasında çıxış edən deputatlar vaxtı ilə Cənubi Qafqazla bağlı müzakirələr aparılarkən Azərbaycanın ərazi bütövlüyü əleyhinə səs veriblər. ümumiyyətlə, onlar Azərbaycanı birmənalı şəkildə sevməyən, ona qarşı düşmənçilik mövqeyində duran adamlardılar. Artıq bu adamlar siyasi korrupsiyaya uğrayıblar. Hesab edirəm ki, Azərbaycanın Avronest Parlament Assembileyasında təmsilçilik məsələsinə yenidən baxılmalıdır”.
Millət vəkili Asəf Haciyev isə Avropa dəyərlərinin bir düşüncə tərzi olduğunu deyərək AP-nin qəbul etdiyi sənədin bu dəyərlərə zidd olduğunu vurğulayıb. “Bu nə Avropa dəyərlərinə sığır, nə də demokratiyanın prinsiplərinə. Bu, anarxiyaya aparan yoldur” - deyə, A.Hacıyev vurğulayıb.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Rövşən Rzayev bildirib ki, Avropa Parlamentinin mayın 24-də qəbul etdiyi qətnamə heç bir məntiqə sığmır.
Millət vəkili Fuad Muradov da Avropa Parlamentinin qətnaməsini pisləyib. O da digər həmkarları kimi, Milli Məclis adından Avropa Parlamentinə etiraz sənədinin göndərilməsinin vacibliyini vurğulayıb.
AVP sədri, millət vəkili Fəzail Ağamalı isə bildirib ki, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində xüsusi rol oynadığı təqdirdə, AP-nin bu hərəkəti ciddi suallar doğurur.
Millət vəkili Qənirə Paşayeva deyib ki, Avropa Parlamentinin belə bir qətnamə qəbul etməsinin arxasında Azərbaycanın güclənməsini, inkişafını, onun Avropaya inteqrasiyasını istəməyən güclər dayanır: “O güclər istəmirlər ki, Azərbaycan bütün parametrlər üzrə Avropanın, Avropa ailəsinin bərabərhüquqlu üzvünə çevrilsin. Bu sənədə səs verənlər bir dəfə belə, Azərbaycanın torpaqlarının Ermənistan tərəfindən zəbt olunması məsələsini dilə gətirməyiblər, işğal nəticəsində qaçqın, didərgin düşmüş insanların taleyindən bircə dəfə də olsun danışmayıblar. Əgər doğrudan da onları insan haqları bu qədər düşündürür, maraqlandırırsa, niyə bir dəfə də olsun belə qaçqınların, köçkünlərin vəziyyətindən, pozulmuş insan hüquqlarından danışmırlar”.
Millət vəkili Bəxtiyar Əliyev də çıxışında qeyd edib ki, əgər Avropa Parlamentini insan hüquqları daha çox narahat edirsə, onda Ermənistanın hərbi təcavüzü nəticəsində öz torpaqlarından didərgin düşmüş yüzminlərlə insanın hüquqları barədə də sənəd qəbul etsinlər.
AMEA-nın İnsan Hüquqları İnstitutunun direktoru, millət vəkili Aytən Mustafayeva isə Azərbaycanda insan hüquq və azadlıqlarının tam təmin edildiyini deyib: “Azərbaycan bu istiqamətdə siyasətini Avropaya görə qurmayıb. Bu, bizim seçdiyimiz inkişaf yoludur”.
Milli Məclisin sədr müavini, Avropa İttifaqı-Azərbaycan Parlamenti Əməkdaşlıq Komitəsinin həmsədri Valeh Ələsgərov bildirib ki, Azərbaycanla bağlı tez-tələsik iclas keçirib, qərar qəbul edilməsi anlaşılmazdır: “Bəlkə onlar “Eurovision” mahnı müsabiqəsi ərəfəsində belə qərar qəbul etmək istəyiblər? Bu, xırda bəhanədir. Qarabağ məsələsi ilə bağlı yüzminlərlə insanın hüququ pozulub, ancaq sənədlərdə 5-6 jurnalistin hüquqlarından yazılır. Azərbaycanın heç kimin ağzına, əlinə baxmağa ehtiyacı yoxdur, qərarlarını özü verir”.
İclasın sonunda Avropa Parlamentinin qətnaməsinə etiraz olaraq Azərbaycan Milli Məclisinin qətnaməsi qəbul olunub.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
27 Aprel 23:35
Elm
27 Aprel 23:11
Turizm
27 Aprel 22:47
Dünya
27 Aprel 22:39
Dünya
27 Aprel 22:14
Müsahibə
27 Aprel 21:50
İqtisadiyyat
27 Aprel 21:34
YAP xəbərləri
27 Aprel 21:25
İqtisadiyyat
27 Aprel 21:19
Müsahibə
27 Aprel 20:44
Dünya
27 Aprel 20:32
Elm
27 Aprel 20:17
Dünya
27 Aprel 19:54
Gündəm
27 Aprel 19:28
YAP xəbərləri
27 Aprel 19:27
Xəbər lenti
27 Aprel 19:21
Dünya
27 Aprel 19:10
Diaspor
27 Aprel 18:38
YAP xəbərləri
27 Aprel 17:37
Gündəm
27 Aprel 17:13
YAP xəbərləri
27 Aprel 16:38
Siyasət
27 Aprel 16:35
Xəbər lenti
27 Aprel 16:21
Sosial
27 Aprel 16:20
Siyasət
27 Aprel 16:20
Siyasət
27 Aprel 16:19
Sosial
27 Aprel 16:18
Sosial
27 Aprel 16:18
Xəbər lenti
27 Aprel 16:17
Sosial
27 Aprel 16:17
Sosial
27 Aprel 16:14
İdman
27 Aprel 16:13
Dünya
27 Aprel 16:13
Sosial
27 Aprel 15:57
Gündəm
27 Aprel 15:53
YAP xəbərləri
27 Aprel 15:52
Elm
27 Aprel 15:52
YAP xəbərləri
27 Aprel 15:22
Dünya
27 Aprel 15:18
Siyasət
27 Aprel 15:02
Siyasət
27 Aprel 15:01
Siyasət
27 Aprel 15:00
Siyasət
27 Aprel 15:00
YAP xəbərləri
27 Aprel 14:53
YAP xəbərləri
27 Aprel 14:39
Dünya
27 Aprel 14:35
Sosial
27 Aprel 14:26
Dünya
27 Aprel 14:10
Dünya
27 Aprel 13:58
İqtisadiyyat
27 Aprel 13:46
Dünya
27 Aprel 13:21
YAP xəbərləri
27 Aprel 13:03
Dünya
27 Aprel 12:45
Gündəm
27 Aprel 12:42
Xəbər lenti
27 Aprel 12:22
Dünya
27 Aprel 12:17
YAP xəbərləri
27 Aprel 12:09
Gündəm
27 Aprel 11:56
Gündəm
27 Aprel 11:55
Dünya
27 Aprel 11:50
Dünya
27 Aprel 11:24
Siyasət
27 Aprel 11:23
Sosial
27 Aprel 11:20
Siyasət
27 Aprel 11:08
İqtisadiyyat
27 Aprel 10:59
Ədəbiyyat
27 Aprel 10:52
YAP xəbərləri
27 Aprel 10:50
Hadisə
27 Aprel 10:49
İqtisadiyyat
27 Aprel 10:48
İqtisadiyyat
27 Aprel 10:47

