Üstü bəzək, altı...
13.03.2024 [11:00]
Qərb fondlarının gizli məqsədləri ifşa olunur
Azərbaycan ötən dövr ərzində dinamik inkişaf edərək beynəlxalq müstəvidə nüfuzlu dövlətlərdən birinə çevrilib. Azərbaycan müstəqillik illərində Ermənistanın 30 il davam edən işğalı zamanı əsl həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində fəal siyasət həyata keçirib. Eyni zamanda, bu dövrdə iqtisadi və hərbi qüdrətini artıran Azərbaycan 2020-ci ildə 44 günlük müharibə nəticəsində öz gücünə ərazilərini erməni işğalından azad etdi. Bununla, ərazi bütövlüyünü bərpa edən dövlətimiz ötən ay ordumuz tərəfindən Qarabağda keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində suverenliyini tam təmin etdi.
Bu amil Cənubi Qafqaz regionunda yeni reallıqlar yaradıb. Artıq bir çox ölkələr və beynəlxalq təşkilatlar dövlətimizin yaratdığı yeni reallıqları qəbul edir, Azərbaycanın Cənubi Qafqazda sülh və əməkdaşlıq təşəbbüslərini dəstəkləyirlər. Lakin Azərbaycanın öz ərazi bütövlüyünü, suverenliyini təmin etməsi, artan gücü Ermənistanı və onun havadarlarını ciddi şəkildə narahat edir. Məhz bu səbəbdən də vaxtaşırı olaraq ölkəmiz haqqında obyektivlikdən kənar məlumatlar dövriyyəyə buraxılır. Qeyd etmək lazımdır ki, Azərbaycan informasiya texnologiyaları sahəsində də ciddi nailiyyətlər əldə edib, ölkəmizin dünyaya çıxışı üçün heç bir məhdudiyyət yoxdur. Bununla belə, müəyyən beynəlxalq şəbəkə erməni lobbisinin və diasporunun təsiri ilə ölkəmizə qarşı ədalətsiz müharibə aparırlar.
Ümumiyyətlə, qloballaşma dövründə informasiya amili bütün dünyada böyük önəm kəsb edir. Ona görə də, müəyyən beynəlxalq güclər, xüsusilə Qərb dairələri milli dövlətlərdə media resurslarını ələ keçirməyə çalışırlar. Məhz medianın vasitəsilə öz məkrli plan və məqsədlərini cəmiyyətlərə təlqin etmək niyyəti güdürlər. Bu baxımdan, Azərbaycan da həmin dairələrin hədəfindədir. Belə ki, müəyyən Qərb fondları Azərbaycanda bəzi media qurumlarını ələ almağa çalışır və bunun üçün maliyyə xərcləyirlər. Son zamanlar hüquq-mühafizə orqanları tərəfindən bir sıra media qurumlarının xarici dairələrlə maliyyə əlaqələrinin üzə çıxarılması da faktı təsdiqləyir. Təbii ki, bu prosesdə Soros Fondu öndə gedir. Eləcə də, “beşinci kolon” təmsilçiləri USAİD-dən, ABŞ Milli Demokratiya İnstitutundan (MDI/NDI) maliyyələşir və aldıqları qrant müqabilində lazım olan informasiya və dəstəyi göstərməyi özlərinə borc bilirlər. Xatırlayaq: 2014-cü ildə MDI/NDI-nin Bakıdakı nümayəndəliyinin keçmiş rəhbəri Aleks Qriqoryevs bank hesabından 2 milyon dollar çıxararaq bir sıra QHT-lərə, bəzi şəxslərə paylamışdı ki, özləri üçün burada bir dayaq qrupu yaratsınlar. Bu dayaq qrupunun fəaliyyəti də çox qısa zamanda iflasa uğradı.
Bütövlükdə, müəyyən Qərb fondları Azərbaycanda geniş agentura şəbəkəsi qurmağa çalışırlar. İzi azdırmaq üçün onların adını “KİV qurumu”, “QHT”, “siyasi partiya” qoyublar. Yəni, öz agentlərini məsuliyyətdən yayındırmaq üçün hüquqi platforma yaratmaq istəyirlər. Qrant vermək adı altında onlar üçün “qanuni maliyyə mənbəyi” “təmin” edirlər. Azərbaycan 2000-ci illərdən başlayaraq, bu şəbəkəni əsasən ifşa edib, zərərsizləşdirmək üçün qanunvericiliyi yeniləyib. 2014-cü ildə qrant alma prosedurlarını sərtləşdirilib, digər zəruri tədbirlər də görülüb.
Lakin görünən odur ki, həmin dairələr fəaliyyətlərini dayandırmaq istəmir, öz məkrli işlərini davam etdirməyə çalışıblar. Xüsusilə, bəzi media qurumlarının hansı yollarla maliyyələşdirilməsi istintaq vasitəsilə ortaya çıxdı. Bir müddət öncə “Abzas Media” işi bunu aşkar etdi. Məlum olur ki, Qərb fondları qeyri-leqal vəsaitin ölkəyə gətirilib agentura şəbəkəsinə çatdırılması üçün son illərdə yeni metodlardan istifadə edib. Məsələn, Norveçin Azərbaycanda keçmiş səfiri Steynar Gil 2003-2005-ci illərdə qanunları pozduğuna, siyasi proseslərə açıq müdaxilə etdiyinə görə Azərbaycandan qovulmuşdu. Onun himayəsində olan fondların fəaliyyəti isə dayandırılmışdı. Amma sonradan bəlli olub ki, Norveç fondları Azərbaycandan zahirən getsələr də, buradakı fəaliyyətlərini davam etdiriblər, “Abzas Media”nı maliyyələşdiriblər. Amma heç bir halda, heç bir yerdə görünməyiblər, adları çəkilməyib. Yəni, üzdə USAİD görünür, alt qatda işi başqa fondlar “işləyir”. Belə fondların maliyyələşdirdikləri, daha doğrusu, qanunsuz vəsait çatdırdıqları təşkilatlar hələ də varsa, aşkar ediləcək. Hüquq-mühafizə orqanlarının son əməliyyat tədbirləri də bunu təsdiqləyir.
Ümumiyyətlə, Qərb fondları Azərbaycandan nə istəyirlər? Nə üçün media qurumlarını ələ almağa çalışırlar? Qərbin indiki planlarının arxasında Azərbaycan xalqının iradəsinə təsir göstərmək, xalqımızın qələbəsinə, torpaqların işğaldan azad olunmasına kölgə salmaq istəyirlər. Xalqla dövlət arasında inamsızlıq yaratmaq, cəmiyyəti parçalamaq və ölkəni qarşıdurma zonasına çevirmək niyyətindədirlər. Azərbaycan Ordusunun əzib dağıtdığı Ermənistan ordusunu yenidən qurmağa çalışırlar. Onların agenturası rolunda çıxış edən bəzi media qurumları və digər təşkilatlar da aldıqları sifarişləri yerinə yetirirlər. Qərb fondlarının burada digər məqsədi isə çirkli pulların yuyulmasıdır. Məhz bu cür vasitələrlə həmin dairələr qaranlıq maliyyə maxinasiyalarını pərdələmək niyyətindədirlər. Lakin zaman-zaman bu fəaliyyətlər ifşa olunur.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Dünya
04 May 21:58
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Dünya
04 May 20:17
Gündəm
04 May 20:11
Dünya
04 May 19:50
Gündəm
04 May 19:41
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Gündəm
04 May 14:45
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52

