Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Anti-Azərbaycan “koalisiyası”nın “kəşfiyyat” qolu...

Anti-Azərbaycan “koalisiyası”nın “kəşfiyyat” qolu...

15.03.2024 [10:30]

ABŞ hədəf “göstərir”, Fransa “silahlandırır”, Almaniya isə “beynəlxalq təzyiq” formalaşdırmağa çalışır

Kollektiv Qərbin Azərbaycan əleyhinə apardığı qeyri-hüquqi və ədalətsiz kampaniyaların detalları çox şeydən xəbər verir. Məsələnin mahiyyəti göstərir ki, bu kampaniyalar konkret proqram üzrə inkişaf etdirilir və bu proqramda da “vəzifə bölgüsü” tam təfərrüatı ilə əks olunub. Ümumilikdə, AP və ya AŞPA, Fransa və ya Hindistan bu “proqramda” özünəməxsus rola malikdirlər. Məsələn, qeyd edilən təşkilatlar Azərbaycanın beynəlxalq imicinə qarşı “səlib yürüşü” elan edirsə, Fransa və Hindistan Mərkəzi Asiya - Cənubi Qafqaz - Kiçik Asiya regionunda yeni silahlı konfliktlər yaratmağa “tələsir”. Ermənistanın aktiv şəkildə silahlandırılması da bunun bariz sübutudur. Bir ştrix də vurğulanmalıdır ki, Azərbaycana qarşı beynəlxalq “təzyiqlərin” formalaşdırılmasında ayrı-ayrı dövlətlərin “xidmətlərindən də istifadə olunur. Məsələn, Almaniya bu mənada xüsusilə seçilir - nəzərə alınmaldır ki, AŞPA ilə bağlı məsələnin də almaniyalı deputat Frank Şvabe tərəfindən “qaldırılması” təsadüfi sayıla bilməz. Bu onu göstərir ki, Fransanın 2023-cü ildə beynəlxalq təzyiqlər formalaşdırmaq cəhdlərinin uğursuzluqlarla nəticələnməsi vəzifədə “yerdəyişmələrə” yol açıb. Beynəlxalq platformaların məğlub Fransası Almaniya ilə əvəzlənib. Bunun yerinə isə Fransa fərqli bir “görəvə” - Ermənistanın regionun təhlükəsizliyinə təhdid yaratması üçün silahlandırılmasına “yönəldilib”.

ABŞ-ın “təlimatları”...

Görünən isə odur ki, ölkəmizin və regional sabitliyin əleyhinə yönələn bu kimi “kampaniyalar” səngimək bilmir. Ermənistanın bu və ya digər bəhanələrlə münasibətlərin normallaşması prosesini yubatması, min bir yalanla Azərbaycanı fərqli müstəvidə təqdim etmək cəhdləri müxtəlif çirkin planlardan xəbər verir. Bu kimi planlar isə fərqli ünvanlarda hazırlanır.

Məsələn, Nikol Paşinyanın 12 mart tarixində mətbuata açıqlamalarında bəzi nüanslara toxunması, xüsusilə Azərbaycanın erməni işğalı altında olan kəndləri haqqında danışdıqları paralel olaraq ABŞ-da “əks-səda verib”. ARPİ Tətbiqi Siyasi Tədqiqatlar İnstitutunun elmi işçisi, tarix elmləri namizədi Sergey Melkonyan ABŞ kəşfiyyatının Ermənistan-Azərbaycan münasibətlərinə dair kəşfiyyat materiallarını dərc edib. KİV-lərin yaydığı bu məlumatın anatomiyasına diqqət yetirdikdə, kəşfiyyat materiallarının yayılması tarixinin erməni baş nazirin açıqlamaları ilə eyni günə təsadüf etməsi maraq yaradır.

Paşinyana “prosesi uzat” əmri verilib....

KİV-də yayılan kəşfiyyat materallarının mahiyyətinə gəldikdə isə, bildirilir ki, İrəvanla Bakı arasında gərginlik olduğu kimi qalacaq. Əslində “mesaj” xarakteri daşıyan bu “məlumat” Avropanın ardınca ABŞ-ın da regionda sabitliyə xələl gətirmə təhdidindən xəbər verir. Başqa sözlə, rəsmi Vaşinqton dolayısı ilə regiondakı gərginliklərin aradan qalxmasının “mümkünsüzlüyünü” təbliğ edir. Hətta ikitərəfli danışıqların nəticə etibarı ilə müsbət yekunlaşması təqdirində belə, təxribatçı əməllərin davam etdirilməsi ehtimalı ortaya qoyulur. Paralel olaraq, bunu həm də Paşinyan komandasına “fərqli bəhanələrlə prosesi uzatmaq” əmri kimi də dəyərləndirmək olar.

Kəşfiyyat materiallarının bir digər qismində isə vurğulanır ki, cari ildə iki ölkə arasında qısamüddətli və məhdud intensivliyi olan toqquşmalar yaşana bilər. Bu bənd isə özlüyündə erməni dövlətinin sərhəd xəttində lokal xarakterli təxribatlar törədəcəyini deməyə əsas verir. Çünki komanda birbaşa Vaşinqtondan gəlir. Yalnız Azərbaycanla şərti sərhədi deyil, bütövlükdə regionu gərginlik altında saxlayacaq bu kimi təxribatlar isə Qərbə öz planlarını həyata keçirmək üçün imkanlar tanıyacaq. Bu ehtimal üzərindən çxış etsək, Ermənistanın silahlandırılmasının məntiqi səbəblərini də araşdırmış oluruq.

Tavuş və Naxçıvan... Təsadüfi olmayan “seçimlər”...

Amerikalı kəşfiyyatçıların hesabatında diqqətçəkən üçüncü məqam isə Azərbaycanın məqsədlərinə çatmaq üçün hərbi gücə əl ata biləcəyi ilə bağlıdır. Analitiklər isə bu məsələdə iki ərazidə toqquşma ehtimalının yüksək olduğunu bildirirlər. Bunlardan birincisi Ermənistanın Tavuş vilayəti, ikincisi isə Naxçıvan istiqamətində dəhliz tələbi ilə guya rəsmi Bakının hərbi təcavüzə əl atacağı ilə bağlı xəbərdarlıqdır.

“Hədəf göstərilən” marşrutlar isə təsadüfən seçilməyib. Erməni işğalındakı kəndlərimizlə bağlı “mövqeyində” Tavuş bölgəsini “göstərən” Paşinyanın bu fikrinin də özünə məxsus olmadığı ortaya çıxır. Yəni, Paşinyan qəsdən bu kəndlərlə bağlı danışarkən Tavuş bölgəsini istiqamət olaraq göstərib. Yəni, Ermənistanın təxribatlarının məhz bu istiqamətdən qaynaqlanacağı ehtimalı haqda artıq anons səsləndirilir. Qərbdəki havadarlarının da onunla “eyni fikri” bölüşdüyünü bildikdən sonra, Paşinyan üçün planın detalları da aydın olur.

Naxçıvana gəldikdə isə, Azərbaycan erməni işğalı altındakı Kərki kəndinin də azad edilməsi tələbini irəli sürüb. Bu kənddən isə Ermənistanın strateji M2 magistralı keçir. Ermənilər bu kəndi qaytarmamaq üçün müxtəlif bəhanələrə, həm də açıq təxribatlara əl atmaqda maraqlıdırlar. Təbii ki, erməni xalqı bu və ya digər hərbi qarşıdurmaların əleyhinədir və bunu həm Paşinyan hakimiyyəti, həm də kollektiv Qərb yaxşı anlayır. Müharibələrdən bezən ermənilər çıxış yolunu ya Ermənistanı tərk etməkdə, ya da sülh şüarları səsləndirməkdə görürlər. Bununla belə, ABŞ başda olmaqla bu kimi planlar irəli sürən “kəşfiyyat mənbələri” ictimai rəydə “barıt qoxusu” yaratmağı qarşısına məqsəd qoymuş kimi görünür.  

Və ən əsası ABŞ ilə yanaşı bir sıra ölkələrin, xüsusilə Fransanın kəşfiyyat dairələri artıq illərdir ki, Naxçıvan istiqamətindən “hücum təhlükəsi” haqda yalanlar uydururlar. Ötən dövr ərzində baş verən instidentlərə nəzər saldıqda isə, məlum olur ki. bütün təxribatlar erməni silahlıları tərəfindən törədilib. Sonuncu Nerkin-Hand istiqamətindəki təxribatı da erməni könüllüləri törətmişdi və rəsmi İrəvan bunu etiraf etməkdən başqa çıxış yolu görmədi. Bu ərazinin hədəf kimi seçilməsində isə perspetkivdəki Zəngəzur dəhlizinin keçdiyi bölgəni “təhlükəli zona” elan etmək arzusu dayanır.

Qərbin Zəngəzur “istəyi”...

Vurğulandığı kimi, təxribat planları ilə bağlı “seçilən ərazilər” təsadüfi xarakter daşımır. Bəlli olduğu kimi, kollektiv Qərb təzyiq göstərərək illərdir Zəngəzur dəhlizi ideyasının reallaşmasına mane olur. ABŞ yeni dönəmin əsas ticarət yolu sayılan bu arteriya üzərində nəzarəti formalaşdırmağa çalışır. Amerikalı rəsmilərin tez-tez Zəngəzur dəhlizi, Orta Dəhliz, İpək yolu kimi qlobal və regional əhəmiyyəti olan layihələr barədə səsləndirdikləri bəyanatlar da bu baxımdan təsadüfi deyil - bir müddət öncə ABŞ Dövlət Departamentinin rəsmi şəxslərinin “yol Ermənistandan keçməlidir” bəyanatı səsləndirməsinin də arxasında Vaşinqtonun nəzarət arzusu dayanırdı.

Bölgə hədəfdədir...

Bəli, Azərbaycan hələ Vətən müharibəsi dövründə bəyan etmişdi ki, bizim Ermənsitan ərazilərinə girmək kimi fikrimiz yoxdur. Bu kimi təxribatçı “məlumatlar” isə Ermənistanın yeni müharibələrə sövq edilməsi ehtimalını formalaşdırır. Xüsusilə vurğulanmalıdır ki, burada hədəf yalnız Azərbaycan deyil - Ermənistanın əli ilə Qərb düşmənçilik münasibəti bəslədiyi İran, Rusiya, hətta üzdə müttəfiq saydığı Türkiyəyə qarşı naqis planlar hazırlayır. Bu kimi “kəşfiyyat materiallarını” ortaya çıxararaq Avropa Parlamentinin məlum “qətnaməsini” qəbul etdirən Qərb paralel oyun sərgiləyir. Amma Ermənistan anlamlıdır ki, Qərbin  təxribatçı planlarına alət olmaqla ən böyük ziyanı da özü çəkəcək. Çünki regiondakı qeyri-sabit durum ilk növbədə Ermənistanın maraqlarına cavab vermir...

P.İSMAYILOV

Paylaş:
Baxılıb: 564 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

Gündəm

İqtisadiyyat

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31