75 milyon insan həyatını itirə bilər...
13.06.2024 [11:08]
Yeni pandemiya gəlir?
Son zamanlar yeni “X” xəstəliyinə dair xəbərdarlıqlar çoxalıb. Bu naməlum xəstəlik epidemiyaya, hətta pandemiyaya səbəb ola bilən patogenin adıdır. Müxtəlif zamanlarda Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) “X” xəstəliyi ilə bağlı xəbərdarlıqlar edib. Təşkilatın saytında qeyd olunub ki, bu virus COVİD-19-dan 20 dəfə daha ölümcüldür.
ÜST-dən həmçinin bildirilib ki, “X” xəstəliyinin epidemiyaya çevriləcəyi təqdirdə 75 milyon insan həyatını itirə bilər və bu xəstəlik hər beş ildən bir fəallaşacaq. Təşkilatın məlumatında qeyd olunub: “Biz bütün ssenarilərə hazır olmalıyıq. COVİD-19 pandemiyasında çoxlu sayda insan öldü, çünki prosesi yaxşı idarə edə bilmədik. Yetərli həcmdə oksigen yox idi. İndi biz zərurət yarandığında mükəmməl fəaliyyət göstərəcək bir sistem qurmalıyıq”.
Növbəti pandemiya yaxınlaşır...
Yoluxucu xəstəliklər üzrə aparıcı mütəxəssislərin fikrincə, planetdəki insanların çoxu həyatları boyu COVİD-19-a bənzər başqa bir pandemiyanın şahidi olacaqlar, çünki onlar getdikcə daha çox yaxınlaşan “X” adlı naməlum patogen ilə mübarizə aparmaq üçün hələ də zəif təchiz olunublar. Bu səbəbdən həmin virus bütün dünyada sürətlə yayıla bilər. Qlobal ekspertlərin fikrincə, növbəti pandemiya yaxınlaşır və o, hazırda elmə məlum olmayan patogen tərəfindən törədilə bilər.
Yeni patogenlər ortaya çıxır...
Başqa bir iddiaya görə, COVİD-19 qlobal iqtisadiyyatları diz çökdürən, milyonlarla insanın həyatına son qoyan və pandemiyaya hazırlıqda qlobal zəiflikləri üzə çıxaran ilk “X” virusu xəstəliyi idi. London İmperial Kollecinin “Jameel” İnstitutunun Epidemiologiya üzrə tədqiqatçısı Tomas Rouson bildirib ki, gələcəkdə baş verəcək epidemiyanın şiddəti məlum deyil, lakin o, COVİD-19-dan daha ölümcül ola bilər. Onun sözlərinə görə, pandemiyalar getdikcə daha çox yayılır: “Əhalinin sayı artdıqca və bununla da heyvan xəstəlikləri mənbələri ilə qarşılıqlı əlaqə çoxaldıqca, yeni patogenin ortaya çıxma riski də çox olur. Çox güman ki, bir çoxumuz həyatımız boyu başqa bir qlobal pandemiyadan şəxsən təsirlənəcəyik”.
T.Rouson vurğulayıb ki, dünya təkcə müalicələr, peyvəndlərlə deyil, həm də çevik reaksiya ilə yeni pandemiyaya hazır olmalıdır.
Xüsusiyyətləri hələ də naməlum qalsa da, ekspertlərin fikrincə, “X” epidemiyası çox güman ki, əvvəlki pandemiyaların qlobal miqyasda yayılmasına imkan verən bəzi əsas əlamətləri ehtiva edəcək.
Hazırlıqsız yaxalansaq, nəticələr ağır ola bilər
Mövzu barədə “Yeni Azərbaycan”a danışan infeksionist Vüqar Cavadzadə bildirib ki, bəşəriyyətə məlum olmayan “X” xəstəliyi terminindən 2018-ci ildə ciddi beynəlxalq epidemiyaya səbəb ola bilən, hazırda naməlum olan yoluxucu xəstəliyə istinad etmək üçün istifadə edilib: “Ona görə də sözügedən xəstəliyə “X” adını veriblər. Əslində hazırda belə bir xəstəlik yoxdur. Amma gələcəkdə ola bilər. Kommunikasiyaların çox inkişaf etdiyi bir dövrdə belə bir xəstəliyin meydana gəlməsi və dünyaya yayılması ehtimalı var.
Artıq ÜST bu barədə ölkələrə xəbərdarlıq edib. Yəni bildirilib ki, belə bir epidemiya olacağı təqdirdə ona hazırlıqlı olmaq lazımdır. Çünki koronavirusda olduğu kimi hazırlıqsız yaxalansaq, nəticələri daha ağır ola bilər”.
Xəstəliyin simptomları nədir?
V.Cavadzadənin sözlərinə görə, “X”-lə bağlı əlamətlər birdən ortaya çıxır. Həkim qeyd edib ki, xəstəliyin əlaməti kimi qızdırma, əzələlərdə ağrılar, huşun itirilməsi, boyun ağrısı, bel ağrısı, baş ağrıları, şişkin gözlər və işığa həssaslıq əsas götürülür: “Eyni zamanda ürəkbulanma, qusma, qarında narahatlıq, ishal və boğaz ağrısı da xəstəliyin simptomları arasındadır. Bundan başqa, insanın əhvalındakı kəskin dəyişikliklər, həyəcan yuxululuq da “X”-in xarakterin xüsusiyyətlərindəndir. Əlavə əlamətlər və simptomlar arasında sürətli ürək döyüntüsü, limfa düyünlərinin şişməsi də var”.
Ətrafımızda epidemiyaya səbəb olan viruslar çoxdur
İnfeksionist qeyd edib ki, ətrafımızda xüsusi viruslar var: “Hətta onların bəzilərinin öldürücülük qabiliyyəti koronavirusdan 10 dəfə artıqdır. Yəni insanlar həmin viruslara yoluxa və bu, epidemiyaya səbəb ola bilər. Amma gələcəkdə virus və ya bakterial infeksiyaların yayılma riskinə hazır olmaq üçün xəbərdarlıqlar olunur.
Gələcəkdə baş verə biləcək pandemiyanın qarşısını almaq üçün bu anlayış ortaya atılıb. Sadəcə olaraq ÜST gələcəkdə belə bir pandemiyanın ola biləcəyini proqnozlaşdırıdığı üçün ölkələrin indidən buna hazırlıqlı olmaları ilə bağlı xəbərdarlıq edir”.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxİdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41

