Ağ xalatlıların günü...
15.06.2024 [11:00]
17 iyun - Tibb işçilərinin peşə bayramıdır
Onların həmişə bir şüarı və mübarizəsi olub. Ən ağır və çıxılmaz vəziyyətlərdə belə ümid işığı yandırmaq, xəstələrə şəfa vermək üçün fədakarlıq göstərmək. Bu şəxslər xəstələrin “olum-ölüm” dilemmasında bir incinin daha uzunömürlü olmasına səy göstəriblər: “Təki xəstə yaşasın, həyata qayıtsın!”. Ona görə də bu nəcib peşə sahibləri-tibb işçiləri hər cür ehtirama layiqdirlər.
Tibb işçiləri hələ qədim zamanlardan yuxarıda sadaladığımız keyfiyyətlərə sahib və sadiq olacaqlarına and içirdilər. Özü də yaxınlarının canına yox, çox uzaqdakı Hippokrata...
Hippokat andında nə deyilirdi?
Həkimlərə bu qədər yaxın olan Hippokrat antik dövrün məşhur yunan həkimi idi. Eramızdan 3 min il əvvəl tarix və ədəbiyyat materiallarına görə, yunan həkimi Hippokrat ilk həkim andını hazırlamışdı. O, həkim andında bir neçə məsələyə toxunub. Hippokrat andında deyilir ki, “Hansı evə daxil olacamsa, ancaq xəstənin xeyrini düşünəcəm. Kişi və qadınların bədəninə sui-istifadədən çəkinəcəm, insanların bütün xəstəliklərini bir sirr olaraq saxlayacam və s”. Həkimlər bu anda sadiq qalmayacaqları təqdirdə Allahdan özlərinə bədbəxtlik arzu edirdilər.
AXC dövründən başlanan tarix...
İki gün sonra ölkəmizdə tibb işçilərinin peşə bayramıdır. Artıq 23 ildir ki, tibb işçilərimiz bu bayramı qeyd edirlər. Belə ki, Heydər Əliyevin 2001-ci il 4 iyun tarixli Sərəncamına əsasən hər il iyunun 17-si tibb işçilərinin peşə bayramı günüdür.
Həmin gün öz başlanğıcını Azərbaycan Xalq Cümhuriyyətindən (AXC) götürür. Şərqdə ilk demokratik respublikası olan Milli hökumətin ilk qərarlarından biri 1918-ci il iyun ayının 17-də Səhiyyə Nazirliyinin yaradılması ilə əlaqədar oldu. İlk səhiyyə və sosial təminat naziri vəzifəsinə ixtisasca cərrah olan Xudadat bəy Rəfibəyli təyin edildi. Onun rəhbərliyi müddətində dövlət hesabına pulsuz xəstəxanalar açıldı, yeni tibb ocaqlarının və laboratoriyaların tikintisinə başlanıldı.
Səhiyyə işçilərimiz bütün dövrlərdə tibbi xidmətin səviyyəsini yaxşılaşdırmağa səy göstəriblər. Zərifə Əliyeva, Əziz Əliyev, Mirməmməd Cavadzadə, Tamerlan Əliyev, Böyükkişi Ağayev, Adilə Namazova, İbrahim Topçubaşov kimi tanınmış alimlər Azərbaycan tibb elminə əvəzsiz töhfələr veriblər.
Tibb işçilərimizin fədakarlıq nümunəsi...
Səhiyyəmiz böyük inkişaf yolu keçib. Azərbaycan səhiyyəsinin idarə olunması, tibb müəssisələrin maddi-texniki bazasının gücləndirilməsi, yeni tibbi texnologiyaların tətbiqinə xüsusi diqqət yetirilir. Bu sahənin dünyanın qabaqcıl ölkələrinin səviyyəsinə çıxarılması üçün lazımi imkanlar yaradılıb. Ölkəmizdə yeni tikilmiş və ya əsaslı təmirdən çıxmış tibb müəssisəsi müasir avadanlıqlarla təmin olunub. Aparılan islahatlar, təchizat və kadr hazırlığı ilə bağlı görülən işlər əhalinin dövlət tibb müəssisələrinə olan inamını getdikcə artırır.
Azərbaycanın tibb işçiləri yaxın tarixdə baş verən çətin sınaqlardan da üzüağ çıxıblar. Onlar koronavirus pandemiyası və İkinci Qarabağ müharibəsi dövründə vəzifə borclarını ləyaqətlə yerinə yetiriblər. Tibb işçilərimiz həm ümumbəşəri təhlükə ilə mübarizədə, həm də döyüş cəbhəsində yaralanan əsgərlərin sağaldılaraq həyata qaytarılmasında böyük fədakarlıq nümunəsi göstərdilər.
Şəfa tapmaq ümidilə qapısını döydüyümüz tibb işçilərinə ən adi şikayətdən tutmuş, ciddi cərrahi müdaxiləyə qədər ehtiyac duyuruq. Sağlamlığımızın keşiyini çəkən bu şərəfli peşə sahiblərinə nə qədər təşəkkür etsək, azdır... Gününüz mübarək!
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
18 May 18:26
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Gündəm
18 May 14:27
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55
Dünya
17 May 15:38
Siyasət
17 May 15:29
Dünya
17 May 14:19
Siyasət
17 May 14:17
Siyasət
17 May 13:38

