İdmançıların reklam etdiyi məhsullar...
03.09.2024 [10:00]
“Qanadlandırıcı” enerji içkilərinin reklamı necə tənzimlənir?
Yeganə BAYRAMOVA
Uşaqdan-böyüyə əksər insanların əlində enerji içkilərinə rast gəlirik. Bu içkilər siqaret və alkoqol kimi sağlamlığa zərərli olsa da, insanlar bilə-bilə özlərini təhlükəyə atırlar. Bunu biz yox, həkimlər deyir. Mütəxəssislərin sözlərinə görə, əksər televiziyaların “qanadlandırıcı” kimi reklam etdiyi bir banka enerji içkisinin tərkibində 0,5 litr su, 75 mq. kofein, 500 mq. taurin, şəkər, qlükoza, qlükoronolakton, rəngverici, aromatizator, limon duzu, duzluluğu tənzimləyici, karbon 4 oksid və bəzi vitaminlər var. Əksər televiziyaların “qanadlandırıcı” kimi reklam etdiyi “XL”, “Pitbull”, “Rox”, “Red Bull”, “Hell”, “Jaquar”, “Blue”, “Reo Line”, “Monster”, Bizon” və s. kimi içkilər sağlamlığımız üçün olduqca risklidir.
Bu içkilər nəinki insana enerji vermir, əksinə, onun daxilindəki enerji ehtiyatını xərcləyir. Gec-tez bu “enerji”ni yorğunluq, yuxusuzluq, əsəb və depressiya şəklində geri qaytarırıq.
Ümumdünya Səhiyyə Təşkilatı da (ÜST) apardığı araşdırmalar nəticəsində elan edib ki, yüksək miqdarda enerji içkisinin istehlak edilməsi insan sağlamlığı üçün təhlükə yaradır. Xüsusilə uşaqlar üçün çox təhlükəli olması barədə xəbərdarlıqlar edilsə belə, həmin içkiləri ən çox qəbul edənlər məhz uşaqlar və yeniyetmələrdir. Dəhşətlisi isə odur ki, bəzən valideynlər özləri övladlarına belə içkilər alırlar.
Əslində insanları da qınamaq olmur. Telekanallarda, sosial şəbəkələrdə, veb-saytlarda, küçələrdə bir sözlə, hər yerdə bu içkilər reklam edilir. Hətta ölkənin idman kanallarında idmançıların ifasında enerji içkiləri təbliğ olunur. Belə olan halda, insanları, uşaqları, yeniyetmələri necə qınayaq? Gənclər telekanallarda, bilbordlarda tanınmış idmançıların təqdimatı ilə enerji içkilərinin reklamına baxıb bu içkilərə necə meyillənməsin?
Yalnız enerji içkiləri təhlükəli deyil...
Azad İstehsalçılar İctimai Birliyinin (AİİB) sədri Eyyub Hüseynov mövzu barədə fikirlərini “Yeni Azərbaycan”la bölüşüb: “AİİB olaraq enerji içkilərinin əleyhinəyik. Satışda yalnız enerji içkiləri təhlükəli deyil, onlardan heç də fərqlənməyən “Coca-Cola”, “Fanta”, “Pepsi” kimi içkilər də var. Azərbaycan hökuməti və AİİB enerji içkilərinə əlçatanlığın azaldılması üçün müəyyən iş gördü. Aksiz vergiləri tədbiq olundu və Qida Təhlükəsizlik Agentliyi enerji içkilərinin tərkibini nisbətən yaxşılaşdırmaq üçün işlər apardı. Azərbaycanda istehsal edilən və ölkəmizə idxal olunan enerji içkilərinin tərkibi xeyli yaxşılaşdı”.
İnsan sağlamlığı arxa plandadır
İdmançıların reklamlarda çəkilməsinə gəlincə E.Hüseynov vurğulayıb ki, qanun bunu qadağan etməsə də, AİİB idmançıların belə reklamlarda iştirakını düzgün hesab etmir: “Ümumiyyətlə, bu, yolverilməzdir, doğru deyil. Enerji içkisi insanlara zərərli bir məhsuldur. Məhsulun etiketində özü yazır ki, zəif insanlara, hamilə qadınlara zərərdir. Hansı məntiqə sığır ki, zəifə zərər olan bir şey güclüyə faydalı olsun? Dərk etməliyik ki, kapitalizm cəmiyyətində yaşayırıq. Burada əsas pul amilidir. İnsan sağlamlığı arxa plandadır. Qərar verən şəxs olsaydım, idman yarışlarında enerji içkilərinin sponsor olmasına icazə verməzdin, idmançıların da bu içkilərin reklamına çəkilməsinə son qoyardım. İdmançılara çağırış edirəm ki, pul xatirinə belə reklamlara çəkilməsinlər”.
Qanun nə deyir?
Qeyd edək ki, ölkəmizdə uşaq verilişləri zamanı energetik içkilərin reklamı qadağan edilir. Bu məsələ 1 may 2020-ci ildə Milli Məclisin plenar iclasında müzakirə edilən “Reklam haqqında” qanuna dəyişiklikdə öz əksini tapıb. Dəyişikliyə əsasən, energetik içkilərdən istifadə olunması ilə bağlı yetkinlik yaşına çatmayanlara müraciət edilməsi, uşaqlar üçün proqramların (verilişlərin) energetik içkilərin reklamı ilə kəsilməsi qadağan olunur. Qanuna təklif edilən dəyişiklik səsverməyə qoyularaq II oxunuşda qəbul edilmişdi.
Bundan başqa, 2020-ci ilin oktyabr ayında Nazirlər Kabineti 382 nömrəli Qərarına dair izah verib. Kabinetdən bildirilib ki, İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsinə dəyişiklik edilərək etil (yeyinti) spirti və alkoqollu içkilərlə yanaşı, energetik içkilərin də yetkinlik yaşına çatmayanlara satılmasına görə inzibati məsuliyyət müəyyən olunub.
Reklamla bağlı məhdudiyyət yoxdur
Azərbaycan Dövlət Reklam Agentliyinin (ADRA) mətbuat katibi Hüseyn Əzizov qəzetimizə verdiyi açıqlamada bildirdi ki, qanunvericilikdə enerji içkilərinin reklamının qadağan olunması ilə bağlı hər hansı məhdudiyyət yoxdur: “Bu baxımdan ADRA həmin reklamların açıq məkanda yayımlanmasına qadağa qoya bilmir. Bununla yanaşı, agentlik tərəfindən yetkinlik yaşına çatmayan şəxslərdən istifadə olunmaqla hazırlanan reklamların açıq məkanda yayımlanmasının qarşısının alınması diqqətdə saxlanır. Amma bu, yalnız tövsiyə xarakteri daşıyır və qanunvericilik yol vermədiyinə görə burada hər hansı məhdudiyyətdən söhbət gedə bilməz”.
150 metrdən az məsafədə...
İdmançıların enerji içkilərini reklam etməsinə gəlincə, H.Əzizov ADRA tərəfindən belə bilbordların orta məktəblərin yaxınlığında yayımlanmasına icazə verilmədiyini qeyd etdi: “Buna səbəb Azərbaycan Respublikası Nazirlər Kabinetinin ?ərarıdır. Qərarda göstərilib ki, yetkinlik yaşına çatmayanlara zərərli təsir göstərə bilən reklamın məktəbəqədər və ümumi təhsil müəssisələrinin ərazisindən 150 metrdən az məsafədə yerləşdirilməsinə yol verilmir”.
Xəbər lenti
Hamısına baxDünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23

