Oftalmoloqlar kataraktadan qorunmağın yollarını açıqlayıb
11.09.2024 [11:37]
“Katarakta gözün optik linzasının (büllurun) bulanması ilə əlaqəli patoloji vəziyyətdir. Kataraktanın inkişafına kömək edən bir sıra səbəblər var. Bunlara qocalığı, ətraf mühitin mənfi təsirlərini, genetik meyilliliyi, müəyyən dərman preparatlarının qəbulunu, müşayiət olunan xəstəlikləri, göz xəstəlikləri və ya zədələrini misal göstərmək olar”.
Yeniazerbaycan.comTibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin mətbuat xidmətində istinadla xəbər verir ki, bunu Respublika Klinik Xəstəxanasının Oftalmologiya şöbəsinin müdiri, cərrah-oftalmoloq Leyla Babayeva deyib.
Həkimin sözlərinə görə, kataraktanın ən çox yayılan simptomu görmə kəskinliyinin azalmasıdır: “Büllurdakı bulanmaların yerindən (mərkəzdə və ya periferiyada) asılı olaraq, görmə azala və ya eyni qala bilər. Lakin büllurun periferiyasında katarakta inkişaf etməyə başlasa da, xəstənin görməsində heç bir dəyişiklik hiss edilmir. Bu cür kataraktalar oftalmoloqun müayinəsi zamanı aşkarlanır. Optik lensin bulanmaları mərkəzə nə qədər yaxındırsa, görmə problemləri də bir o qədər ciddi olur. Lensin mərkəzi hissəsində, yəni nüvəsində qeyri-şəffaflığın inkişafı ilə miyopiya görünə və ya güclənə bilər. Bu, yaxın görmənin yaxşılaşması ilə özünü büruzə verir, lakin uzağı görmə pisləşir. Bu səbəbdən də katarakta olan insanlar tez-tez eynəklərini dəyişməli olur”.
Abşeron Rayon Mərkəzi Xəstəxanasının həkim-oftalmoloqu Ülkər Həsənova isə bildirib ki, katarakta anadangəlmə, travmatik və yaşla əlaqədar yarana bilir: “Anadangəlmə katarakta bir və ikitərəfli (bir gözün və ya hər iki gözün bulanıqlaşması) ola bilər. İkitərəfli kataraktası olan uşaqlarda ən qısa zamanda cərrahi əməliyyat məsləhətdir. Travmatik kataraktalar müəyyən travmalar nəticəsində yaranır. Qocalıq kataraktası isə yaşla əlaqədar olaraq metabolizmin zəifləməsi nəticəsində büllurun elastikliyi itir və yavaş-yavaş bulanmağa başlayır. Sanki çirkli şüşə arxasından baxırmış hissi yaranır. İşığa baxdıqda işıqların yayılmış şəkildə görünməsi müşahidə edilir”.
Respublika Klinik Xəstəxanasının Oftalmologiya şöbəsinin müdiri, cərrah-oftalmoloq Leyla Babayeva qeyd edib ki, uşaqlarda anadangəlmə katarakta çəpgözlük, göz bəbəyinin sarımtıl olması, görmə qabiliyyətinin azalması ilə özünü büruzə verir: “Bu da adətən oyuncaqlara və digər əşyalara reaksiyanın olmaması ilə aşkarlana bilər. Diaqnostika zamanı oftalmoloji müayinələrin tam spektri müəyyən edilməlidir. Korreksiyalı və korreksiyasız görmə kəskinliyinin, görmə sahələrinin müayinəsi, göz təzyiqinin ölçülməsi, keratometriya, gözün ön seqmentinin müayinəsi ilə aparılır.
Biomikroskopiya (yarıq lampanın müayinəsi) gözün fiziologiyasını və patologiyasını öyrənmək üçün istifadə edilir. Bu üsul işləyən gözün normal toxuma strukturlarını yoxlamağa və ondakı ən kiçik dəyişiklikləri izləməyə imkan verir. Bu üsuldan istifadə etməklə bir çox oftalmoloji xəstəliklərin ən erkən diaqnostikasını aparmaq mümkündür”.
Mütəxəssislər vurğulayır ki, mirvari suyunun dərmanla müalicəsi yoxdur. Katarakta yalnız cərrahi əməliyyatla aradan qaldırılır. Oftalmoloqların sözlərinə görə, kataraktadan qorunmaq üçün maddələr mübadiləsinin pozulmasının qarşısını almaq, ultrabənövşəyi şüalardan uzaq olmaq lazımdır. Bu baxımdan ən önəmli ilkin addım isə metabolizmi yaxşılaşdırmaq, daim normada saxlamaqdır. Bunun üçün sadəcə meyvə-tərəvəzlərdən istifadə etmək, açıq havada daha çox zaman keçirmək və stres yaradan faktorlardan yayınmaq tövsiyə olunur.
Xəbər lenti
Hamısına baxDünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03

