Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq konfransda təmsil olunub
16.10.2024 [13:47]
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin təşəbbüsü və himayəsi ilə Daşkənddə keçirilən “İslam sülh və xeyirxahlıq dinidir” mövzusunda beynəlxalq elmi-praktiki konfransda iştirak edib.
QMİ-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, 22 ölkədən 70 nəfərin qatıldığı plenar və üç bölmə iclasından ibarət tədbirin açılış mərasimində şeyxülislam A.Paşazadə çıxış edib. Beynəlxalq forumu İslam sivilizasiyasına tarixən töhfələr vermiş Özbəkistanın müasir dövrdə bu şərəfli, ənənəvi missiyasını davam etdirmək əzminin daha bir təzahürü kimi dəyərləndirən şeyxülislam deyib: “Özbəkistanın İbn Sina, Fərabi, Biruni, Uluqbəy kimi dünya şöhrətli mütəfəkkirləri, İmam Buxari, Tirmizi, Maturidi kimi din alimləri, Əmir Teymur, Zahirəddin Babur kimi sərkərdələri, Əlişir Nəvai kimi qüdrətli söz ustadı və digər tanınmış şəxsiyyətləri bəşər tarixinə əvəzolunmaz töhfələr bəxş edib, möhtəşəm İslam mədəni-mənəvi irsinin zənginləşməsinə, eyni zamanda, Avropa intibahının təşəkkülünə rəvac veriblər”.
QMİ sədri vurğulayıb ki, Özbəkistanla mövcud mədəni-mənəvi əlaqələrin qorunub saxlanılması Azərbaycan üçün hər zaman xüsusi önəm daşıyır. Çox şadam ki, prezidentlər İlham Əliyev və Şavkat Mirziyoyev arasında mövcud qardaşlıq münasibətləri dövlətlərimiz və xalqlarımız arasında bütün sahələrdə, o cümlədən mənəvi əlaqələrin inkişafına təkan verir.
A.Paşazadə səfər çərçivəsində həmçinin Özbəkistan Prezidentinin dinlər və millətlərarası münasibətlər üzrə müşaviri Müzəffər Kamilovla görüşüb. Görüşdə qardaş ölkələrimiz arasında münasibətlərin ən yüksək səviyyədə inkişafından, o cümlədən dini-mənəvi əlaqələrin dərinləşməsindən məmnunluq ifadə olunub.
Konfransın əhəmiyyətinə toxunan A.Paşazadə Azərbaycan və Özbəkistanın müdrik, qlobal təfəkkürə malik dövlət liderlərinin müqəddəs İslam dininin humanist mahiyyətinin dünya miqyasında tanıdılması, dəyərlərinin müdafiəsi, islamofobiya meyllərinin qarşısının alınmasında müstəsna rolunu vurğulayıb.
Şeyxülislam Allahşükür Paşazadə qardaş ölkəyə səfəri çərçivəsində “Özbəkistan 24” televiziya kanalına müsahibə verib, canlı yayımda iştirak edib.
Xəbər lenti
Hamısına baxDünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Dünya
04 May 21:58
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Dünya
04 May 20:17
Gündəm
04 May 20:11
Dünya
04 May 19:50
Gündəm
04 May 19:41
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Gündəm
04 May 14:45
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52

