Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Alatavada özbaşına söküntü işlərinin qarşısı alınıb

Alatavada özbaşına söküntü işlərinin qarşısı alınıb

21.10.2024 [19:53]

Cari ilin aprel ayından etibarən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən şəhərsalma nəzarəti qaydasında keçirilən monitorinq nəticəsində Bakının Yasamal rayonunun Alatava-1, 128b ünvanında yerləşən yaşayış binasında müvafiq icazə sənədləri olmadan söküntü işlərinin aparılması faktı bir neçə dəfə aşkar edilib.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən AZƏRTAC-a bildirilib ki, özbaşına fəaliyyətin dayandırılması istiqamətində lazımi tədbirlərin görülməsi üçün aidiyyəti icra hakimiyyəti orqanlarına rəsmi sorğular göndərilib.

Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən görülmüş operativ tədbirlər nəticəsində Alatava yaşayış məntəqəsində başlanılmış özbaşına söküntü işləri tamamilə dayandırılıb və ərazi ciddi nəzarətə götürülüb.

Paylaş:
Baxılıb: 484 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31