Azərbaycan-Asiya ədəbi əlaqələri milli ədəbiyyatşünaslığımızda yeni istiqamət açıb
17.12.2024 [17:37]
AMEA-da keçirilən “Asiya xalqları ədəbiyyatı: ənənələr və müasir tendensiyalar” mövzusunda beynəlxalq elmi konfransın iştirakçıları akademiyanın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda olublar.
Ədəbiyyat İnstitutundan AZƏRTAC-a bildirilib ki, professor Bədirxan Əhmədov rəhbərlik etdiyi şöbədə aparılan tədqiqatlar barədə qonaqlara məlumat verib. Bildirib ki, 2016-cı ildə yaradılmış Azərbaycan-Asiya ədəbi əlaqələri şöbəsi Asiya xalqlarının ədəbiyyatını öyrənmək baxımından milli ədəbiyyatşünaslığımızda yeni bir istiqamət açıb. Şöbənin yaranmasında əsas məqsəd təkcə bu xalqların ədəbiyyatını öyrənmək deyil, həm də Azərbaycan ədəbiyyatını, mədəniyyətini ədəbi əlaqələr kontekstində təbliğ etmək olub.
Onun sözlərinə görə, artıq şöbədə Çin, Pakistan, Vyetnam, İndoneziya, Koreya yapon, monqol, əfqan, hind ədəbiyyatı üzrə araşdırmalar aparılır. Şöbənin tədqiqatına iki problem (“Asiya xalqları ədəbiyyatı və ədəbi əlaqələri”, “Asiya xalqları ədəbiyyatı: mərhələləri, problemləri, şəxsiyyətləri”) və iki mövzu (“Asiya xalqları ədəbiyyatının inkişaf meyilləri, "Azərbaycan-Asiya ədəbi əlaqələri”) daxildir və bu istiqamətlər üzrə aparılan elmi araşdırmalar öz bəhrəsini verməkdədir. Professor Bədirxan Əhmədov, həmçinin şöbədə Azərbaycan-Asiya ölkələri ədəbi əlaqələrinə dair kitabların hazırlandığını, birgə konfransların keçirildiyini diqqətə çatdırıb.
Daha sonra konfrans iştirakçıları Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elektron akt zalında, institutun nəzdindəki Çin Mərkəzində, Pakistan Ədəbiyyatı Mərkəzində, Mehmet Akif Ərsoy Mərkəzində, Əlişir Nəvai adına Ədəbiyyatşünaslıq Mərkəzində, eləcə də Məhtimqulu Fəraqi Türkmən Ədəbiyyatı Mərkəzində olublar. Qonaqlara sözügedən mərkəzlərdə Asiya xalqları ədəbiyyatı ilə bağlı görülən işlər, aparılan tədqiqatlar barədə ətraflı məlumat verilib.
Konfrans iştirakçıları Ədəbiyyat İnstitutu ilə tanışlıqdan məmnun qaldıqlarını deyib, təməli qoyulmuş bu dostluğun, elmi-ədəbi əlaqələrin daha da genişlənəcəyinə ümidvar olduqlarını bildiriblər.
Sonda qonaqlara müəssisədə çap olunmuş bir sıra kitablar hədiyyə edilib.
Qeyd edək ki, “Asiya xalqları ədəbiyyatı: ənənələr və müasir tendensiyalar” mövzusunda beynəlxalq elmi konfrans Bakıda Asiya ölkələri ədəbiyyatı ilə bağlı keçirilən ilk tədbirdir.
Xəbər lenti
Hamısına baxDünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Dünya
04 May 21:58
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Dünya
04 May 20:17
Gündəm
04 May 20:11
Dünya
04 May 19:50
Gündəm
04 May 19:41
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Gündəm
04 May 14:45
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52

