Dənizkənarı Milli Parkda “Zamanın səsini dinlə” fotosərgisinin açılışı olub
28.12.2024 [17:48]
Dənizkənarı Milli Parkda “Zamanın səsini dinlə” fotosərgisinin açılışı olub.
Sərginin məqsədi müdriklik, təcrübə ilə dolu həyat dövrünü nümayiş etdirməkdir. Burada təqdim olunan fotolarda ahıl şəxslər üçün sosial xidmət müəssisəsinin sakinlərinin simaları əks olunub.
AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Fondunun, Mədəniyyət Nazirliyinin və Dənizkənarı Bulvar İdarəsinin təşkilatçılığı keçirilən fotosərginin açılış mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva iştirak ediblər.
Fotosərgi ilə tanış olan Leyla Əliyeva və Arzu Əliyeva ahıl şəxslər üçün sosial xidmət müəssisəsinin sakinləri ilə həmsöhbət olub, onların qayğıları ilə maraqlanıb və xatirə şəkilləri çəkdiriblər.
Ahıl şəxslər üçün sosial xidmət müəssisəsinin 78 yaşlı sakini Validə Həsənova AZƏRTAC-ın müxbiri ilə söhbətində bildirib ki, öz şəklini görəndə çox fərqli hisslər keçirib. “Heydər Əliyev Fondu bizə şərait yaratdı ki, özümüzü kənardan görək. Müəssisənin həyətində milli geyimdə çəkdirdiyim şəkil çox xoşuma gəldi. Bizə diqqət və qayğı göstərdikləri üçün Heydər Əliyev Fonduna minnətdaram. Sağ olsunlar ki, bizi yaddan çıxarmırlar".
Müəssisənin digər sakini - 77 yaşlı Hüseyn Ələkbərov onlara ahıllar evində yaradılan şəraitdən məmnunluğunu ifadə edib. H.Ələkbərov ahılların hər zaman Heydər Əliyev Fondunun qayğısını hiss etdiklərini, fotosərginin də həmin diqqətin başqa bir növü kimi onlarda xoş təəssürat yaratdığını qeyd edib.
“Zamanın səsini dinlə” fotosərgisi şəhər sakinlərinin də marağına səbəb olub.
Kameranın obyektivi bizə yalnız simaları təqdim etmir, həm də gözlərdə, üz cizgilərində və baxışlarda həkk olunmuş hissləri, emosiyaları çatdırır. Hər bir fotoşəkil müasir dünyanın səs-küylü təlaşı arasında itən zamanın sədasını eşitmək imkanı yaradır.
Sərgi mövzu qəhrəmanlarının istiqanlılığından və iradələrinin möhkəmliyindən ilhamlanıb. Bu insanların xatirələri keçmişə aparan bir körpüdür. Çünki onların əksəriyyəti ölkəmizin çətin və keşməkeşli dövrlərində yaşamış, indiki dünyamızı formalaşdıran mühüm hadisələrin şahidləri və iştirakçıları olublar.
“Zamanın səsini dinlə” sərgisi ahıl insanlara hörmətin, diqqətin və qayğının nə qədər vacib olduğunu düşünməyə çağırır. Çünki bu qayğı onların ömrünü uzadır, həyatlarını daha da işıqlı və gözəl edir.
Xəbər lenti
Hamısına baxMaraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:33
Siyasət
19 İyun 14:30

