Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Bakıda növbəti “Kənddən Şəhərə” həftəsonu yarmarkası keçiriləcək

Bakıda növbəti “Kənddən Şəhərə” həftəsonu yarmarkası keçiriləcək

28.02.2025 [14:29]

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki “Aqrar Tədarük və Təchizat” ASC tərəfindən martın 1-2-də növbəti dəfə “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq.

AZƏRTAC xəbər verir ki, paytaxtın Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (metronun “Gənclik” stansiyasının yanı) ünvanında keçiriləcək yarmarkada 20 rayondan 50-yə yaxın fermerin iştirakı gözlənilir. Əvvəlcədən qeydiyyatdan keçən fermerlər 150 çeşiddə kənd təsərrüfatı və qida məhsullarının satışını həyata keçirəcəklər.

Yarmarkada satışa çıxarılacaq məhsulların keyfiyyətinə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) nəzarət edəcək. AQTA-nın Səyyar Qida Laboratoriyası yarmarkanın yanında fəaliyyət göstərəcək.

Paylaş:
Baxılıb: 376 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Siyasət

Gündəm

Ədəbiyyat

MEDİA

Ədəbiyyat

Sazım

20 İyun 08:50

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30