Hazırda 75 min ailə ünvanlı yardımla təmin olunur
05.03.2025 [13:26]
Aztəminatlı ailələrin rifahına mühüm dəstək olan ünvanlı dövlət sosial yardımı proqramı hazırda 331 min ailə üzvü olan 75 min ailəni əhatə edir. Həmin ailələrə hər ay orta hesabla 470 manat ödənilir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, son illər ünvanlı yardım proqramına əlçatanlığın artırılması, yardımın təyinat şərtlərinin yumşaldılması üçün qanunvericilikdə bir sıra dəyişikliklər edilib. Ötən il isə “Ünvanlı yardım” e-sistemi yenidən qurulmaqla, yardım üçün müraciət proseduru xeyli sadələşdirilib.
Yardım üçün müraciət edən şəxslərdən artıq ailə üzvlərinin sosial ödəniş almaları, tələbə, şagird, işsiz, keçmiş məcburi köçkün, hərbi xidmətdə olmaları, daşınmaz əmlakı, torpaq pay mülkiyyəti, kommunal xərcləri, əlilliyinin olması və s. məlumatları qeyd etmələri tələb olunmur.
Eləcə də ailənin maddi-məişət şəraiti yoxlanarkən abonent, sayğac nömrələri, həyətyanı sahə və digər məlumatların “Ərizə-bəyannamə”də düzgün göstərilmədiyi aşkarlandıqda, bu məlumatlara yerindəcə düzəliş edilməklə, müraciətə yenidən baxılır.
Ünvanlı yardım almış ailə yardım üçün təkrar müraciət etdikdə isə, əgər ailənin tərkibi və yaşayış ünvanı dəyişməyibsə, ailədə ailə başçısını itirməyə görə pensiya və ya müavinət alan varsa, ailədə I dərəcə əlilliyi olan ailə üzvü varsa, II dərəcə əlilliyi olan iki və daha çox ailə üzvü varsa, üç və daha çox uşaq varsa, ailənin maddi-məişət şəraitinin müayinəsi aparılmır.
Son illər həmin dəyişikliklər proqramın əhatə dairəsinin genişlənməsi ilə nəticələnir. Məsələn, ünvanlı yardım alan ailələrin sayı 2018-ci ilə nisbətən ötən dövrdə 1,8 dəfə artaraq 42,7 mindən 2024-cü ildə 76 minə, ailə üzvlərinin sayı isə 173,1 mindən 334 minə çatıb.
Hər ailəyə düşən ünvanlı yardımın orta aylıq məbləği 2018-ci ildəki 175 manatdan 2,7 dəfə artaraq 2024-cü ildə 473 manata çatıb.
Ünvanlı yardımlar üzrə əhaliyə ödənilən vəsaitlərin illik həcmi həmin dövrdə 4 dəfəyə yaxın artıb və bu istiqamətdə hazırda illik 400 milyon manat ətrafında vəsait yönəldilir. Ümumilikdə 2018-2024-cü illərdə ünvanlı sosial yardım proqramı üzrə əhaliyə 1,7 milyard manat vəsait ödənilib.
Ünvanlı sosial yardım təyin edilmiş ailələrdəki 1 yaşadək uşaqlara görə həmin ailələrə aylıq müavinət də ödənilir və bu müavinətin məbləği 2018-2024-cü illərdə 2 dəfəyə yaxın artırılaraq 100 manata çatdırılıb.
Xəbər lenti
Hamısına baxDünya
21 İyun 15:39
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34

