19 mart terroru...
19.03.2025 [08:38]
Bakı metrosundakı faciədən 31 il ötür!
Xalqımız müxtəlif zamanlarda Ermənistanın xüsusi xidmət orqanları tərəfindən hazırlanmış terror hadisələrinin qurbanı olub. Çoxsaylı sakinlər-qadınlar, uşaqlar və qocalar ermənilərin təşkil etdiyi bu qanlı terrorlar zamanı həyatlarını itiriblər. Bu hadisələrin hər biri isə tariximizin qanlı səhifələridir. 1990-cı illərdə Azərbaycanda daxildə baş verən qarışıqlıqlar həmçinin, Ermənistanın təcavüzkar hücumları ölkəni zəiflətmişdi. Ölkəmizi hədəf alan düşmən qüvvələri müxtəlif tərəflərdən hücumlar təşkil etməyə başlamışdılar.
Onlardan biri də 1994-cü ilin 19 martında oldu. Bu gün Ermənistan xüsusi xidmət orqanlarının Bakı Metropolitenində törətdiyi terror aktından 31 il ötür. Saat 13:00 radələrində Bakı metrosunun “20 Yanvar” stansiyasında baş vaqona qoyulmuş saat mexanizmli əldə düzəltmə bomba qatar stansiyada dayananda işə düşüb. Həmin hadisə zamanı 14 nəfər həlak olub, 49 nəfər yaralanıb. Həlak olanlar arasında Azərbaycanın Xalq artisti Rafiq Babayev də olub.
İstintaq və məhkəmə yolu ilə sübut edilib ki, terror aksiyası Ermənistan xüsusi xidmət orqanları tərəfindən hazırlanıb. Hadisə Qarabağ uğrunda gedən döyüşlər zamanı-13 yanvar 1994-cü ildə əsir düşmüş və Ermənistan xüsusi xidmət orqanları tərəfindən əməkdaşlığa cəlb edilmiş Aslanov Azər Salman oğlu tərəfindən törədilib.
Məhkəmə araşdırmaları zamanı müəyyən olunmuşdu ki, 14 yanvar 1994-cü ildə Zori Balayan hərbi əsir Azər Aslanovla görüşüb, azərbaycanlılara qarşı mübarizədə bütün azsaylı xalqların birgə fəaliyyət göstərmələrinin vacibliyini bildirib. 9 iyun 1994-cü ildə Ermənistan xüsusi xidmət orqanlarının Artur adlı əməkdaşı A.Aslanovun Bakıdakı mənzilinə zəng vuraraq onun sağ olduğunu bildirib və azad olunması üçün yaxın qohumlarından birinin Yerevan şəhərinə gəlməsinin zəruriliyini qeyd edib. 16 iyun 1994-cü il tarixində A.Aslanovun anası Tacibat Aslanova Yerevana gedir. Azər Aslanova anasının həyatının təhlükə altında olduğu bildirilir. Bu təhdidlər altında o, Ermənistan xüsusi xidmət orqanları ilə “Ömər-75” təxəllüsü ilə daimi əməkdaşlığa cəlb edilir.
Azərbaycana maneəsiz gəlməsi üçün Azər Aslanovun adına saxta sənədlər hazırlanır, partlayıcı maddə isə müvafiq qaydada peçenye, şokolad və dezodarant qutularında gizlədilir. A.Aslanov “Yerevan-Mineralnıye Vodı-Bakı”marşrutu ilə Azərbaycana gələrək, 3 iyul 1994-cü ildə Bakı metrosunun “28 May” və “Gənclik” stansiyası arasında qatarda terror aktını həyata keçirib və yenidən Ermənistana qayıdıb.
İstintaq zamanı müəyyən edilmişdi ki, terror aktının təlimatçıları Ermənistan xüsusi xidmət orqanlarının polkovniki Karen Baqdasaryan və kapitan Seyran Sarkisyan olub. Azərbaycan Respublikasının Ali Məhkəmə instansiyaları tərəfindən aparılmış araşdırmalar prosesində göstərilən terror aktlarının həyata keçirilməsində Qarabağın qeyri-qanuni rejiminin funksionerləri və Ermənistanın xüsusi xidmət orqanlarının təşkilatçılığı, maliyyə və texniki dəstəyi, əksər hallarda isə bilavasitə iştirakı prosessual qaydada sübuta yetirilib.
Bununla da Moskvada Azərbaycan vətəndaşı Azər Aslanov həbs edilir. 1997-ci ilin 29 noyabr tarixində onu Azərbaycana göndərirlər. 1998-ci ildə Aslanov bu terror aktını keçirmək göstərişini erməni əsirliyində olarkən, publisist Zori Balayandan aldığını deyir. Beləliklə, Azər Aslanova ömürlük həbs cəzası verilir.
Aslanovun ifadələri əsasında, məhkəmənin göstərişi ilə Zori Balayana qarşı cinayət işi açılır, 1999-cu ildə Azərbaycan Respublikasının Baş Prokurorluğunun təqdimatı əsasında Balayan haqqında İnterpolun xətti ilə beynəlxalq axtarış elan edilir. Daha sonra o, MDB dövlətlərində də, beynəlxalq axtarışa verilir.
Qeyd edək ki, 1994-cü ilin 3 iyulunda da Bakı metrosunun “28 May” və “Gənclik” stansiyalarının arasında qatarda partlayış törədilib. Bu hadisədə 13 nəfər həlak olub, 42 nəfər yaralanıb. Azərbaycanın hüquq-mühafizə orqanları bu hadisəni də Ermənistanın xüsusi xidmət orqanlarının təşkil etdiyini müəyyənləşdirib.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxDünya
18 İyun 23:35
Mədəniyyət
18 İyun 23:19
Dünya
18 İyun 22:41
Dünya
18 İyun 22:34
Dünya
18 İyun 22:16
İdman
18 İyun 21:58
İqtisadiyyat
18 İyun 21:22
İqtisadiyyat
18 İyun 21:09
Siyasət
18 İyun 20:45
Müsahibə
18 İyun 20:31
Dünya
18 İyun 20:17
Müsahibə
18 İyun 19:53
Analitik
18 İyun 19:22
İqtisadiyyat
18 İyun 19:20
Sosial
18 İyun 19:11
Dünya
18 İyun 18:20
Dünya
18 İyun 17:35
Dünya
18 İyun 16:29
Xəbər lenti
18 İyun 15:58
Dünya
18 İyun 15:31
İqtisadiyyat
18 İyun 15:16
Gündəm
18 İyun 15:15
Maraqlı
18 İyun 14:49
Siyasət
18 İyun 14:36
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:34
Sosial
18 İyun 14:33
Siyasət
18 İyun 14:32
Dünya
18 İyun 14:27
YAP xəbərləri
18 İyun 14:25
YAP xəbərləri
18 İyun 14:23
Sosial
18 İyun 14:16
Sosial
18 İyun 14:14
Dünya
18 İyun 13:48
Dünya
18 İyun 13:20
YAP xəbərləri
18 İyun 13:15
Gündəm
18 İyun 13:04
Siyasət
18 İyun 12:57
İqtisadiyyat
18 İyun 12:47
İqtisadiyyat
18 İyun 12:43
Sosial
18 İyun 12:43
Sosial
18 İyun 12:41
İqtisadiyyat
18 İyun 12:41
Sosial
18 İyun 12:40
Siyasət
18 İyun 12:18
Dünya
18 İyun 11:59
Analitik
18 İyun 11:25
Gündəm
18 İyun 11:23
Siyasət
18 İyun 10:47
Siyasət
18 İyun 10:46
Siyasət
18 İyun 10:45
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:43
Siyasət
18 İyun 10:43
Sosial
18 İyun 10:39
Dünya
18 İyun 10:17
İqtisadiyyat
18 İyun 09:40
Ədəbiyyat
18 İyun 09:16
Dünya
18 İyun 09:05
Analitik
18 İyun 08:53
Sosial
18 İyun 08:35
Dünya
18 İyun 08:10
Siyasət
18 İyun 07:39
Dünya
18 İyun 07:27
Dünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56

