Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Rusiya ABŞ ilə İran arasında əldə edilən razılaşmanı alqışlayıb

Rusiya ABŞ ilə İran arasında əldə edilən razılaşmanı alqışlayıb

18.06.2026 [22:41]

Rusiya iki ölkənin prezidentləri - Donald Tramp və Məsud Pezeşkian arasında hərbi münaqişəyə son qoymaq üçün əldə edilən razılaşmanı alqışlayır.

AZƏRTAC Rusiya Xarici İşlər Nazirliyinin bəyanatına istinadla xəbər verir ki, Moskva Vaşinqton və Tehranın imzalanmış anlaşma memorandumunun şərtlərinə riayət etmək üçün nümayiş etdirdiyi öhdəliyi qeyd edib.

Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir: “Biz Pakistan və Qətər vasitəçilərinin mövcud fikir ayrılıqlarını danışıqlar yolu ilə həll etmək üzrə enerjili və effektiv səylərini təqdir edirik”.

Rusiya Xarici İşlər Nazirliyi sülhün bərqərar olmasının Körfəz dövlətləri arasında etimadın bərpasına töhfə verəcəyinə və Hörmüz boğazından təhlükəsiz naviqasiyanın yenidən başlanmasının qlobal enerji və ərzaq bazarlarında qeyri-sabitliyin azaldılmasına kömək edəcəyinə ümid etdiyini bildirib.

Paylaş:
Baxılıb: 85 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Diqqət Ukraynaya...

18 İyun 11:25  

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30