Bəşəriyyətin mühüm varlıqları!
14.05.2025 [08:16]
Ümumdünya Analar Günüdür
Bu gün dünya ölkələrinin əksəriyyəti müqəddəs bir günü - Analar Bayramını qeyd edir. Ülvilik, zəriflik, gözəllik və güclülük rəmzi olan ana məfhumu bütün bəşər övladı üçün əzizdir. Dünyaya göz açan hər bir canlı kimi insan da ana bətnində inkişaf edib böyüdüyü, ana fiziologiyası ilə sıx bağlı olduğu üçün onlara qarşı olan məhəbbət hər insan üçün əvəzedilməzdir. Bu sevgi, bu məhəbbət digər heç bir hislə müqayisəyə gəlməz. Analıq və anaya olan hissi isə hər kəs eyni cür ifadə etmir.
Bayramın təşəbbüskarı Amerikadır
Anaların şərəfinə keçirilən beynəlxalq bayram bir çox ölkədə müxtəlif günlərə təsadüf edilir. Ümumiyyətlə, dünyada “Analar günü” mayın ikinci həftəsi qeyd olunur.
İngiltərədə XVII əsrdən XIX əsrədək “Anaların bazar günü” adlı bayram qeyd olunub. Anaların təbrik edilməsinə həsr edilmiş bu bayram “Böyük pəhriz” adlanan dini bayramın dördüncü bazar günündə keçirilirmiş. ABŞ-da “Analar günü” ilk dəfə 1872-ci ildə məşhur Amerika pasifisti Culiya Uord Houv tərəfindən dəstəklənib.
Analar günü həm də qadın və anaların üzləşdiyi qlobal və milli məsələlərə bir daha dünya ictimaiyyətinin diqqətini cəlb etmək, onları narahat edən problemlərin həlli yollarını araşdırmaq məqsədi daşıyır.
Culiya Uord Houvun qənaətinə görə, həmin gün anaların Yer kürəsində sülh naminə mübarizədə birliyi günüdür. Lakin onun bu konsepsiyası nə ABŞ-da, nə də digər ölkələrdə öz təsdiqini tapmayıb. 1907-ci ildə ABŞ-ın Filadelfiya ştatından olan Anna Carvis anaların təbrik olunması təşəbbüsü ilə çıxış edib. O, ilin bir gününün analara həsr olunması, yəni bu münasibətlə “Analar günü”nün qeyd olunması təklifi ilə dövlət idarələrinə, qanunvericilik orqanlarına və görkəmli şəxslərə məktub yazıb. 1910-cu ildə ilk olaraq Virciniya ştatı “Analar günü”nü rəsmi bayram kimi tanıyıb. 1914-cü ildə ABŞ prezidenti Vudro Vilson may ayının ikinci bazar gününü bütün amerikalı anaların şərəfinə milli bayram elan edib.
ABŞ-ın ardınca 23 ölkə may ayının ikinci bazar gününü bayram elan edib. Daha 30 ölkə isə bu bayramı başqa günlərdə qeyd edir.
Analar üçün ən ideal ölkə...
“Save the Children” (“Uşaqların Xilası”) təşkilatı 178 ölkə üzrə araşdırma apararaq, dünyanın analar və uşaqlar üçün ən yaxşı ölkəsini seçib. Araşdırmanın nəticəsinə görə, Finlandiya dünyanın analar və uşaqlar üçün ən yaxşı ölkəsi olub.
Araşdırma zamanı ana sağlamlığı, uşaqlar arasında ölüm riski, təhsil səviyyəsi, ölkənin gəlir səviyyəsi və qadının siyasi statusu olmaqla 5 kateqoriya əsas götürülüb.
Növbəti yerləri isə Norveç, İsveçrə, İslandiya, Hollandiya və Danimarka tutub.
Ana olandan sonra intellektual səviyyə artır?
ABŞ-ın Stenford Universitetinin alimlərinin fikrincə, qadın ana olanda onun intellektual səviyyəsi (İQ) artır. Araşdırmanın rəhbəri Kreyq Kinslinin dediyinə görə, bunun səbəbi təkamüldür: “Qadın ana olandan sonra həll etməsi vacib bir sıra məsələlərlə qarşılaşır. Hamiləlik zamanı qadın bir qədər dağınıq fikirli, unutqan olur. Lakin bu, hamiləlik dövründə beyindəki dəyişikliklərlə bağlıdır. Hamilə qadın ana olandan sonra isə beyin daha effektiv, daha sürətlə işləməyə başlayır”.
Ana olmaq qadınların ömrünü uzadır
Aparılan araşdırmalar nəticəsində məlum olub ki, ana olandan sonra qadınların ömrü uzanır. Araşdırma heç də 1-2 uşaqlı anaları əhatə etmir, söhbət dünyaya 6 və ya daha çox uşaq gətirmiş qadınlardan gedir. Yəni 6 uşaq sahibi bir ananın ömrü digər anaların ömründən daha çoxdur.
Avstraliyada aparılan araşdırmaya görə, 6 və ya da daha çox sayda uşağı olan qadınların təxminən yarısı daha az ölüm riski daşıyır. Araşdırmanın rəhbəri olan Yeni Cənubi Uels Universiteti professoru Leon Simons bildirib ki, qadınları 6-dan çox uşaq sahibi olun deyə təşviq etməsək də, görünən budur ki, çoxuşaqlı analar ən azı bir uşağı olan həmcinslərindən daha çox yaşayır.
Hər bir uğurumuzun arxasında analarımızın təmiz və pak duaları dayanır. Bizi çətinliklərlə dünyaya gətirən bu möhtəşəm varlıqlara hörmət və sevgimizi göstərməkdən çəkinməməliyik. Bütün anaları ‘’Analar Günü’’ münasibətilə təbrik edirik!
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxMaraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44

