Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Yaxın aylarda Ağdam şəhərinə ilk köçə başlanılacaq

Yaxın aylarda Ağdam şəhərinə ilk köçə başlanılacaq

30.08.2025 [20:18]

Bu ilin payızında Ağdam şəhərinə ilk köçə başlanılacaq.

AZƏRTAC xəbər verir ki, bunu Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov Bakı-Ağdam qatarının fəaliyyətə başlaması münasibətilə keçirilən tədbirdə bildirib.

Onun sözlərinə görə, Ağdam şəhərində bərpa işləri sürətlə davam edir: "Şəhərdə çox ciddi infrastruktur işləri həyata keçirilir. Ağdam şəhərinə bu il növbəti aylarda, payız aylarında ilk köçə başlanılacaq".

O vurğulayıb ki, gələn ilin sonuna qədər artıq Ağdam şəhərinin tarixi mədəni mərkəzi hissəsi tam bərpa olunacaq və əhalinin istifadəsinə veriləcək.

Paylaş:
Baxılıb: 319 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30