Sentyabrın 15-i Azərbaycanda Bilik Günüdür
15.09.2025 [08:28]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2004-cü il 21 avqust tarixli Fərmanına əsasən sentyabrın 15-i ölkəmizdə Bilik Günü kimi qeyd olunur. Prezident İlham Əliyevin təhsilə diqqət və qayğısı, Heydər Əliyev Fondunun müvafiq istiqamətdə həyata keçirdiyi layihələr nəticəsində son illər Azərbaycan təhsili yeni inkişaf mərhələsinə qədəm qoyub. Bu gün təhsil sisteminin bütün pillələri üzrə dövlət proqramları uğurla icra edilir.
AZƏRTAC xəbər verir ki, sentyabrın 15-də ümumi təhsil müəssisələrində ilk dərs “Konstitusiya və Suverenlik İli”nə həsr olunacaq.
Yeni tədris ilində ölkə üzrə I siniflərə 132 min 261, məktəbəhazırlıq qruplarına isə 89 min uşaq qəbul olunub.
2025–2026-cı tədris ilində ümumilikdə 1,6 milyon şagirdin təhsil alacağı proqnozlaşdırılır. Onların 130 mindən çoxu birinci sinifdə, 552 mini ibtidai, 796 mini ümumi orta, 246 mini isə tam orta təhsil səviyyəsində oxuyacaq.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki məktəblərdə ümumilikdə 505 min 766 şagird təhsil alacaq. Bu məktəblərin I sinfində 39 min 622, IX sinfində 47 min 438, XI sinfində 35 min 134, XII sinfində isə 124 şagirdin təhsil alacağı gözlənilir. Paytaxtın məktəbəhazırlıq qruplarına 21 min 491 uşaq cəlb olunacaq. BŞTİ-nin tabeliyində fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrinə isə 35 min 28 uşaq qəbul olunub. Hazırda paytaxtda 28 min 127 müəllim, məktəbəqədər müəssisələrdə isə 4149 tərbiyəçi-müəllim çalışır. Ümumilikdə BŞTİ-nin tabeliyində 673 təhsil müəssisəsi və 9 məktəbdənkənar müəssisə fəaliyyət göstərir.
Yeni tədris ilində ölkə üzrə təxminən 2,2 milyon təhsilalan və 300 minə yaxın təhsilverən fəaliyyət göstərəcək. Məktəbəqədər təhsildə 226 min, ümumi təhsildə 1,6 milyon, peşə təhsilində 40 min, orta ixtisas təhsilində 63 min, ali təhsildə isə 246 min nəfərin təhsil alacağı nəzərdə tutulur.
Son illərdə 600-ə yaxın məktəb tikilib və əsaslı təmir olunub, qəzalı məktəblərin sayı isə 2 dəfədən çox azalaraq 400-ə enib.
Cari tədris ilində 312 ümumi təhsil müəssisəsində metodik dəstək xidməti fəaliyyətə başlayacaq, 14 məktəbdə yeni təmayül tədris modeli pilot olaraq tətbiq ediləcək.
Təhsil müəssisələrinin əsaslı təmiri, yenidən qurulması, yeni binaların tikintisi və onların müasir avadanlıqla təchizi gənc nəslin daha bilikli yetişməsinə xidmət edir. Həmçinin işğaldan azad edilmiş ərazilərdə Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində təhsil müəssisələrinin tikintisi və bərpası davam edir. Hazırda Qarabağ və Şərqi Zəngəzurda 14 məktəb fəaliyyət göstərir. Bu məktəblərdə 2807 şagird oxuyur, 334 nəfərdən ibarət pedaqoji heyət çalışır. 2025–2026-cı tədris ilində Ağdam, Ağdərə, Xocalı, Cəbrayıl və Kəlbəcərdə daha 11 məktəbin açılması nəzərdə tutulur.
Son on ildə ali təhsil müəssisələrinə qəbul 40 faizdən çox artıb. Dövlət sifarişi əsasında təhsil alan tələbələrin sayı əvvəlkindən 2 dəfə çox olub.
2026-cı il üçün 75 min tələbə qəbul hədəfi müəyyən edilib. Təhsil Tələbə Krediti Fondu vasitəsilə indiyədək 63 min kredit müqaviləsi imzalanıb.
Son 4 ildə lisey və gimnaziyalara qəbul iki dəfəyə qədər artıb. 2022–2023-cü tədris ilində 15 müəssisəyə 2638 şagird, 2023–2024-cü tədris ilində 32 müəssisəyə 3815 şagird, 2024–2025-ci tədris ilində 34 müəssisəyə 3672, 2025–2026-cı tədris ili üzrə 39 müəssisəyə 4784 şagird qəbul olunub. Gələcəkdə lisey və gimnaziyaların sayının daha da artırılması planlaşdırılır.
Yeni tədris ilində Elm və Təhsil Nazirliyinin təşəbbüsü ilə Bakı şəhərində “Rəqəmsal məktəb” platforması 353 məktəbdə 500 mindən çox şagirdi və 30 mindən çox işçi heyətini əhatə edəcək. Platforma təhsil prosesini rəqəmsallaşdırmaq, dərslərin və tapşırıqların idarə olunmasını asanlaşdırmaq, valideyn-müəllim-şagird əlaqəsini gücləndirmək məqsədi daşıyır. Bu platformanın artıq 23 nömrəli tam orta məktəbdə tətbiqinə başlanılıb, qəbul prosesləri də platforma üzərindən həyata keçirilir. Şagirdlər dərs cədvəli, tapşırıqlar, videodərslər və digər materiallara bir mərkəzdən çıxış əldə edə bilirlər. Valideynlər isə övladlarının təhsil göstəricilərini izləyə bilərlər. Platforma www.reqemsal.edu.az ünvanında fəaliyyət göstərir. Layihənin növbəti mərhələlərdə ölkənin digər regionlarında da tətbiqi nəzərdə tutulur.
Yeni tədris ilində “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı” çərçivəsində bakalavriat səviyyəsi 125, magistratura səviyyəsi üzrə 356, doktorantura səviyyəsi üzrə isə 19 nəfər olmaqla, ümumilikdə 500 nəfər təqaüdçü adını qazanıb.
Hər il 500 nəfərədək Azərbaycan Respublikası vətəndaşının xaricdə nüfuzlu ali təhsil müəssisələrində bakalavriat, magistratura və doktorantura səviyyələrində təhsil alması təmin olunur. 2022-ci ildən bəri 1752 nəfər proqram çərçivəsində bu hüququ qazanıb.
Elm və Təhsil Nazirliyi peşə təhsilinin inkişafı istiqamətində də ardıcıl addımlar atır. 2020–2021-ci tədris ilində peşə təhsilində 15 min tələbə oxuyurdusa, 2026–2027-ci illərdə bu sayın 28 minə çatdırılması hədəflənir. 2025–2026-cı ildə qəbul edilən tələbələrin 75 faizi dövlət sifarişi ilə təhsil alacaq. Qəbul yerlərinin 60 faizi regionlara, 40 faizi isə Bakı şəhərinə ayrılıb. İdarəetmə və maliyyələşmə mexanizminin təkmilləşdirilməsi məqsədilə 9 müəssisədə adambaşına maliyyələşmə sistemi tətbiq edilir.
Beləliklə, istər məktəbəqədər, istərsə də ümumi və ali təhsilin inkişafı istiqamətində həyata keçirilən islahatlar sayəsində təlim-tədris mühiti daha da yaxşılaşdırılır. Bu isə təhsilin müasir dövrün tələblərinə uyğunlaşdırılmasına möhkəm zəmin yaradır.
Xəbər lenti
Hamısına baxXəbər lenti
20 Aprel 11:02
Gündəm
20 Aprel 10:56
Dünya
20 Aprel 10:45
İqtisadiyyat
20 Aprel 10:26
Dünya
20 Aprel 10:19
Dünya
20 Aprel 09:51
Dünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59
Elm
19 Aprel 07:55
Elm
19 Aprel 07:31
Siyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Siyasət
18 Aprel 17:23
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57

