Kardioloq: Güclü maqnit qasırğaları zamanı ürək ən həssas orqana çevrilir
08.11.2025 [19:20]
ABŞ-ın Milli Okean və Atmosfer Administrasiyasının (NOAA) məlumatına əsasən, Yer kürəsi hazırda G3 səviyyəsində qiymətləndirilən güclü geomaqnit qasırğası yaşayır. Qasırğa maqnitlənmiş plazmanın güclü axını nəticəsində yaranıb. Bu fəallığın əsas səbəbi Günəşin 11 illik aktivlik dövrünün pik nöqtəsinə, yəni “Günəş maksimumu” fazasına daxil olmasıdır ki, bu da Günəş alovlarının sayının artmasına gətirib çıxarır. ABŞ Kosmik Hava Proqnozu Dövlət Mərkəzi xəbərdarlıq edib ki, qasırğa artıq Yerə təsir göstərir və növbəti bir neçə gün ərzində bu hal davam edəcək.
Bakı Dövlət Universitetinin fizika fakültəsinin astrofizika kafedrasının məlumatına görə, noyabrın 7-də yüksək enliklərdə maqnit qasırğasının gücü 10 ballıq Kp şkalası üzrə 6–7 bal təşkil edib, növbəti günlərdə isə bu göstərici tədricən azalaraq normal səviyyəyə qayıdacaq. Orta enliklərdə, o cümlədən Azərbaycanda, noyabrın 7-də maqnit qasırğasının gücü 6 bal olub və yaxın günlərdə də azalaraq fon səviyyəsinə enəcəyi gözlənilir.
Güclü geomaqnit qasırğaları zamanı xüsusilə meteohəssas insanların sağlamlığında problemlər yarana bilər. Müşahidələr və elmi araşdırmalar göstərir ki, Günəşdəki mövcud fəallıq qan dövranının zəifləməsinə, qan təzyiqinin dəyişməsinə, aritmiyaya və tromb yaranması riskinin artmasına səbəb ola bilər. Bu isə xroniki ürək-damar xəstəlikləri olan şəxslər üçün xüsusi təhlükə yaradır.
AZƏRTAC-ın müxbiri ilə söhbətində Səhiyyə Nazirliyinin akademik C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru, professor Gülnaz Dadaşova meteohəssas insanların bu dövrdə qarşılaşdıqları problemlər barədə ətraflı danışıb.

“Güclü maqnit qasırğaları zamanı ürək insan orqanizmində ən həssas orqana çevrilir. Ürək və beyin elektromaqnit mərkəzlər kimi fəaliyyət göstərdiyindən, maqnit qasırğaları ilk növbədə ürək-damar sisteminə təsir göstərir. Bu təsiri xüsusilə aritmiyaya, yüksək təzyiqə və stresə meyilli insanlar daha güclü hiss edirlər. Maqnit qasırğası zamanı bədəndə yaranan narahatlığı “görünməz təzyiq” kimi təsvir etmək olar, bu, vizual olaraq görünmür, lakin tədricən damarlara və sinir sisteminə sıxıcı təsir göstərir”, – deyə kardioloq bildirib.
Onun sözlərinə görə, hamilə qadınlar bu dövrdə daha həssas olurlar: “Hamiləlik zamanı ürəyin fəaliyyəti güclənir, çünki o, iki nəfərin qan dövranını təmin edir. Maqnit qasırğaları zamanı oksigen dövranında və təzyiqdə cüzi dəyişikliklər müşahidə oluna bilər. Qadınlar zəiflik, ürəkbulanma, yuxusuzluq və əsəbilik hiss edə bilərlər. Sağlam hamilələr üçün bu hallar təhlükə yaratmır, belə ki, onlara sadəcə dincəlmək və sakitlik lazımdır. Lakin ürək-damar və təzyiq problemi olan hamilələr bu günlərdə xüsusilə ehtiyatlı olmalıdırlar.”
Professor meteohəssas insanlara sakitliyi qorumağı tövsiyə edib: “Həddən artıq çox danışmaq, mübahisə etmək və əsəbiləşmək ürəyi yorur. Orqanizmdə balansı saxlamaq üçün kifayət qədər su içmək vacibdir. Su, belə demək mümkünsə, bədənin maqnit izolyasiyası rolunu oynayır. Qəhvə və enerji içkilərindən uzaq durmaq, onların əvəzində yaşıl çay və ya kakao qəbul etmək tövsiyə olunur. Dərin nəfəs məşqləri ürək ritmini sabitləşdirməyə və əzələ gərginliyini azaltmağa kömək edir. Sinə ağrısı və ya nəbzin sürətlənməsi hiss edilərsə, dərhal həkimə müraciət etmək lazımdır”, – deyə G. Dadaşova vurğulayıb.
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13

