Şəkidə MDB ölkələrinin muzey mütəxəssisləri üçün regional təlim keçirilib
01.11.2013 [15:34]
Oktyabrın 31-də Şəki şəhərindəki “Şəki-Palas” otelinin konfrans zalında MDB ölkələrinin muzey mütəxəssisləri üçün “Muzey xidməti ziyarətçilərə keyfiyyətli qulluğun əsası və muzeyin sosial rolunun gücləndirilməsinin faktoru kimi” mövzusunda regional təlim keçirilib.
Tədbirdə Azərbaycan Respublikası, həmçinin Rusiya Federasiyası, Belarus, Ukrayna, Moldova, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistandan gəlmiş muzey mütəxəssisləri, təlimçilər və ekspertlər iştirak ediblər.
AzərTAc xəbər verir ki, tədbiri şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov açaraq mühüm əhəmiyyətə malik olan regional təlimin Şəkidə keçirilməsinin heç də təsadüfi olmadığını bildirib. Qonaqların diqqətinə çatdırılıb ki, Azərbaycanın ən qədim şəhərlərindən Şəki orta əsrlər Şərq yaşayış məntəqələrinə məxsus olan şəhərsalma mədəniyyətini özündə qoruyub saxlayan bənzəri olmayan bir şəhərdir. Şəki şəhəri və rayonu ərazisində dövlət qeydiyyatına götürülmüş 84 tarix və mədəniyyət abidəsi var.
UNESCO-nun Moskva ofisinin mədəniyyət proqramı mütəxəssisi Lyubava Moreva bir gün əvvəl “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda, sonra isə Şəkidə keçirilən bu təlimlərin UNESCO və MDB Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun (DHƏF) birgə layihəsi çərçivəsində MDB ölkələrinin muzey mütəxəssisləri üçün “Muzeylərin idarə olunması - XXI əsr: UNESCO/İCOM-un tematik regional treninqləri və muzey menecmenti potensialının inkişafı sahəsində MDB ölkələri ekspertlərinin görüşü” regional təlimlərinin davamı olaraq təşkil edildiyini diqqətə çatdırıb.
Qeyd olunub ki, təlim yerli tarixi-etnoqrafik muzeylərin sosial rolunun gücləndirilməsi, onların fəaliyyətinə dəstək verilməsi, muzey əməkdaşlarının işinin daha da yaxşılaşdırılması məqsədi daşıyır. Təlim DHƏF ilə əməkdaşlıq çərçivəsində sosial-ekoloji mərkəz olan “Ekosfera”, UNESCO üzrə Azərbaycan Milli Komissiyası, Mədəniyyət və Turizm Nazirliyi, Şəki şəhər İcra Hakimiyyəti və digər əlaqədar qurumların birgə təşkilatçılığı ilə keçirilir.
Təlim zamanı 2011-ci ildə müvafiq dövlət qurumlarının dəstəyi ilə UNESCO-nun Moskva ofisi tərəfindən həyata keçirilmiş “Şəki regionunun davamlı inkişafı üçün mədəni, turizm və təhsil ehtiyatlarının 2011-2015-ci illər üçün səfərbər olunması” üzrə sektorlararası layihənin təqdimatı da olub.
Daha sonra təlim iştirakçıları mövzu ilə bağlı sessiyalara qatılıblar. Ziyarətçilərin mədəni-idrak, elmi, estetik, yaradıcılıq, əyləncə, istirahət və digər ehtiyaclarının təminatına istiqamətlənmiş muzey xidmətlərinin keyfiyyətinin yüksəldilməsi, muzeylərin sərgi kimi fəaliyyətləri, planlaşdırma və dizaynın müasir tələbləri, konseptual yanaşmalar, auditoriyanın təşəbbüslərinə, özfəaliyyət və yaradıcı inkişafına stimul verən elmi proqramların və muzey işinin interaktiv formalarının işlənməsi, muzeylərin yerli ictimaiyyətlə işləməsi, muzeylərin qeyri-maddi mədəni irsin qorunması və inkişaf etdirilməsində rolu və digər məsələlər sessiyaların əsas müzakirə mövzusu olub.
Təlim çərçivəsində iştirakçılar XVIII əsrə aid tarix-memarlıq abidəsi - Şəki xanlarının sarayı ilə tanış olub, muzeylərə baş çəkib, şəhərin görməli yerlərini gəziblər.
Xəbər lenti
Hamısına baxSosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54
YAP xəbərləri
03 İyul 10:48
İqtisadiyyat
03 İyul 10:46
Analitik
03 İyul 10:44
Sosial
03 İyul 10:25
Dünya
03 İyul 09:47
Dünya
03 İyul 09:22
Dünya
03 İyul 08:50
Dünya
03 İyul 08:34
İqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34

