1 iyun - Uşaqları Beynəlxalq Müdafiə Günü Qaradağda təntənə ilə qeyd olunub
03.06.2014 [09:15]
Heydər Əliyev Fondunun dəstəyi ilə Qaradağ rayonu, Lökbatan qəsəbəsindəki “Qaradağ” şadlıq evində 1 iyun - Uşaqları Beynəlxalq Müdafiə Günü münasibəti ilə xüsusi qayğıya ehtiyacı olan, əlil və kimsəsiz uşaqlar üçün bayram şənliyi keçirilib. Tədbirdə Qaradağ rayon İcra Hakimiyyəti başçısı Süleyman Mikayılov, rayon İcra Hakimiyyətinin məsul işçiləri, Sağlamlıq imkanları məhdud olan uşaqlar üçün 9 saylı Xüsusi internat məktəbi, 39 nömrəli Kardiorevmotoloji Uşaq Sanatoriyası və “Müşfiq” Əlil Uşaqlara Yardım İctimai Birliyinin uşaqları iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Qaradağ rayon İcra Hakimiyyəti başçısı Süleyman Mikayılov cəmiyyətimizin həssas və kövrək zümrəsi olan uşaqların ölkəmizdə daim yüksək qayğı, diqqət və nəvazişlə əhatə olunduqlarını bildirib. O, qeyd edib ki, Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş dövlət uşaq siyasəti ölkəmizdə uşaqların hərtərəfli və ahəngdar inkişafının təmin edilməsinə yönəlib: “İnkişaf yolu ilə irəliləyən Azərbaycanda tikilən tibb ocaqları, təhsil müəssisələri, idman-sağlamlıq kompleksləri uşaqların istifadəsinə verilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2008-ci il 22 dekabr tarixli Sərəncamı ilə 2009-cu ilin “Uşaq ili” elan edilməsi də Azərbaycan dövlətinin uşaqlara sonsuz qayğısının bariz təzahürü sayılmalıdır. Uşaq hüquqlarının qorunması istiqamətində həyata keçirilən çoxşaxəli təşəbbüslərin uğurla reallaşdırılmasında Heydər Əliyev Fondu da böyük işlər görür. Fondun təhsil və səhiyyənin bir sıra problemlərinin həlli, yeni məktəblərin inşası, körpələr evi və internat məktəblərinin əsaslı təmiri və yenidən qurulması prosesində yaxından iştirakı, Azərbaycanın gələcəyi olan uşaqlara yüksək qayğı nümunəsi olması, uşaqların intellektual inkişafı, onların yüksək mədəniyyətə malik sağlam insanlar kimi böyüyüb boya-başa çatması üçün mühüm əhəmiyyətə malik layihələr həyata keçirir”.
Daha sonra tədbirdə uşaqlar cizgi film qəhrəmanlarının, illuziyaçıların, klounların göstərdikləri nömrələri maraqla izləyiblər. Tədbir tanınmış incəsənət xadimlərinin çıxışları ilə davam edib. Tədbirdə iştirak edən hər bir uşağa Heydər Əliyev Fondu tərəfindən geyim dəstləri paylanıb.
Eyni zamanda, “Cırtdan” uşaq əyləncə parkında davam edən tədbir hər bir uşağın könlünü oxşayıb, onlara unudulmaz bayram sevinci bəxş edib. Körpələr pulsuz atraksionlardan istifadə edərək xoş anlar yaşayıblar. Tədbirdə iştirak edən hər bir uşaq diqqətdən kənar qalmayaraq müxtəlif növ hədiyyələr alıblar.
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39

