1 iyun - Uşaqları Beynəlxalq Müdafiə Gününə həsr olunmuş tədbir keçirilib
03.06.2014 [09:17]
Nərimanov rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayon ərazisində yerləşən psixonevroloji uşaq evində 1 iyun - Uşaqları Beynəlxalq Müdafiə Gününə həsr olunmuş bayram tədbiri keçirilib.
AzərTAc xəbər verir ki, rayon rəhbərliyinin, psixonevroloji uşaq evinin həkimlərinin və burada müalicə alan uşaqların qatıldığı tədbiri açan Nərimanov rayon İcra Hakimiyyəti başçısının müavini İradə Mahmudova əlamətdar gün münasibətilə təbriklərini çatdırıb, xəstəliyə düçar olmuş uşaqlara peşəkar həkim heyəti tərəfindən göstərilən diqqət və qayğını yüksək qiymətləndirib.
O, uşaqların müalicəsi üçün yaradılan şəraitə görə Prezident İlham Əliyevə və Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya minnətdarlığını bildirib. Vurğulanıb ki, uşaqların qayğısız böyüməsi, yüksək standartlara cavab verən təlim-tərbiyə və tibbi xidmətlərlə təmin olunmaları, əlverişli sosial mühitdə fiziki və mənəvi baxımdan sağlam yetişməsi, habelə onların öz istedadlarını nümayiş etdirmələri üçün zəruri şəraitin yaradılması Azərbaycan dövlətinin qarşıya qoyduğu əsas məqsədlərdəndir.
Sonra İ.Mahmudova Heydər Əliyev Fondu tərəfindən Nərimanov rayonunda həyata keçirilən layihələr barədə məlumat verib. Bildirilib ki, Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə əsaslı təmir olunmuş kor və zəif görən uşaqlar üçün Respublika internat orta məktəbinin və onun nəzdində musiqi məktəbinin, Zərifə Əliyeva adına uşaq bağçasının, 6 nömrəli uşaq poliklinikasının, “Ankara məktəbi”nin, psixonevroloji uşaq evinin yeni tikilən korpusunun, yeni inşa olunmuş Respublika Talassemiya Mərkəzinin və məktəb kompleksinin açılışları Mehriban Əliyevanın xüsusi qayğıya ehtiyacı olan uşaqlara məhəbbətinin və qayğısının bariz nümunəsidir.
Psixonevroloji uşaq evinin direktoru İradə Musayeva yaradılan şəraitə görə dövlətimizin başçısı İlham Əliyevə və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya minnətdarlığını bildirib.
Bayram tədbiri uşaq yaradıcılıq qruplarının ifasında maraqlı və əyləncəli konsert proqramı ilə davam etdirilib.
Sonda uşaqlara hədiyyələr paylanıb.
Xəbər lenti
Hamısına baxAnalitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59
Elm
19 Aprel 07:55
Elm
19 Aprel 07:31
Siyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Siyasət
18 Aprel 17:23
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Gündəm
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28

