Azərbaycanın Milli Qəhrəmanı Gültəkin Əsgərovaya həsr edilmiş sənədli filmin təqdimatı olub
21.06.2014 [11:09]
Xəbər verdiyimiz kimi, 26 İyun -Azərbaycan Silahlı Qüvvələri Günü münasibətilə Mədəniyyət və Turizm Nazirliyinin, rayon mədəniyyət və turizm şöbələrinin və Bakı Şəhər İcra Hakimiyyəti Aparatının Kino Xidməti İdarəsinin təşkilati dəstəyi ilə “Milli Qəhrəmanlar” sənədli filmlər həftəsi keçirilir.
AzərTAc xəbər verir ki, iyunun 20-də şəhər İcra Hakimiyyəti Aparatının Kino Xidməti İdarəsi tərəfindən Nizami Kino Mərkəzində Milli Qəhrəman Gültəkin Əsgərovanın xatirəsini anma günü keçirilib və onun haqqında çəkilmiş sənədli filmin təqdimatı olub.
Tədbir bəstəkar Sevda İbrahimovanın bəstələdiyi və vokalçı, musiqişünas Ramil Qasımovun ifa etdiyi “Gültəkin” poeması ilə başlayıb.
Mərasimdə kino xidməti idarəsi rəisinin müavini Cəmil Xəlilov Gültəkin Əsgərovanın keçdiyi döyüş yolundan söz açıb.
Bildirilib ki, Gültəkin Əsgərova hərbi həkim kimi onlarla insanın həyatını xilas edib, 1992-ci il iyunun 20-də Aranzəmin-Naxçıvanik istiqamətində gedən ağır döyüşlərdə öz xidməti borcunu yerinə yetirərkən qəhrəmancasına həlak olub və şəhidlik zirvəsinə ucalıb. Azərbaycan Respublikası Prezidentinin 1993-cü il 20 noyabr tarixli Fərmanı ilə ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.
Mərasimdə Gültəkin Əsgərovanın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Gültəkin Əsgərovanın anası, “Şəhid Anaları” Cəmiyyətinin sədri, pedaqogika üzrə fəlsəfə doktoru Rəfiqə Əsgərovanın “Gültəkin zirvəsi” adlı kitabının təqdimatı da keçirilib.
Milli Qəhrəmanın anası tədbir iştirakçılarına dərin təşəkkürünü bildirib.
Mərasimdə Milli Məclisin deputatı Qənirə Paşayeva, Ombudsman Aparatının mətbuat xidmətinin rəhbəri Zemfira Məhərrəmli, Azərbaycanın tanınmış hərbi diktoru, hərbi vətənpərvərlik mahnılarının ifaçısı Şəmistan Əlizamanlı, filmin rejissoru Kəmalə Musazadə Milli Qəhrəmanın şərəfli ömür yolunun gənc nəslə örnək olduğunu, belə sənədli filmlərin, eləcə də tədbirlərin gənclərin vətənpərvərlik tərbiyəsində mühüm rol oynadığını vurğulayıblar.
Sonda “Gültəkin” sənədli filmi nümayiş etdirilib.
Xəbər lenti
Hamısına baxSosial
02 Oktyabr 14:53
Siyasət
02 Oktyabr 14:32
Sosial
02 Oktyabr 14:32
Siyasət
02 Oktyabr 14:26
Mədəniyyət
02 Oktyabr 14:10
Siyasət
02 Oktyabr 13:49
İqtisadiyyat
02 Oktyabr 13:48
İqtisadiyyat
02 Oktyabr 13:27
Dünya
02 Oktyabr 12:53
Gündəm
02 Oktyabr 12:38
Dünya
02 Oktyabr 12:21
Sosial
02 Oktyabr 11:50
Sosial
02 Oktyabr 11:49
Siyasət
02 Oktyabr 11:45
Gündəm
02 Oktyabr 11:43
Siyasət
02 Oktyabr 11:42
Sosial
02 Oktyabr 11:36
Siyasət
02 Oktyabr 11:34
Siyasət
02 Oktyabr 11:31
Siyasət
02 Oktyabr 11:30
Siyasət
02 Oktyabr 11:27
Siyasət
02 Oktyabr 11:25
İqtisadiyyat
02 Oktyabr 11:24
Siyasət
02 Oktyabr 11:24
Siyasət
02 Oktyabr 11:22
Siyasət
02 Oktyabr 11:20
Sosial
02 Oktyabr 11:16
İqtisadiyyat
02 Oktyabr 10:58
Dünya
02 Oktyabr 10:55
İqtisadiyyat
02 Oktyabr 10:44
Daxili siyasət
02 Oktyabr 10:42
İqtisadiyyat
02 Oktyabr 10:26
Analitik
02 Oktyabr 10:17
Gündəm
02 Oktyabr 10:14
Analitik
02 Oktyabr 09:45
Sosial
02 Oktyabr 09:34
YAP xəbərləri
02 Oktyabr 09:32
Analitik
02 Oktyabr 09:20
Sosial
02 Oktyabr 08:50
MEDİA
02 Oktyabr 08:37
Gündəm
02 Oktyabr 08:10
Dünya
01 Oktyabr 23:14
Dünya
01 Oktyabr 22:35
Dünya
01 Oktyabr 21:50
Dünya
01 Oktyabr 21:22
Dünya
01 Oktyabr 20:45
Dünya
01 Oktyabr 20:17
Dünya
01 Oktyabr 19:54
Dünya
01 Oktyabr 19:20
Sosial
01 Oktyabr 18:32
Dünya
01 Oktyabr 18:14
Dünya
01 Oktyabr 17:33
Sosial
01 Oktyabr 17:12
Hadisə
01 Oktyabr 16:24
Sosial
01 Oktyabr 15:26
Sosial
01 Oktyabr 15:19
Sosial
01 Oktyabr 14:59
YAP xəbərləri
01 Oktyabr 14:58
MEDİA
01 Oktyabr 14:35
YAP xəbərləri
01 Oktyabr 14:30
YAP xəbərləri
01 Oktyabr 14:18
İqtisadiyyat
01 Oktyabr 13:23
Gündəm
01 Oktyabr 12:55
İdman
01 Oktyabr 12:49
Hadisə
01 Oktyabr 12:46
Siyasət
01 Oktyabr 12:27
Yeni texnologiyalar
01 Oktyabr 12:13
Siyasət
01 Oktyabr 12:11
Siyasət
01 Oktyabr 11:43
Sosial
01 Oktyabr 11:16

