Binəqədi gəncləri moldovalı ombudsman Aureli Qriqoriu ilə görüşüb
19.07.2014 [11:07]
İyulun 17-də Moldova Respublikasının ombudsmanı Aureli Qriqoriu Binəqədi rayon İcra Hakimiyyətində olub. Rayon İcra Hakimiyyətinin rəhbərliyi ilə görüş keçirilib və qonağa xatirə hədiyyəsi verilib. Qonağı salamlayan Binəqədi rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Süleymanov A.Qriqoriunun simasında cəsarətli, əzmkar, ədalətli bir şəxsi görməkdən məmnun olduğunu diqqətə çatdırıb. Azərbaycanın haqlı mövqeyinə obyektiv və ədalətli yanaşma nümayiş etdirən moldovalı ombudsman rayon İcra Hakimiyyətinin inzibati binasında işçilər üçün yaradılmış şəraitlə tanış olub, Sakinlərin Müraciəti Xidməti, Operativ idarəetmə otağına baş çəkib, qonağa görülən işlərdə və yaradılan şəraitdə məqsədin vətəndaş məmnunluğunun təmin edilməsi olduğu bildirilib. İ.Süleymanov Azərbaycanın haqq səsini dünya ictimaiyyətinə çatdırmaq istiqamətində yorulmaz fəaliyyətinə görə A.Qriqoriuya təşəkkür edib. Daha sonra Heydər Əliyev adına mədəniyyət və istirahət parkına da baş çəkən qonaqla Yeni Azərbaycan Partiyası (YAP) Binəqədi rayon təşkilatının inzibati binasında görüş keçirilib.
Görüşü giriş sözü ilə açan YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov bildirib ki, Aureli Qriqoriu Azərbaycan reallıqlarının dünya miqyasında yayılmasında böyük xidmət göstərib, Ermənistanın Azərbaycana təcavüzü, Dağlıq Qarabağ və ətraf 7 rayonu işğal etməsi və Xocalı soyqırımı haqqında Ermənistanda “Dondurulmuş münaqişələr zonasında insan hüquqlarının qorunması” mövzusunda keçirilmiş konfransda beynəlxalq ictimaiyyətə geniş məlumat verib, ölkəmizin haqq səsini beynəlxalq birliyə çatdırıb.
Çıxış edən Moldova Respublikasının ombudsmanı Aureli Qriqoriu Binəqədi rayonunda olmaqdan və Binəqədi gəncləri ilə görüşməkdən məmnunluq duyduğunu qeyd edib. O, Azərbaycanı çox sevdiyini və burada ona göstərilən isti münasibəti yüksək qiymətləndirdiyini bildirib.
Tədbirdə çıxış edən Binəqədi rayon Ziyalılar Cəmiyyətinin sədri, Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanması İnstitutunun rektoru Asəf Zamanov moldovalı ombudsmanın İrəvanda Azərbaycanı müdafiə edən çxışının beynəlxalq aləmdə böyük rezonans doğurduğunu qeyd edib.
Sonra tədbir gənclərin moldovalı ombudsman Aureli Qriqoriuya müxtəlif mövzularda onları maraqlandıran suallar verməsi və qarşılıqlı müzakirə şəklində davam edib.
Xəbər lenti
Hamısına baxDünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04

