Ağstafalı şagirdlərin sevinclərinin həddi-hüdudu yoxdur
12.08.2014 [09:47]
“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, “Ölkəmizi tanıyaq” devizi ilə tur-aksiyaya qoşulan ağstafalı şagirdlərin sevinclərinin həddi-hüdudu yoxdur”.
Bu fikirləri avqustun 10-da Ağstafadan Quba-Qusar-Xaçmaz marşrutu üzrə maarifləndirici tur-aksiyaya yola düşən qrupun rəhbəri, rayon təhsil şöbəsinin metodisti İmran Nəsibov AzərTAc-a müsahibəsində bildirib.
O deyib ki, adətən şagirdlər rayon daxilinə, ən yaxşı halda isə qonşu rayonlara ekskursiyalara gedirlər. Amma indi Prezident İlham Əliyevin tapşırığına əsasən onlar üçün bütün Azərbaycanı gəzmək imkanı yaradılıb.
Dörd günlük tur-aksiya müddətində 40 nəfər ağstafalı şagird Azərbaycanın dilbər guşələrindən olan Quba, Qusar və Xaçmaz rayonlarının qədim tarixini, mədəniyyət abidələrini, turizm mərkəzlərini və başqa gəzməli-görməli yerlərini ziyarət edəcək.
Qrupun rəhbəri tur-aksiyanın təşkilinə görə dövlətimizin başçısına minnətdarlıq edərək deyib: “Ulu öndər Heydər Əliyev xalqımızın gələcəyi olan uşaqlara daim diqqət və qayğı göstərib və bu gün uşaqlar Prezident İlham Əliyevin qayğısı sayəsində hərtərəfli inkişaf etmək, Vətənə layiqli vətəndaş kimi yetişmək üçün hər cür imkan əldə ediblər. Şagirdlərimiz üçün Azərbaycanın müxtəlif bölgələrinə maarifləndirici tur-aksiyaların təşkili barədə son tapşırıq da bunun bariz nümunəsidir”.
Tur-aksiyada iştirak edəcək 40 şagird və müşayiətçilər Ulu öndərin Ağstafa şəhərindəki Heydər Əliyev Mərkəzinin qarşısında ucaldılmış abidəsi önünə tər çiçək dəstələri qoyaraq xatirəsini ehtiramla yad ediblər.
Sonra onlar Quba-Qusar-Xaçmaz marşrutu üzrə tur-aksiyada iştirak etmək üçün yola düşüblər.
Xəbər lenti
Hamısına baxDünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59
Elm
19 Aprel 07:55
Elm
19 Aprel 07:31
Siyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Siyasət
18 Aprel 17:23
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Gündəm
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43

