Gədəbəy məktəbliləri ölkəmizin dilbər guşələrinə təşkil edilən tur-aksiyadan məmnundurlar
14.08.2014 [09:36]
Avqustun 13-də Gədəbəy şəhərində bu rayonun məktəblilərindən ibarət qrupun Quba-Qusar-Xaçmaz marşrutu üzrə tur-aksiyada iştirak etmək üçün ölkəmizin şimal bölgəsinə yola salınması mərasimi keçirilib.
AzərTAc xəbər verir ki, rayon rəhbərlərinin, təhsil işçilərinin, həmçinin valideynlərin iştirakı ilə keçirilən yolasalma mərasimində çıxış edən rayon icra hakimiyyəti başçısının müavini Qüdrət Paşayev, təhsil şöbəsinin müdiri Baxış Nağıyev, valideynlərdən Nuru Rəsulov və başqaları bu aksiyanın əhəmiyyətindən danışıblar. Onlar Prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən bu tədbir zamanı məktəblilərin Azərbaycanın dilbər guşələri haqqında ətraflı məlumat toplamaq imkanı qazanacaqlarını diqqətə çatdırıblar.
Qrupun tərkibində Quba-Qusar-Xaçmaz tur-aksiyasında iştirak edən Slavyanka kənd 1 nömrəli orta məktəbin IX sinif şagirdi Röyal İsmayılov və Zamanlı kənd orta məktəbinin IX sinif şagirdi Elçin İsayev deyiblər ki, gündən-günə gözəlləşən respublikamız artıq inkişaf etmiş ölkələrlə rəqabət aparır. Hər gün televiziya kanallarından müxtəlif yeniliklər barədə məlumat alırıq. Sevinirik ki, respublikamızın şimal bölgəsində baş verən yenilikləri öz gözlərimizlə görəcəyik. Buna görə gənclərin dostu, Azərbaycanın daha da çiçəklənməsi naminə yorulmaq bilmədən çalışan Azərbaycan Prezidentinə minnətdarıq.
Qrupun rəhbəri, Gədəbəy rayon Təhsil Şöbəsinin metodisti Səxavət Quliyev “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyanın əhəmiyyətindən danışaraq deyib: “Bu aksiya dövlət başçısının növbəti uğurlu təşəbbüsüdür. Gənc nəslin inkişafına daim qayğı ilə yanaşan Azərbaycan Prezidentinin bu təşəbbüsü sayəsində şagirdlərin yaşadıqları ölkə, onun dilbər guşələri haqqında geniş məlumatı olacaqdır. Tur-aksiya zamanı onlar maddi-mədəniyyət nümunələrini, bölgələrin sürətli inkişafını öz gözləri ilə görəcəklər. Mən Gədəbəy məktəbliləri adından bu mühüm aksiyanın keçirilməsinə görə dövlətimizin başçısına minnətdarlığımı bildirirəm”.
Sonra Quba-Qusar-Xaçmaz marşrutu üzrə tur-aksiyada iştirak edən Gədəbəy məktəbliləri ölkəmizin şimal bölgəsinə yola düşüblər.
Xəbər lenti
Hamısına baxDünya
28 Sentyabr 19:50
Dünya
28 Sentyabr 19:24
Dünya
28 Sentyabr 19:09
Sosial
28 Sentyabr 18:37
Sosial
28 Sentyabr 18:35
Sosial
28 Sentyabr 18:34
Dünya
28 Sentyabr 18:16
İdman
28 Sentyabr 18:11
Siyasət
28 Sentyabr 17:39
Dünya
28 Sentyabr 17:31
Dünya
28 Sentyabr 17:22
YAP xəbərləri
28 Sentyabr 16:40
Dünya
28 Sentyabr 16:31
YAP xəbərləri
28 Sentyabr 16:23
Xəbər lenti
28 Sentyabr 16:12
Elanlar
28 Sentyabr 15:59
Sosial
28 Sentyabr 15:30
Dünya
28 Sentyabr 15:19
Elanlar
28 Sentyabr 15:16
Sosial
28 Sentyabr 14:31
Dünya
28 Sentyabr 14:25
Din
28 Sentyabr 14:03
İdman
28 Sentyabr 13:55
Sosial
28 Sentyabr 13:41
Dünya
28 Sentyabr 13:30
Sosial
28 Sentyabr 13:06
Sosial
28 Sentyabr 12:48
Siyasət
28 Sentyabr 12:44
Sosial
28 Sentyabr 12:34
Sosial
28 Sentyabr 12:33
Dünya
28 Sentyabr 12:14
YAP xəbərləri
28 Sentyabr 12:13
Hadisə
28 Sentyabr 12:12
Sosial
28 Sentyabr 12:12
İqtisadiyyat
28 Sentyabr 11:58
Dünya
28 Sentyabr 11:26
Xəbər lenti
28 Sentyabr 11:18
YAP xəbərləri
28 Sentyabr 11:17
Mədəniyyət
28 Sentyabr 11:05
Gündəm
28 Sentyabr 11:04
Sosial
28 Sentyabr 10:40
Sosial
28 Sentyabr 10:39
Dünya
28 Sentyabr 10:39
YAP xəbərləri
28 Sentyabr 10:17
YAP xəbərləri
28 Sentyabr 10:05
YAP xəbərləri
28 Sentyabr 10:02
YAP xəbərləri
28 Sentyabr 10:00
YAP xəbərləri
28 Sentyabr 09:55
Dünya
28 Sentyabr 09:45
Hadisə
28 Sentyabr 09:17
Dünya
28 Sentyabr 08:50
Dünya
28 Sentyabr 08:23
Siyasət
28 Sentyabr 07:24
Xəbər lenti
27 Sentyabr 23:33
Hərbi
27 Sentyabr 23:11
Siyasət
27 Sentyabr 22:25
İdman
27 Sentyabr 21:39
Dünya
27 Sentyabr 20:18
Siyasət
27 Sentyabr 20:00
Dünya
27 Sentyabr 19:21
Dünya
27 Sentyabr 18:35
YAP xəbərləri
27 Sentyabr 17:45
Dünya
27 Sentyabr 17:18
Dünya
27 Sentyabr 16:32
Sosial
27 Sentyabr 15:17
YAP xəbərləri
27 Sentyabr 14:06
Dünya
27 Sentyabr 13:19
Dünya
27 Sentyabr 12:38
Dünya
27 Sentyabr 11:20
Siyasət
27 Sentyabr 10:46

