Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində növbəti “Məlumat mübadiləsi saatı” keçirilib
28.08.2014 [09:48]
Avqustun 27-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) “Məlumat mübadiləsi saatı”nın növbəti iclası keçirilib.
Nazirlikdən AzərTAc-a bildirdilər ki, iclas ƏƏSMN-in əhalinin sosial təminatının gücləndirilməsi, sosial xidmətlərin çeşidinin və keyfiyyətinin artırılması, əmək hüquqlarının təminatına dövlət nəzarəti sisteminin təkmilləşdirilməsi sahələrində aparılan işlər, bu sahələrdə yeni yanaşmaların tətbiqi barədə məlumatların mübadiləsinə həsr olunub.
İclası giriş sözü ilə açan əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Prezident İlham Əliyev tərəfindən sosial cəhətdən həssas əhali qruplarına göstərilən diqqət və qayğıdan söz açıb, ölkənin sosial təminat və sosial xidmətlər sisteminin təkmilləşdirilməsi istiqamətində mütərəqqi dünya təcrübəsi əsasında mühüm işlərin aparıldığını vurğulayıb.
Qeyd edib ki, ötən ilin dekabrı da daxil olmaqla son 9 aya yaxın dövrdə Prezident tərəfindən ölkə əhalisinin sosial təminatının gücləndirilməsinə xidmət edən 12 Fərman və Sərəncam imzalanıb. Həmin sənədlər sosial cəhətdən həssas əhali qruplarına dövlət qayğısının əhəmiyyətli şəkildə artmasına səbəb olub. Bununla yanaşı, bizim üçün prioritet məsələlərdən biri dövlət qayğısının aztəminatlı əhali təbəqələrinə çatdırılması sistemini şəffaflıq prinsipi və müasir texnologiyalar əsasında davamlı olaraq təkmilləşdirməkdir. Bu istiqamətdə ən mühüm addımlardan biri ünvanlı dövlət sosial yardımının təyinatı prosesinin avtomatlaşdırılmasıdır. Bu məqsədlə xüsusi işçi qrup tərəfindən yeni layihə hazırlanıb. Qeyd olunan layihənin pilot ərazilərdə tətbiqinin nəticələri əsasında ünvanlı sosial yardım haqqında qanunvericiliyə dəyişikliklər edilməsi nəzərdə tutulur.
Nazir cari il iyulun 1-dən işə salınan əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sisteminə də toxunub. Bildirib ki, artıq 300 minə yaxın əmək müqaviləsi bildirişi yeni sistemdə qeydiyyatdan keçib və işəgötürənlər arasında aparılan çoxşaxəli məlumatlandırma işlərinin müsbət nəticəsi olaraq, hər gün qeydiyyatdan keçən bildirişlərin sayı əvvəlki günə nisbətən xeyli çox olur.
S.Müslümov qeyd olunan sahələrdə aparılan işlər, yeni bilik və təcrübələrlə bağlı bu iclasda məlumat mübadiləsinin “beyinlərin hücumu” metodu ilə mövcud problemlərin həllinin ən optimal variantını tapmaqda, ümumi məlumatlılıq səviyyəsinin yüksəlməsində, görülən işlərdə vahid və əlaqəli yanaşma prinsipinin güclənməsində mühüm önəm kəsb etdiyini vurğulayıb.
Nazirliyin aparatının Sosial təminat siyasəti şöbəsinin müdiri Səbinə Cəfərova və nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavini Məhərrəm Məhərov tərəfindən iclasın mövzusuna uyğun sahələrlə bağlı təqdimatlar olub, ayrı-ayrı suallar cavablandırılıb.
İclasda görülən işlərlə bağlı fikir mübadilələri aparılıb.
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39

