Mətbuat Şurasının sədri BSU-da tələbələrlə görüşüb
03.10.2014 [09:21]
Oktyabrın 1-də Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov Bakı Slavyan Universitetində (BSU) jurnalistika ixtisası üzrə təhsil alan tələbələrlə görüşüb. BSU-nun Jurnalistika və Azərbaycan filologiyası fakültəsinin dekanı, filologiya üzrə fəlsəfə doktoru, dosent Səfər Məmmədov qonağı salamlayaraq tələbələrlə belə görüşlərin mütəmadi keçirilməsinin vacibliyini bildirib. S.Məmmədov Azərbaycan jurnalistikası üçün peşəkar kadrların yetişdirilməsində BSU-nun rolunu xüsusi vurğulayıb.
Tələbələr qarşısında “Müasir medianın inkişaf xüsusiyyətləri və perspektivlər” mövzusunda mühazirə ilə çıxış edən Ə.Amaşov Azərbaycanda kütləvi informasiya vasitələrinin fəaliyyəti, inkişaf istiqamətləri və gələcək layihələr barədə məlumat verib.
Çap mediası ilə bərabər hazırda elektron medianın sürətlə inkişaf etdiyini xatırladan Əflatun Amaşov mövcud sahədəki durumdan söz açıb: “XXI əsr informasiya əsridir. Statistik rəqəmlərə görə, hazırda Azərbaycanda əhalinin 70 faizinin internetə çıxışı var. Bu mənada insanların informasiya əldə etmək imkanları daha da genişlənir. Çap mediası ilə yanaşı, elektron KİV də sürətlə inkişaf edir. Yadınızdadırsa, bu ilin iyul-avqust aylarında cəbhə xəttində gərginlik müşahidə edildi. Məhz həmin ərəfədə bəzi media orqanlarının, xüsusilə internet saytların qeyri-peşəkar xəbər siyasəti diqqət çəkdi. Hərbi texnikaların hərəkəti, yerdəyişməsi və s. ilə bağlı verilən informasiyalar, yayılan məlumatlar böyük təcrübəsizliyin nəticəsi idi”.
Ə.Amaşov bildirib ki, bu günlərdə Prezident İlham Əliyev “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ermənistan Respublikası Silahlı Qüvvələri ilə təmas xəttində bəzi təhlükəsizlik tədbirləri haqqında” Sərəncam imzalayıb: “Sərəncamdan irəli gələn tapşırıqların icrası ilə əlaqədar Mətbuat Şurasının üzərinə mühüm vəzifələr düşür. Sənəddə qeyd edilir ki, Azərbaycan Mətbuat Şurasına tövsiyə olunsun ki, hərbi sahədə Azərbaycan Respublikasının milli təhlükəsizliyinə xələl gətirə bilən məlumatların kütləvi informasiya vasitələrində və internet informasiya ehtiyatlarında, o cümlədən sosial şəbəkələrdə yayılmasının qarşısının alınması məqsədi ilə kütləvi informasiya vasitələri və əhali arasında təbliğat-izahat işini təşkil etsin. Hesab edirəm ki, nəinki media nümayəndələri, hər bir vətəndaş üçün dövlətin təhlükəsizliyinin təmin edilməsi başlıca şərtdir”.
Mətbuat Şurasının sədri jurnalistikada peşəkarlığın artırılması sahəsində görülən işlərdən də bəhs edib. O, bildirib ki, bu ildən jurnalistika ixtisası üzrə ali məktəblərə qəbul zamanı qabiliyyət imtahanlarının verilməsi mövcud istiqamətdə atılan mühüm addımdır: “Mətbuat Şurası yeni layihələr həyata keçirmək niyyətindədir. Belə ki, jurnalistika ixtisası üzrə təhsil alan tələbələrə təqaüdlərin verilməsi, xüsusi proqram əsasında ildə 3-5 nəfərin Avropa universitetlərində təhsil alması, təcrübə keçməsini təmin etmək və s. gələcək perspektiv vəzifələr sırasındadır”.
Siyasi elmlər üzrə fəlsəfə doktoru, Bakı Slavyan Universitetinin dosenti, Mətbuat Şurası İdarə Heyətinin üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə çıxışında jurnalistlər arasında peşəkarlıq səviyyəsinin artırılması, müxtəlif istiqamətlər üzrə ixtisaslaşma kimi məsələlərin əhəmiyyətini önə çəkib. O bu cür görüşlərin tələbələrin nəzəri və təcrübi biliklərinin artırılmasında mühüm rol oynadığını vurğulayıb.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39

