/ / IV Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçıları ilə Bakı Slavyan Universitetində görüş keçirilib
IV Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçıları ilə Bakı Slavyan Universitetində görüş keçirilib
04.10.2014 [11:03]
Oktyabrın 2-də IV Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçılarının bir qrupu Bakı Slavyan Universitetinin (BSU) qonağı olub. Almaniyadan gələn Bakı Beynəlxalq Humanitar Forumunun Multikulturalizm “dəyirmi masa”sının “Kitabi Dədə Qorqut - Nibelunqlar” panelinin iştirakçıları prof. dr. Hendrik Bushoten, prof. dr. Aksel E.V. Müller, prof. dr. Hans Yürqen Şoyer və dr. Ute Obhof BSU-nun V.f.Humboldt adına tədris və mədəniyyət mərkəzində Roman-German filologiyasının tələbə və müəllim heyəti ilə görüşüblər. Görüşdə qonaqlar qədim və orta əsr alman ədəbiyyatı və əlyazmaları haqqında çıxış ediblər. Almanların “Nibelunqlar nəğməsi” “Kitabi-Dədə Qorqud” dastanı ilə müqayisəli şəkildə müzakirə edilib. Qonaqlar tələbə və müəllimləri maraqlandıran suallara ətraflı şəkildə cavab veriblər.
Oktyabrın 3-də isə Bakı Slavyan Universitetində Forumun iştirakçıları tələbə və müəllimlər üçün seminar, ustad dərsləri və “dəyirmi masa”larda iştirak ediblər. Yaponiyanın Osaka Universitetinin dosenti Takayuki Yokotamurakami “Qərb və Şərq dastanlarının müqayisəsi” mövzusunda çıxış edib, Qərb və Şərq dastanlarının fərqli və oxşar cəhətlərindən danışıb. O, qeyd edib ki, bu baxımdan Yaponiya və Azərbaycan dastanlarında da xeyli ümumi məqamlar mövcuddur. Burada həm süjet xətti və kompozisiya oxşarlığının, həm də adı çəkilən dastanların simli musiqi alətlərinin müşayiəti ilə təqdim olunmasının böyük maraq doğurduğunu qeyd edən qonaq, dastanlarımızın əsas qəhrəmanlarının da xaraktercə bir-birinə çox yaxın olduğunu vurğulayıb.
Rusiya Federasiyasının A.S.Puşkin adına Dövlət Rus Dili İnstitutunun rektoru, pedaqoji elmlər doktoru, dos. Marqarita Nikolayevna Rusetskaya xarici ölkələrdə, o cümlədən rus dilinin öyrədilməsi və işlənmə sferasının genişləndirilməsi perspektivləri və bununla bağlı açılan yeni imkanlar haqqında iştirakçılara geniş məlumat verib. N.Rusetskaya rus dilinin tədrisi ilə bağlı yeni distant təhsil layihəsini təqdim edib. Onun sözlərinə görə, bu layihədə bütün maraqlı ölkələr iştirak edə bilər. Qonaq deyib ki, artıq bu layihədə tərəfdaş kimi doqquz ölkə yer alıb. O, bu layihənin BSU-da həyata keçirilməsində maraqlı olduqlarını xüsusi vurğulayıb və bildirib ki, Puşkin adına Rus Dili İnstitutu və BSU arasındakı mövcud əməkdaşlıq müqaviləsinin müddətinin uzadılmasına və müqaviləyə yeni bəndlərin əlavə olunmasına ehtiyac yaranıb.
Rusiyanın birinci Prezidenti B.N.Yeltsin adına Ural Federal Universitetinin İctimai və Siyasi Elmlər İnstitutunun Avropa tədqiqatları kafedrasının müdiri, tarix elmləri doktoru, prof. Aleksandr Qennadyeviç Nesterov isə tarixin fəlsəfəsi, tarix elminin ümumi problemləri, müasir tarixşünaslığın nailiyyətləri və problemləri, mövcud geosiyasi vəziyyət, tarix elminin siyasiləşdirilməsi və bu elm sahəsindəki saxtakarlıqlar haqqında ustad dərsi keçib.
Tacikistan Respublikasının sabiq xarici işlər naziri Xanroxon Zarifi keçirdiyi ustad dərsində Tacikistanın dünya siyasi xəritəsində yeri, bu ölkənin daxili və xarici siyasət kursu haqda məlumat verib, Moskva Dövlət Linqvistik Universiteti Ədəbiyyat kafedrasının müdiri, prof. Aleksandr Petroviç Bondarev isə “Konflikt bədii əsərdə süjetyaratma reallığı kimi” mövzusunda ustad dərsi aparıb.
BSU-nun rektoru Asif Hacıyev Forumun iştirakçısı olan İsrailin Hayfa Universitetinin rektoru prof. David Faracini qəbul edib. Səmimi keçən görüşdə universitetlərarası dialoq və əməkdaşlıq planları müzakirə olunub.
Xəbər lenti
Hamısına baxDünya
21 İyul 21:20
Dünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15
Dünya
21 İyul 19:45
Dünya
21 İyul 19:17
Siyasət
21 İyul 18:36
Dünya
21 İyul 18:20
Siyasət
21 İyul 17:41
YAP xəbərləri
21 İyul 17:10
YAP xəbərləri
21 İyul 16:49
Elanlar
21 İyul 16:33
Gündəm
21 İyul 16:29
Gündəm
21 İyul 15:52
YAP xəbərləri
21 İyul 15:47
Hadisə
21 İyul 15:32
Elm
21 İyul 15:32
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:30
Siyasət
21 İyul 15:04
Gündəm
21 İyul 14:26
Gündəm
21 İyul 14:08
Gündəm
21 İyul 12:47
Müsahibə
21 İyul 12:00
İqtisadiyyat
21 İyul 11:55
Ədəbiyyat
21 İyul 11:50
Gündəm
21 İyul 11:40
Gündəm
21 İyul 11:03
Mədəniyyət
21 İyul 10:59
Turizm
21 İyul 10:54
Dünya
21 İyul 10:41
İqtisadiyyat
21 İyul 10:21
Dünya
21 İyul 10:17
Analitik
21 İyul 10:16
Dünya
21 İyul 09:53
Analitik
21 İyul 09:38
Ədəbiyyat
21 İyul 09:25
Dünya
21 İyul 09:22
Dünya
21 İyul 08:39
Dünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48

