/ / Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçıları Gəncədə keçmişlə müasirliyin vəhdətinə heyran qalıblar
Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçıları Gəncədə keçmişlə müasirliyin vəhdətinə heyran qalıblar
09.10.2014 [09:58]
IV Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçılarından bir qrupu Gəncədə olub.
AzərTAc xəbər verir ki, Gəncə Beynəlxalq hava limanında böyük qonaqpərvərliklə qarşılanan görkəmli elm və dövlət xadimləri, Nobel mükafatı laureatları şəhər mərkəzinə gələrək müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə gül dəstələri qoyublar.
Sonra qonaqlar dahi Azərbaycan şairi Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər. Şairin 870 illik yubileyi ərəfəsində məqbərə ətrafında aparılan yenidənqurma işləri ilə tanış olan forum iştirakçıları Nizami muzeyində toplanmış eksponatlara baxıb, xatirə kitabına ürək sözlərini yazıblar.
Şəhərlə tanışlığı Şah Abbas məscidində, Cavad xan türbəsində, Çökək hamam tarixi-memarlıq abidəsində davam etdirən forum iştirakçıları Gəncədə keçmişlə müasirliyin vəhdətinə heyranlıqla tamaşa ediblər.
Forum iştirakçıları daha sonra Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Mirzə Şəfi Vazehin 220 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfransda iştirak ediblər. Heydər Əliyev Mərkəzində təşkil olunmuş konfransdan əvvəl qonaqlar burada Ulu öndərin həyat və siyasi fəaliyyətini, həmçinin, dünyanın müxtəlif ölkələrində keçirdiyi görüşləri əks etdirən fotoşəkillərə baxıblar.
Konfransı giriş sözü ilə açan Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev IV Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçılarından ibarət nümayəndə heyətini salamlayaraq bu mötəbər tədbirin yüksək səviyyədə keçməsində göstərdikləri dəstəyə görə minnətdarlığını bildirib. E.Vəliyev Mirzə Şəfi Vazehin 220 illik yubileyi ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Gəncədə görülən işlər barədə məlumat verərək qeyd edib ki, qısa vaxt ərzində bir çox xarici ölkələrin arxivlərindən şairin əlyazmalarının surətləri gətirilib. Mirzə Şəfi Vazehin heykəli ucaldılıb, həyat və fəaliyyətini əks etdirən muzey yaradılıb. Həmçinin, şairin adını daşıyan istirahət parkı salınıb, əsərləri nəfis şəkildə nəşr edilib.
Sonra Vazehşünas alim Akif Bayramovun “Mirzə Şəfi Vazeh yaradıcılığının tədqiqi məsələləri”, AMEA-nın Gəncə bölməsinin akademik katibi Fuad Əliyevın “Millətlər və mədəniyyətlərarası dialoq” mövzularda məruzələri dinlənilib.
Konfransda Macarıstanın Zeged Universiteti orta əsr araşdırmalar şöbəsinin müdiri İştvan Zimoni, Tacikistan Elmlər Akademiyasının Dil, Ədəbiyyat, Şərqşünaslıq və Yazılı İrs İnstitutunun professoru xanım Lola Dodxudoyeva, ABŞ-ın Kaliforniya Universitetinin Slavyan, Şərqi Avropa və Avrasiya tədqiqatları üzrə kitabxanasının elmi işçisi Liladhar R.Pends, Özbəkistan Milli Universitetinin professoru Hamidullah Baltabayev çıxış edərək Mirzə Şəfi Vazeh irsinin tədqiqi və araşdırılması istiqamətində həyata keçirdikləri işlərdən danışıblar.
Xəbər lenti
Hamısına baxDünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34

