Naxçıvanda Heydər Əliyev adına tam orta məktəbin yaradılmasının 10 illik yubileyi qeyd olunub
23.10.2014 [10:25]
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 2014-cü il avqustun 21-də “Heydər Əliyev adına tam orta məktəbin yaradılmasının 10 illiyinin qeyd olunması haqqında” Sərəncam imzalayıb və yubileylə bağlı Tədbirlər Planını təsdiq edib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AzərTAc-a bildirilib ki, Tədbirlər Planına əsasən oktyabrın 22-də Heydər Əliyev adına tam orta məktəbin 10 illik yubileyi keçirilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov və tədbir iştirakçıları əvvəlcə Ümummilli lider Heydər Əliyevin məktəbin həyətindəki abidəsinin önünə tər güllər düzüb, dahi şəxsiyyətin xatirəsini dərin ehtiramla yad ediblər.
Yubiley tədbirində çıxış edən Ali Məclisin Sədri Vasif Talıbov Heydər Əliyev adına məktəbin 10 illiyi münasibətilə kollektivi və muxtar respublikanın bütün təhsil ictimaiyyətini təbrik edərək deyib: “2004-cü ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə istifadəyə verilən Heydər Əliyev adına tam orta məktəb şərəfli inkişaf yolu keçib. Açılış mərasimində çıxış edən ölkə rəhbəri demişdir: “Bu məktəbin tikintisi xalqımızın Ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə başlanmışdır. Ümummilli lider bu məktəbin tikintisinə çox böyük diqqətlə yanaşırdı, istəyirdi ki, bu təhsil ocağı Azərbaycanda bir nömrəli məktəb olsun. O, bu məktəbin dünya standartlarına cavab verməsini istəyirdi. Bu gün biz hamımız şadıq ki, məktəb Heydər Əliyevin istədiyi kimi tikilib və istifadəyə verilib”.
Hörmətli Prezidentimizin təhsil və tədrisin təşkili ilə bağlı qarşıya qoyduğu vəzifələr bu gün məktəbin kollektivi tərəfindən uğurla icra olunur. Ötən müddətdə xalqımızın zəngin maarifçilik ənənələrini layiqincə davam etdirən məktəb təlim-tərbiyə və tədris işinin təşkilində, təhsilli və vətənpərvər gənclərin yetişdirilməsində böyük nailiyyətlər qazanıb. İndiyədək məktəbin 362 məzunu olub. Onların 98 faizi və ya 300 nəfəri ali məktəblərə, 57 nəfəri ali hərbi, xüsusi təyinatlı ali məktəblərə və Heydər Əliyev adına Hərbi Liseyə, eləcə də orta ixtisas təhsili müəssisələrinə qəbul olunub. 2007-2008-ci tədris ilində “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinin qalibi olan Heydər Əliyev adına tam orta məktəb əldə etdiyi uğurlu nəticələrə görə muxtar respublikanın digər təhsil ocaqları üçün bir nümunə səviyyəsinə çatıb”.
Ali Məclisin Sədri muxtar respublikada təhsilin inkişafına verdiyi töhfələrə, savadlı, vətənpərvər və intellektli gənc nəslin yetişdirilməsi sahəsindəki səmərəli fəaliyyətinə görə Heydər Əliyev adına məktəbin kollektivinə təşəkkürünü bildirib.
Heydər Əliyev adına tam orta məktəbin direktoru Namiq Məmmədov çıxış edərək deyib ki, Ümummilli liderin davamçılarını yetişdirmək şərəfli vəzifədir. Məktəbin pedaqoji kollektivi bu vəzifənin məsuliyyətini dərindən dərk edir.
Tədbirdə məktəbin şagirdi Şükür Babayev Ümummilli lider Heydər Əliyevə həsr olunmuş şeiri bədii qiraət edib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun 2014-cü il 21 oktyabr tarixli Sərəncamına əsasən məktəbin 2 müəllimi “Naxçıvan Muxtar Respublikasının Əməkdar Müəllimi” fəxri adına layiq görülüb.
Ali Məclisin Sədri təltif olunanlara fəxri adların vəsiqəsini və döş nişanlarını təqdim edib, məktəbin bir qrup müəllim və şagirdlərini noutbuklarla, kompyuter dəstləri və qiymətli hədiyyələrlə mükafatlandırıb.
Sonra Ali Məclisin Sədri yenidənqurmadan sonra məktəb binasında yaradılan şəraitlə tanış olub.
Məktəblə tanışlıqdan sonra Ali Məclisin Sədri muxtar respublikanın təhsil ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
Gənclərin hərtərəfli yetişdirilməsinin vacibliyinə toxunan Ali Məclisin Sədri aidiyyəti orqanlara da konkret tapşırıqlar verib.
Xəbər lenti
Hamısına baxDünya
23 Aprel 23:30
İqtisadiyyat
23 Aprel 23:11
Dünya
23 Aprel 22:50
Dünya
23 Aprel 22:35
Dünya
23 Aprel 22:19
Dünya
23 Aprel 21:43
Dünya
23 Aprel 21:16
İdman
23 Aprel 21:06
Dünya
23 Aprel 20:58
Dünya
23 Aprel 20:22
Dünya
23 Aprel 19:40
Dünya
23 Aprel 19:31
Dünya
23 Aprel 19:15
İqtisadiyyat
23 Aprel 18:22
Elm
23 Aprel 17:22
Dünya
23 Aprel 17:19
Dünya
23 Aprel 16:28
İqtisadiyyat
23 Aprel 15:51
Dünya
23 Aprel 15:51
Sosial
23 Aprel 15:43
Dünya
23 Aprel 15:32
YAP xəbərləri
23 Aprel 15:25
Sosial
23 Aprel 15:19
Dünya
23 Aprel 14:59
Dünya
23 Aprel 14:25
Sosial
23 Aprel 14:21
Gündəm
23 Aprel 14:13
Sosial
23 Aprel 13:57
Elanlar
23 Aprel 13:52
Sosial
23 Aprel 13:43
Dünya
23 Aprel 13:19
Gündəm
23 Aprel 12:48
Siyasət
23 Aprel 12:47
Dünya
23 Aprel 12:40
Xəbər lenti
23 Aprel 12:14
Dünya
23 Aprel 12:12
Siyasət
23 Aprel 11:56
Gündəm
23 Aprel 11:37
Dünya
23 Aprel 11:10
Sosial
23 Aprel 11:05
MEDİA
23 Aprel 10:52
Sosial
23 Aprel 10:43
Gündəm
23 Aprel 10:30
Analitik
23 Aprel 10:16
Analitik
23 Aprel 09:58
Ədəbiyyat
23 Aprel 09:31
Analitik
23 Aprel 09:14
Sosial
23 Aprel 08:50
Sosial
23 Aprel 08:33
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:49
İdman
23 Aprel 07:41
Dünya
23 Aprel 07:30
Dünya
22 Aprel 23:35
Xəbər lenti
22 Aprel 23:18
İqtisadiyyat
22 Aprel 22:54
İqtisadiyyat
22 Aprel 22:42
Dünya
22 Aprel 22:20
Dünya
22 Aprel 21:49
Siyasət
22 Aprel 21:39
Siyasət
22 Aprel 21:38
Siyasət
22 Aprel 21:38
İdman
22 Aprel 21:33
İqtisadiyyat
22 Aprel 21:15
Siyasət
22 Aprel 21:07
Dünya
22 Aprel 20:58
Gündəm
22 Aprel 20:58
Siyasət
22 Aprel 20:56
Dünya
22 Aprel 20:22

