Azərbaycan tarixinə dəyərli töhfə
25.10.2014 [12:08]
Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin gərgin zəhməti və elmi təfəkkürü hesabına araya-ərsəyə gələn, bir-birindən dəyərli monoqrafiyalar elm adamları ilə yanaşı, sadə oxucuların da böyük maraq dairəsindədir. Bu sanballı əsərlərin hər birində Azərbaycan tarixinin ən qaranlıq, yetərincə tədqiq edilməyən, illərlə həllini gözləyən, obyektiv alim düşüncəsinə ehtiyac duyulan taleyüklü məsələləri öz əksini tapıb. Elə bu səbəbdən də işıq üzü gördüyü gündən istər sadə oxucular arasında, istərsə də yüksək elm dairələrində geniş müzakirələrə səbəb olan bu kitablara olan maraq nəinki azalır, əksinə günbəgün artaraq daha geniş auditoriyaları əhatə edir. Bu cəhətdən Azərbaycan Turizm İnstitutunda da akademik Ramiz Mehdiyevin rus dilində çap olunmuş “Şah İsmayıl Səfəvi: hökmdarın və döyüşçünün portreti” kitabının birinci hissəsinin təqdimatı maraqla qarşılanıb.
AzərTAc xəbər verir ki, tədbirdə çıxış edən institutun rektoru, professor Cəfər Cəfərov akademik Ramiz Mehdiyevin tariximizə güzgü tutan bu kitabının fundamental bir əsər kimi çox böyük əhəmiyyətə malik olduğunu vurğulayıb.
Rektor deyib: “Bu əsər görkəmli dövlət xadimi və sərkərdə, Azərbaycan tarixində ilk mərkəzləşdirilmiş dövlətin - Səfəvilər dövlətinin banisi Şah İsmayıl Səfəvinin (1487-1524) hərbi-siyasi, ideoloji və diplomatik irsinə milli tarix elmimizdə ən bitkin və sistemli baxışın məhsuludur. Akademik R.Mehdiyev bu kitabı yazarkən həm Azərbaycanda, həm də xarici ölkələrdə səfəvişünaslığın əsas nailiyyətlərini nəzərə alıb”.
Yaxın vaxtlarda kitabın ikinci hissəsinin də nəşr olunacağı bildirilib.
Diqqətə çatdırılıb ki, “Şah İsmayıl Səfəvi: hökmdarın və döyüşçünün portreti” kitabı yeddi fəsildən ibarətdir. Müəllifin toxunduğu məsələlərin vacibliyi və əhatə dairəsi barədə tam təsəvvür yaranması üçün həmin fəsillərin adlarını sadalamaq kifayətdir: “Qərəzsiz və nifrətsiz”, “Səfəvilər sülaləsinin etnik mənsubiyyəti”, “Səfəviyyə” ordeninin yaranması və siyasiləşməsi”, “Səfəvilərin ideologiyası. Şiəlik və qızılbaşlıq siyasi mübarizə vasitələri kimi”, “İsmayıl tərəfindən Azərbaycan torpaqlarının birləşdirilməsi və Səfəvilər dövlətinin yaranması”, “Şah İsmayılın böyük dövləti: hərbi və siyasi sistemə baxış”, “Şah İsmayıl Səfəvi və Azərbaycan mədəniyyətinin və dilinin çiçəklənməsi”.
Tədbirdə çıxış edənlər əminliklə bildiriblər ki, akademik Ramiz Mehdiyevin tarixi əsərlərindən sonra Azərbaycan tarixinə, onunla bağlı olan hadisələrə azərbaycançılıq mövqeyindən yanaşılması prosesi daha da genişlənəcək və dərinləşəcək. Çıxışlarda belə bir fikir vurğulanıb ki, “Şah İsmayıl Səfəvi: hökmdarın və döyüşçünün portreti” kitabı Azərbaycan tarixini öyrənənlər üçün çox dəyərli və etibarlı mənbədir. O da qeyd edilib ki, “Şərq-Qərb” nəşriyyat evində çapdan çıxmış bu kitab mütəxəssislərin - tarixçilərin və şərqşünasların, habelə geniş oxucu kütləsinin marağına səbəb olacaq.
Xəbər lenti
Hamısına baxDünya
21 İyul 23:35
Dünya
21 İyul 22:47
Dünya
21 İyul 22:20
Dünya
21 İyul 21:50
Dünya
21 İyul 21:20
Dünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15
Dünya
21 İyul 19:45
Dünya
21 İyul 19:17
Siyasət
21 İyul 18:36
Dünya
21 İyul 18:20
Siyasət
21 İyul 17:41
YAP xəbərləri
21 İyul 17:10
YAP xəbərləri
21 İyul 16:49
Elanlar
21 İyul 16:33
Gündəm
21 İyul 16:29
Gündəm
21 İyul 15:52
YAP xəbərləri
21 İyul 15:47
Hadisə
21 İyul 15:32
Elm
21 İyul 15:32
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:30
Siyasət
21 İyul 15:04
Gündəm
21 İyul 14:26
Gündəm
21 İyul 14:08
Gündəm
21 İyul 12:47
Müsahibə
21 İyul 12:00
İqtisadiyyat
21 İyul 11:55
Ədəbiyyat
21 İyul 11:50
Gündəm
21 İyul 11:40
Gündəm
21 İyul 11:03
Mədəniyyət
21 İyul 10:59
Turizm
21 İyul 10:54
Dünya
21 İyul 10:41
İqtisadiyyat
21 İyul 10:21
Dünya
21 İyul 10:17
Analitik
21 İyul 10:16
Dünya
21 İyul 09:53
Analitik
21 İyul 09:38
Ədəbiyyat
21 İyul 09:25
Dünya
21 İyul 09:22
Dünya
21 İyul 08:39
Dünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57

