Uşaqların Ümumrespublika Forumu uşaqların ictimai fəallığının artırılmasında vacib rol oynayır
21.11.2014 [09:35]
Xəbər verdiyimiz kimi, Bakıda Uşaqların III Ümumrespublika Forumu keçirilib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Heydər Əliyev Fondu və BMT-nin Uşaq Fondunun (UNICEF) birgə təşkilatçılığı ilə keçirilən tədbirdə ölkə üzrə bütün şəhər və rayonları təmsil edən 350-yə yaxın uşaq iştirak edib.
Forumda yetişməkdə olan gənc nəsildə liderlik keyfiyyətlərinin aşılanması və uşaqların şəxsiyyət kimi formalaşmasında belə tədbirlərin əhəmiyyəti yüksək qiymətləndirilib, qeyd olunub ki, Azərbaycanda dövlət uşaq siyasəti artıq milli strategiya kimi formalaşmaqdadır.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin uşaq problemləri şöbəsinin müdiri Cəmilə Bağırova iki ildən bir keçirilən forumun həm də hər bir uşağın onu düşündürən, narahat edən məsələləri dilə gətirməsinə, problemlərin birgə həlli yollarını araşdırmasına imkan verdiyini deyib. O bildirib ki, məhz bu forumlar istedadlı uşaqların üzə çıxmasında vacib rol oynayır. Bu forumlar uşaqların öz bacarıqlarını nümayiş etdirmək üçün bir vasitəyə çevrilib. Həmçinin, Forum uşaqların ictimai fəallığının artırılmasında, iştirak hüququnun təmin edilməsində mühüm əhəmiyyətə malikdir.
Tədbirin ən kiçik yaşlı iştirakçısı, Bakı Oksford Məktəbinin 3-cü sinif şagirdi Nigar Quliyeva özünə yeni dostlar tapdığını bildirib. Nigar Quliyeva yalnız iştirakçı deyil, həm də beşinci qrupun nümayəndəsi olduğundan Forumun sonunda Azərbaycan uşaqlarının Prezidentə ünvanladığı müraciəti ən kiçik nümayəndə kimi oxumağından məmnunluqla danışıb.
Nizami rayonundakı “Zəngi” liseyinin şagirdi Heydər Məmmədli, Nərimanov rayonundan nümayəndə Aysel Cəfərova və Bakının 6 nömrəli məktəb-liseyinin şagirdi Heydər Əliyev Bakıda üçüncü dəfədir ki, keçirilən bu tədbirə böyük həvəslə hazırlaşdıqlarını, onları düşündürən problemləri müzakirə edərək gələcəkdə öz həllini tapmaq üçün forumun gündəliyinə salındığını vurğulayıblar. Onlar bu gün bəlkə də hər bir uşağı düşündürən məsələlərin Azərbaycanda forum səviyyəsində müzakirələrə çıxarılmasını həm də, uşaqlara olan diqqət kimi dəyərləndiriblər.
Xatırladaq ki, uşaqların öz hüquqları ilə bağlı qərarların qəbul edilməsində iştirakını təmin etmək, onlara öz problemləri ilə bağlı təşəbbüslərlə çıxış etmək və təkliflər vermək imkanı yaratmaq, həmçinin, ictimaiyyətin diqqətini uşaq hüquqlarının qorunmasına yönəltmək məqsədilə 2009-cu ildə Azərbaycan Uşaqlarının I, 2011-ci ildə II Ümumrespublika Forumu keçirilib.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
15 İyul 16:46
YAP xəbərləri
15 İyul 16:38
YAP xəbərləri
15 İyul 16:32
YAP xəbərləri
15 İyul 16:31
Siyasət
15 İyul 16:21
Elanlar
15 İyul 16:20
Mədəniyyət
15 İyul 16:17
Gündəm
15 İyul 16:16
Sosial
15 İyul 15:58
YAP xəbərləri
15 İyul 15:49
Siyasət
15 İyul 15:29
Sosial
15 İyul 15:27
Dünya
15 İyul 14:25
İqtisadiyyat
15 İyul 13:33
İdman
15 İyul 12:51
İqtisadiyyat
15 İyul 12:49
YAP xəbərləri
15 İyul 12:09
Siyasət
15 İyul 11:56
Siyasət
15 İyul 11:55
Sosial
15 İyul 11:30
Sosial
15 İyul 11:30
Gündəm
15 İyul 11:14
Siyasət
15 İyul 11:13
YAP xəbərləri
15 İyul 10:43
Gündəm
15 İyul 10:41
Maraqlı
15 İyul 10:39
Siyasət
15 İyul 10:38
İqtisadiyyat
15 İyul 10:30
Gündəm
15 İyul 10:21
Xəbər lenti
15 İyul 10:19
Ədəbiyyat
15 İyul 10:01
Dünya
15 İyul 09:58
Ədəbiyyat
15 İyul 09:37
YAP xəbərləri
15 İyul 09:33
MEDİA
15 İyul 09:30
İdman
15 İyul 08:46
Dünya
14 İyul 23:29
Dünya
14 İyul 23:10
Dünya
14 İyul 22:45
YAP xəbərləri
14 İyul 22:23
YAP xəbərləri
14 İyul 22:19
Dünya
14 İyul 22:19
Sosial
14 İyul 21:50
İqtisadiyyat
14 İyul 21:24
İqtisadiyyat
14 İyul 21:10
YAP xəbərləri
14 İyul 20:48
Dünya
14 İyul 20:43
Gündəm
14 İyul 20:33
Dünya
14 İyul 20:32
Müsahibə
14 İyul 20:18
Dünya
14 İyul 19:58
Maraqlı
14 İyul 19:22
Dünya
14 İyul 19:09
Dünya
14 İyul 18:26
Sosial
14 İyul 18:12
Dünya
14 İyul 17:33
Siyasət
14 İyul 17:27
Dünya
14 İyul 17:19
Dünya
14 İyul 16:57
Dünya
14 İyul 16:19
Dünya
14 İyul 15:31
Gündəm
14 İyul 14:58
İqtisadiyyat
14 İyul 14:41
Sosial
14 İyul 14:40
Sosial
14 İyul 14:40
Elm
14 İyul 14:37
YAP xəbərləri
14 İyul 14:31
YAP xəbərləri
14 İyul 14:28
YAP xəbərləri
14 İyul 14:24
Dünya
14 İyul 14:20

