“Orta əsrlər Bərdəsinin tanınmış alimləri” mövzusunda elmi-praktik konfrans keçirilib
21.11.2014 [09:54]
Bərdədə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Bərdə rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə məşhur Azərbaycanlı alim Əhməd bin Harun Bərdəlinin vəfatının 1100 illiyinə həsr olunmuş “Orta əsrlər Bərdəsinin tanınmış alimləri” mövzusunda elmi-praktik konfrans keçirilib.
AzərTAc xəbər verir ki, konfransda çıxış edən Bərdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev Bərdənin qədim tarixi, abidələri, görkəmli şəxsləri barədə məlumat verib.
Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidmətinin məsləhətçisi Sərraf Hüseynov gənclərin inkişafı üçün reallaşdırılan layihələrdən danışıb.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Səyyad Salahlı Ümummilli liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulmuş dövlət-din münasibətlərindən bəhs edib.
Konfransda AMEA Şərqşünaslıq İnstitutunun elmi işçisi İlkin Əlimuradovun “Şərqin böyük azərbaycanlı alimi Əhməd bin Harun Bərdəli”, AMEA-nın Əlyazmalar İnstitutunun şöbə müdiri professor Möhsün Nağısoylunun “Bərdənin tanınmış orta əsr alimləri”, Bərdə şəhər Cümə məscidinin axundu Hacı Ramazan Hüseynovun “Bərdə İmamzadəsi - dini və mənəvi irsimizin yadigarı” mövzularında məruzələri dinlənilib.
Məruzələrdə Bərdənin qədim tarixi, görkəmli şəxsiyyətlərindən, Şərqin böyük azərbaycanlı alimi Əhməd bin Harun Bərdəlinin həyat və fəaliyyətindən danışılıb. Qeyd olunub ki, orta əsr Bərdə alimlərindən Əbubəkr Əhməd Bərdici, Əbu Səid Əhməd Bərdəi, Əbubəkr Əbüləziz ibn Həsən Bərdəi, Məkki Bərdəi, Əbubəkr Məhəmməd bin Bərdəi, Sədrəddin Sədullah, Bərdəi, Qazi Mühyiddin Bərdəi, Mühyiddin Məhəmməd Bərdəi, Şeyx İbrahim Gülşəni Bərdəi kimi görkəmli alimlər Bərdədə doğulub böyüsələr də sonradan təhsil almaq üçün xilafətin mərkəzi olan Bağdada və Şərqin digər elm mərkəzlərinə üz tutmuş və Vətəndən uzaqda yaşamışlar.
Bildirilib ki, orta əsr tanınmış alimlərindən biri olan Əhməd bin Harun Bərdəli IX əsrdə Bərdədə dünyaya gəlib, miladi tarixi ilə 914-cü ildə Bağdad şəhərində vəfat edib. Görkəmli hədis alimi olan Əhməd bin Harun Bərdəli Yaxın Şərq ölkələrini gəzərək təhsilini artırıb, Nişapur, Bağdad və Məkkədə yaşayıb. Mənbələrin verdiyi məlumata görə o, sakin olduğu yerlərdə həm öyrənib, həm də öyrədib. Alimin altı adda kitabı olsa da, dövrümüzə qədər yalnız iki əsəri gəlib çatıb.
Sonra müzakirələr aparılıb.
Xəbər lenti
Hamısına baxDünya
21 İyul 23:35
Dünya
21 İyul 22:47
Dünya
21 İyul 22:20
Dünya
21 İyul 21:50
Dünya
21 İyul 21:20
Dünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15
Dünya
21 İyul 19:45
Dünya
21 İyul 19:17
Siyasət
21 İyul 18:36
Dünya
21 İyul 18:20
Siyasət
21 İyul 17:41
YAP xəbərləri
21 İyul 17:10
YAP xəbərləri
21 İyul 16:49
Elanlar
21 İyul 16:33
Gündəm
21 İyul 16:29
Gündəm
21 İyul 15:52
YAP xəbərləri
21 İyul 15:47
Hadisə
21 İyul 15:32
Elm
21 İyul 15:32
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:30
Siyasət
21 İyul 15:04
Gündəm
21 İyul 14:26
Gündəm
21 İyul 14:08
Gündəm
21 İyul 12:47
Müsahibə
21 İyul 12:00
İqtisadiyyat
21 İyul 11:55
Ədəbiyyat
21 İyul 11:50
Gündəm
21 İyul 11:40
Gündəm
21 İyul 11:03
Mədəniyyət
21 İyul 10:59
Turizm
21 İyul 10:54
Dünya
21 İyul 10:41
İqtisadiyyat
21 İyul 10:21
Dünya
21 İyul 10:17
Analitik
21 İyul 10:16
Dünya
21 İyul 09:53
Analitik
21 İyul 09:38
Ədəbiyyat
21 İyul 09:25
Dünya
21 İyul 09:22
Dünya
21 İyul 08:39
Dünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57

