ADİU-da YAP-ın 22 illiyinə həsr olunmuş tədbir keçirilib
22.11.2014 [11:59]
Noyabrın 21-də Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 22-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbir iştirakçıları Ümummilli lider Heydər Əliyevin universitetdə ucaldılmış büstü önünə gül dəstələri düzərək, Ulu öndərin xatirəsini ehtiramla yad ediblər.
Tədbiri giriş sözü ilə açan ADİU-nun rektoru, professor Ədalət Muradov bildirib ki, yaradılmasının 22-ci illiyini qeyd edən YAP milli dövlətçilik ənənələrinin formalaşmasında, respublikamızın bir çox ölkə əhəmiyyətli problemlərinin aradan qaldırılmasında həlledici rol oynayaraq xalqımızın tarixinin şərəfli səhifələrindən birinə çevrilib.
Onun sözlərinə görə, 1992-ci il noyabrın 21-də Ümummilli lider Heydər Əliyevin xeyir-duası ilə yaradılan YAP qısa vaxt ərzində təşkilatlanaraq ölkənin ən güclü siyasi partiyasına çevrildi: “Bu partiya Azərbaycan dövlətçiliyinin, onun dövlət müstəqilliyinin, bu günün və sabahın qarantı demək idi. Ulu öndər Heydər Əliyevin qeyd etdiyi kimi - Yeni Azərbaycan Partiyası vətəndaşlarımıza və dünya ictimaiyyətinə sübut etdi ki, o, siyasi fəaliyyət göstərməyə, Azərbaycanın taleyüklü məsələlərini həll etməyə qadir bir partiyadır... Ona görə də Yeni Azərbaycan Partiyası yaşayacaq, inkişaf edəcək, xalqımızı, müstəqil dövlətimizi xoşbəxt gələcəyə aparacaq”.
Rektor Ulu öndərin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyevin və Onun rəhbərliyi ilə YAP-ın fəaliyyətində Azərbaycan gənclərinin hərtərəfli inkişafının, onların ölkənin ictimai-siyasi, sosial-mədəni həyatındakı rolunun artmasının, idarəçilik strukturlarında geniş təmsil olunmasının prioritet istiqamətlərdən olduğunu qeyd edib. O, həmçinin, bu sahədə Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın birbaşa təşəbbüsü və təşkilatçılığı ilə həyata keçirilən layihələr və proqramların xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Tədbirdə çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə Ümummilli liderimiz Heydər Əliyevin uğurlu daxili və xarici siyasəti nəticəsində Azərbaycanın güclü, qüdrətli dövlətə çevrildiyini deyib. Bildirib ki, bu gün Ümummilli liderimizin əsasını qoyduğu inkişaf siyasəti möhtərəm Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və Azərbaycanı dünya miqyasında nüfuzlu söz sahibinə çevirib. Prezident İlham Əliyevin inkişaf siyasəti Azərbaycanın dünyanın ən sürətlə inkişaf edən ölkələr sırasında yer tutmasını şərtləndirib. Bu siyasətin əsasında insan amili dayanır və Azərbaycan güclü, müasir və nüfuzlu dövlət kimi tanınır.
YAP Səbail rayon təşkilatının sədrinin müavini Muxtar Nağıyev, YAP Səbail rayon təşkilatının Qadınlar Şurasının sədri Təranə Kərimova, YAP ADİU ərazi təşkilatının sədri Zəfər Bayramov və “Sabah” qrupunun tələbəsi Günay Qarayeva partiyanın keçdiyi şanlı yola nəzər salaraq, bu gün ölkənin iqtisadi və siyasi gücünün xeyli artdığını, partiyanın Prezident İlham Əliyevin Sədrliyi ilə cəmiyyətdə yüksək siyasi nüfuza malik olduğunu diqqətə çatdırıblar.
Tədbirin sonunda YAP sıralarına yeni qəbul olunmuş üzvlərə partiyanın üzvlük vəsiqələri təqdim edilib.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
15 İyul 17:35
YAP xəbərləri
15 İyul 16:46
YAP xəbərləri
15 İyul 16:38
YAP xəbərləri
15 İyul 16:32
YAP xəbərləri
15 İyul 16:31
Siyasət
15 İyul 16:21
Elanlar
15 İyul 16:20
Mədəniyyət
15 İyul 16:17
Gündəm
15 İyul 16:16
Sosial
15 İyul 15:58
YAP xəbərləri
15 İyul 15:49
Siyasət
15 İyul 15:29
Sosial
15 İyul 15:27
Dünya
15 İyul 14:25
İqtisadiyyat
15 İyul 13:33
İdman
15 İyul 12:51
İqtisadiyyat
15 İyul 12:49
YAP xəbərləri
15 İyul 12:09
Siyasət
15 İyul 11:56
Siyasət
15 İyul 11:55
Sosial
15 İyul 11:30
Sosial
15 İyul 11:30
Gündəm
15 İyul 11:14
Siyasət
15 İyul 11:13
YAP xəbərləri
15 İyul 10:43
Gündəm
15 İyul 10:41
Maraqlı
15 İyul 10:39
Siyasət
15 İyul 10:38
İqtisadiyyat
15 İyul 10:30
Gündəm
15 İyul 10:21
Xəbər lenti
15 İyul 10:19
Ədəbiyyat
15 İyul 10:01
Dünya
15 İyul 09:58
Ədəbiyyat
15 İyul 09:37
YAP xəbərləri
15 İyul 09:33
MEDİA
15 İyul 09:30
İdman
15 İyul 08:46
Dünya
14 İyul 23:29
Dünya
14 İyul 23:10
Dünya
14 İyul 22:45
YAP xəbərləri
14 İyul 22:23
YAP xəbərləri
14 İyul 22:19
Dünya
14 İyul 22:19
Sosial
14 İyul 21:50
İqtisadiyyat
14 İyul 21:24
İqtisadiyyat
14 İyul 21:10
YAP xəbərləri
14 İyul 20:48
Dünya
14 İyul 20:43
Gündəm
14 İyul 20:33
Dünya
14 İyul 20:32
Müsahibə
14 İyul 20:18
Dünya
14 İyul 19:58
Maraqlı
14 İyul 19:22
Dünya
14 İyul 19:09
Dünya
14 İyul 18:26
Sosial
14 İyul 18:12
Dünya
14 İyul 17:33
Siyasət
14 İyul 17:27
Dünya
14 İyul 17:19
Dünya
14 İyul 16:57
Dünya
14 İyul 16:19
Dünya
14 İyul 15:31
Gündəm
14 İyul 14:58
İqtisadiyyat
14 İyul 14:41
Sosial
14 İyul 14:40
Sosial
14 İyul 14:40
Elm
14 İyul 14:37
YAP xəbərləri
14 İyul 14:31
YAP xəbərləri
14 İyul 14:28
YAP xəbərləri
14 İyul 14:24

