Azərbaycan Biznes Keys müsabiqəsi başa çatıb
09.12.2014 [09:15]
Dekabrın 7-də ADA Universitetində “ABŞ Təhsilli Azərbaycan Məzunları” İctimai Birliyinin təşkilatçılığı ilə ali məktəb tələbələri arasında Azərbaycan Biznes Keys müsabiqəsinin final mərhələsi keçirilib.
AzərTAc xəbər verir ki, İctimai Birliyin sədr müavini Aynurə Piriyeva layihənin məqsədinin müsabiqəyə qoşulmuş tələbələrin iqtisadi sahələrdə bilik və bacarıqlarını təkmilləşdirmək, bu istiqamətdə praktiki bacarıqlara yiyələnməkdə gənclərə dəstək vermək, onların ölkənin biznes mühitinə cəlb olunmasında vasitəçilik etmək olduğunu deyib.
Bildirilib ki, ölkəmizin qabaqcıl universitetlərini təmsil edən tələbə komandalarının iştirakı ilə 2002-ci ildən keçirilən Azərbaycan Biznes Keys müsabiqəsində gənclər maliyyə, marketinq, mühasibat, texnologiya və idarəetmə kimi sahələrdə qazandıqları biliklərin tətbiqi yolu ilə real biznes problemlərini həll edirlər. Onların işləri Azərbaycanda fəaliyyət göstərən yerli və beynəlxalq qurumların nümayəndələrindən ibarət münsiflər heyəti tərəfindən qiymətləndirilir.
Qeyd edilib ki, İctimai Birlik 2013-cü ildə layihəni genişləndirərək beynəlxalq layihəyə çevirmək öhdəliyini öz üzərinə götürüb. Bu ildən oxşar məzmunlu layihə Gürcüstan Təhsil və Elm Nazirliyinin dəstəklədiyi “British American Tobacco” şirkəti tərəfindən həyata keçirilir.
Azərbaycanın ali təhsil müəssisələrinin 3-cü və 4-cü kurs tələbələrindən və ya magistratura pilləsində təhsil alanlardan ibarət ümumilikdə 29 komanda İctimai Birlik tərəfindən seçilərək layihədə iştirak etmək hüququ qazanıb. Eyni zamanda, “British American Tobacco” Gürcüstanın müxtəlif ali təhsil ocaqlarını təmsil edən komandaların müsabiqədə iştirakına şərait yaradıb. Azərbaycanlı tələbələrdən ibarət 4, gürcü tələbələrdən təşkil olunmuş 2 komanda finala keçmək uğrunda mübarizə aparıb.
Müsabiqənin qalibi Azərbaycan Dövlət İqtisad Universiteti olub.
Qeyd edək ki, layihə PASHA Bank, Azercell, bp, ExxonMobile, P&G, SOCAR-AQS, Deloitte, Ernst&Young, British American Tobacco Caucasus şirkətləri tərəfindən maliyyələşir. Azərbaycanın Təhsil, Gürcüstanın Təhsil və Elm nazirlikləri tərəfindən dəstəklənən layihənin akademik tərəfdaşı ADA Universitetidir. Layihənin media dəstəyini isə ABŞ-ın Bakıdakı səfirliyi həyata keçirir.
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39

