ADİU-da Ümummilli liderin anım gününə həsr olunan tədbir keçirilib
12.12.2014 [10:01]
Dekabrın 11-də Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunan tədbir keçirilib. Tədbir iştirakçıları öncə Fəxri Xiyabana gələrək, xalqımızın Ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət edib, Ulu öndərin məzarı önünə əklil qoyublar.
Daha sonra görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın əziz xatirəsi yad edilib və məzarı önünə gül dəstələri düzülüb.
Anım mərasimi ADİU-nun Heydər Əliyev Mərkəzində davam etdirilib. Tədbirdə öncə Ulu öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra universitetin rektoru, professor Ədalət Muradov çıxış edərək, görkəmli dövlət xadimi Heydər Əliyevin həyat və fəaliyyəti, Azərbaycan Respublikasının müstəqilliyinin qorunub saxlanması və möhkəmlənməsində əvəzolunmaz xidmətləri, ölkəmizə qazandırdığı nailiyyətlər haqqında geniş məlumat verib. Rektor bildirib ki, Ümummilli liderimizin xalqın birliyi yolunda göstərdiyi fəaliyyəti hər bir soydaşımız üçün nümunədir: “Ulu öndərimizin səyi, zəhməti sayəsində respublikamız davamlı iqtisadi inkişaf yoluna qədəm qoydu. 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” Heydər Əliyevin uzaqgörən neft siyasətinin nəticəsi idi. Bu müqavilədən sonra inkişaf etmiş dünya dövlətlərinin Azərbaycana, burada cərəyan edən proseslərə marağı artdı. Ölkədə uğurlu islahatların bünövrəsi qoyuldu. Təhsilimızın səviyyəsinin yüksəlməsi ilə bağlı uğurlarımız, təhsil sahəsində beynəlxalq proqram və layihələrdə iştirakımız məhz Heydər Əliyev siyasətinin parlaq nümunəsidir”.
Rektor qeyd edib ki, bu gün Ulu öndərin siyasi kursu uğurla davam etdirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təhsilə, təhsil işçilərinə diqqət və qayğısı nəticəsində təhsilimizin inkişafı məsələsi öz məzmununu daha da genişləndirir, Azərbaycanın gələcək uğur modelinin əsasını formalaşdırır.
Sonra universitetin professoru Arif Şəkərəliyev məruzə ilə çıxış edərək, Azərbaycan iqtisadiyyatının, elm, təhsil və mədəniyyətinin inkişafında, ölkənin dünya birliyinə inteqrasiyasında Heydər Əliyevin tükənməz xidmətlərinı vurğulayıb, Azərbaycanın bu günü və gələcəyi üçün müəyyənləşdirdiyi inkişaf strategiyasının əhəmiyyətindən danışıb.
Tədbirdə çıxış edən digər iştirakçılar müstəqil Azərbaycan dövlətinin yaranmasında, inkişafında və dünyada tanınmasında Ümummilli lider Heydər Əliyevin əvəzsiz rolundan söz açıblar.
Sonda Ulu öndərin həyat və fəaliyyətinə həsr olunan film nümayiş etdirilib.
Xəbər lenti
Hamısına baxDünya
21 İyul 08:39
Dünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16

