“Azərenerji”də Ümummilli liderin anım mərasimi keçirilib
13.12.2014 [11:47]
Dünən “Azərenerji” ASC-də Ümummilli lider Heydər Əliyevin vəfatının 11-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib. Tədbir iştirakçıları Ulu öndər Heydər Əliyevin “Azərenerji” ASC-nin binasındakı büstü önünə əklil və gül dəstələri qoyub, Onun əziz xatirəsini ehtiramla yad ediblər.
Sonra tədbir qurumun akt zalında davam etdirilib. Çıxış edənlər bütün həyatı boyu Öz xalqına sədaqətlə xidmət etmiş Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi bütün dövrlərdə siyasi, iqtisadi, sosial və mədəni sahələrin hər birində görülən işlər, əldə edilən nailiyyətlər barədə ətraflı danışıblar. O da qeyd olunub ki, sənaye və kənd təsərrüfatının inkişafında, xalqın rifahının yüksəldilməsində, sosial problemlərin həllində elektrik enerjisi sisteminin həlledici rolunu nəzərə alan Ulu öndər respublikaya rəhbərliyi dövründə bu sahənin inkişafını daim diqqətdə saxlayıb, yeni generasiya güclərinin yaradılmasına xüsusi əhəmiyyət verib. Onun təşəbbüsü və bilavasitə iştirakı ilə Azərbaycanda çoxsaylı energetika obyektləri inşa edilərək istismara verilib.
Ümummilli liderimiz müstəqil Azərbaycan dövlətinə rəhbərlik etdiyi dövrdə də respublika iqtisadiyyatının, o cümlədən, enerji sisteminin böhrandan çıxarılması, maddi-texniki bazasının yeniləşdirilməsi və möhkəmləndirilməsi üçün məqsədyönlü tədbirlər həyata keçirilib. Qeyd olunub ki, ümumiyyətlə Ulu öndər Heydər Əliyev respublika iqtisadiyyatının, o cümlədən, enerji sisteminin yenidən qurulmasının təkcə nəzəri banisi deyil, həm də onun işgüzar təşkilatçısı olub. Ümummilli liderin xarici ölkələrə rəsmi və işgüzar səfərlər zamanı apardığı bütün danışıqlarda enerji problemləri, o cümlədən, energetika təsərrüfatının yenidən qurulması ən vacib məsələlər sırasında olub. Danışıqlar zamanı ümumi problemlərin həlli yollarının axtarılması ilə bərabər, konkret energetika obyektlərinin inşası və yenidən qurulması məsələləri də həll edilib. Bütün bunlar isə Azərbaycanda bütün həyat əhəmiyyətli sahələrin dinamik inkişafını təmin edib. Bildirilib ki, hər bir vətəndaşın mənafeyinə cavab verən, təminatlı gələcəyə zəmin yaradan təkmil siyasi kursun davam etdirilməsi bugünkü uğurlarımızı şərtləndirir.
Tədbirin sonunda Ulu öndərin fəaliyyətinə həsr olunmuş film nümayiş etdirilib.
Səlim LOĞMANOĞLU
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40

