Bilik Fondu 2014-cü ilə yekun vurdu
30.12.2014 [09:28]
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunda Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il ərəfəsində Fondun rayon nümayəndələri və könüllülərin iştirakı ilə görüş keçirilib. Bilik Fondunun icraçı direktoru Oktay Səmədov rəhbərlik etdiyi qurumun yaranmasından keçən 7 ay ərzində görülən işlər barədə geniş məlumat verib. Fondun bu müddət ərzində icra olunan layihələri ilə bağlı danışan O.Səmədov 2015-ci ildə bu layihələri davam etdirməklə yanaşı, cəmiyyətin inkişafına təkan olan geniş proqramlara start veriləcəyini də diqqətə çatdırıb: “Bilik Fondunun yarandığı ilk günlərdə Himayəçilik Şurasının üzvü, akademik Kamal Abdullayev bizimlə ardıcıl treninqlər keçirib. Layihələrin uğurlu alınmasında bu treninqlərin xüsusi rolu olub. Himayəçilik Şurasının sədri, AMEA-nın prezidenti, akademik Akif Əlizadə, şura üzvləri Azərbaycan Dövlət İdarəçilik Akademiyasının rektoru, professor Urxan Ələkbərov, Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti Azərpaşa Nemətov, Bakı Slavyan Universitetinin professoru, millət vəkili Sahibə Qafarova və başqa tanınmış ictimai xadimlərin kollektivimizlə görüşləri işimizin səmərəliliyinə birbaşa təsir edib”.
O.Səmədov Bilik Fondunun rayon nümayəndələrinin fəaliyyətinə də diqqət çəkib. Görüşdə Bilik Fondunun dekabrın 2-dən 5-dək Praqada keçirdiyi “Azərbaycanın geologiya elmi Çexiyada” sərgisinin nəticələri barədə bilgilər verilib. Beynəlxalq layihələr sektorunun təqdimatını iştirakçılar müsbət qarşılayıb. Bilik Fondunun rayon nümayəndələri qısa müddət ərzində gördükləri işlərdən bəhs ediblər. Sonda Bilik Fondunun rayon nümayəndələrinin fəaliyyəti yüksək dəyərləndirilib və onlara vəsiqələr, o cümlədən, fondun hədiyyələri təqdim olunub.
Bundan başqa, bayram ərəfəsində Bilik Fondu ilə Azərbaycan Turizm İnstitutu arasında ölkə əhalisinin maarifləndirilməsi və milli-mənəvi dəyərlərin təbliği istiqamətində birgə fəaliyyət göstərilməsi və müştərək layihələrin həyata keçirilməsi məqsədilə Anlaşma Memorandumu imzalanıb. İmzalanma mərasimində çıxış edən icraçı direktor Oktay Səmədov fondun ölkə ərazisindəki ali təhsil ocaqları ilə əməkdaşlığının vacibliyindən danışıb. Azərbaycan Turizm İnstitutunun rektoru, professor Cəfər Cəfərov imzalanan memorandumda əks olunan öhdəliklərə tərəflərin böyük həvəslə əməl edəcəklərinə, bununla da ölkə əhalisinin bilgiləndirilməsinə töhfə verəcəklərinə əminliyini bildirib.
Bilik Fondunun əməkdaşları 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə sağlamlıq imkanları məhdud uşaqlar üçün 12 nömrəli xüsusi internat məktəbini də ziyarət ediblər. İnternat məktəbində təhsil alan şagirdlərə kitab rəfi və 200 adda kitab hədiyyə edilib. Uşaq evinin direktoru Allahverdi Vəliyev fondun bu təşəbbüsünü yüksək qiymətləndirib.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
21 İyul 08:39
Dünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16

