“Kitabi-Dədə Qorqud”la bağlı geniş tədbirlər planı hazırlanır
13.01.2015 [09:54]
Azərbaycan şifahi xalq ədəbiyyatının qədim yazılı abidəsi olan Oğuz türk dastanı - “Kitabi-Dədə Qorqud”un alman şərqşünası, türkoloq Fridrix fon Dits tərəfindən alman dilinə tərcümə olunaraq dünyaya tanıdılması və ilk dəfə tədqiqata cəlb edilməsinin 200-cü ildönümü münasibəti ilə geniş tədbirlər planı hazırlanır.
Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri, akademik Kamal Abdullayevin rəhbərliyi ilə keçirilən müşavirədə bu istiqamətdə müzakirələr aparılıb və tapşırıqlar verilib. Dövlət müşaviri Azərbaycan Prezidenti İlham Əliyevin “Kitabi-Dədə Qorqud” dastanına böyük önəm verdiyini diqqətə çatdırıb: “Kitabi-Dədə Qorqud” abidəsinin açılış mərasimində cənab Prezident dastanı Azərbaycan xalqının milli sərvəti adlandıraraq qeyd edib ki, hər bir azərbaycanlı üçün əziz olan bu əsərdə xalqımızın keçmiş həyat tərzi, məişəti, psixologiyası əks olunub. Prezidentin bu qayğısı, diqqəti Ulu öndər Heydər Əliyevin dastana göstərdiyi münasibətin sədaqətli şəkildə davamı və zamana uyğun inkişafıdır. Cənab Prezident Azərbaycanın bütün mənəvi dəyərləri ilə yanaşı, “Kitabi-Dədə Qorqud” dastanının da təbliğinin, öyrənilməsinin, dünya mədəniyyəti xəzinəsinə daxil edilməsinin tərəfdarı və təşəbbüskarıdır”.
K.Abdullayevin sözlərinə görə, dastanın “Təpəgöz” boyunun 1815-ci ildə Fridrix fon Dits tərəfindən almancaya tərcümə edilərək elmi müstəviyə çıxarılmasının 200-cü ildönümünün dünya səviyyəsində qeyd olunması Azərbaycan tarixi və mədəniyyətinin təbliğində çox önəmlidir. “Bu, Azərbaycan mədəniyyətinin, ədəbiyyatının, multikultural əhvalının dünyaya təqdim formalarından biridir”, - deyən dövlət müşaviri ilkin olaraq “Kitabi-Dədə Qorqud” və fon Dits - 200” adı altında Beynəlxalq Kollokviumun keçirilməsini təklif edib. Yanvarın sonlarında planlaşdırılan Beynəlxalq Kollokviumun təşkilat komitəsi yaradılıb.
Xatırladaq ki, Fridrix fon Dits Yunanıstanda yaranmış bir çox mifoloji süjetlərin məhz “Kitabi-Dədə Qorqud”dan qaynaqlandığını deyib və dastandakı Təpəgöz obrazının Homerin “Odisseya” poemasındakı Polifem obrazı ilə müqayisədə daha qədim olduğunu bəyan edib.
Bu mövzuda paralellər aparan K.Abdullayev vurğulayıb ki, “Nibelunqlar haqqında nəğmə” və “Kitabi-Dədə Qorqud” eposlarının müqayisəli tədqiqi ilə bağlı keçirilmiş konfranslar ermənilərdə qıcıq yaratmışdı: “Azərbaycana qarşı düşmən mövqedə duranların münasibəti bir daha göstərdi ki, cəngavərliyin əks olunduğu dastanlarımızın təbliğatında doğru yol tutmuşuq. Hətta alman germanistləri dastanlar arasındakı bu oxşarlığı araşdırdılar, “Kitabi-Dədə Qorqud” dastanını bizimlə birgə tədqiq və təbliğ etməyə başladılar”.
Dövlət müşaviri “Kitabi-Dədə Qorqud” və fon Dits - 200” proqramı əsasında ilboyu keçiriləcək tədbirlərdə filoloqlarla yanaşı, riyaziyyatçıların, fiziklərin, həkimlərin, mühəndislərin, yəni bütün sahələrin mütəxəssislərinin iştirakına şərait yaradılmasını tövsiyə edib.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40

