BANM-in iki tələbəsi Böyük Britaniyaya göndərilib
14.01.2015 [09:39]
Onlar nüfuzlu Heriot-Vatt Universitetində təhsil alacaqlar
Bakı Ali Neft Məktəbinin (BANM) Neft-qaz mühəndisliyi ixtisasının 3-cü kurs tələbəsi Aidə Soltanova və Kimya mühəndisliyi ixtisasının 3-cü kurs tələbəsi Kamran Əliyev Böyük Britaniyanın nüfuzlu Heriot-Vatt Universitetinin Edinburq kampusunda 1 semestr müddətində öz ixtisasları üzrə təhsil alacaqlar. Bununla əlaqədar olaraq Bakı Ali Neft Məktəbində hər iki tələbənin valideynlərinin də iştirakı ilə tədbir keçirilib. Tədbirdə çıxış edən Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov bildirib ki, tələbələrin Heriot-Vatt Universitetinə təhsil almağa göndərilməsi ali məktəbdə düzgün qurulmuş beynəlxalq əməkdaşlıq sayəsində əldə olunub.
Belə ki, Aidə Soltanova və Kamran Əliyev Böyük Britaniyanın Heriot-Vatt Universiteti ilə BANM arasında əməkdaşlıq müqaviləsi çərçivəsində oxumağa göndərilirlər. Elmar Qasımov bu işlərin Azərbaycan Prezidenti İlham Əliyevin təhsil sahəsinə ayırdığı xüsusi diqqət və qayğısı, eyni zamanda, dövlətimiz tərəfindən aparılan siyasət nəticəsində həyata keçirildiyini deyib. O bildirib ki, bir semestr orada oxuduqdan sonra, təhsillərini başa çatdırmaq məqsədi ilə tələbələr Bakı Ali Neft Məktəbinə qayıdacaqlar. E.Qasımov vurğulayıb ki, bu imkan tələbələr üçün böyük beynəlxalq təcrübə, həmçinin, motivasiya olacaq. Tələbələrə getdikləri ölkənin tarixi, coğrafiyası, mədəniyyəti, adət-ənənələrini də öyrənməyin zəruri olduğunu deyən rektor bildirib ki, yarandığı qısa dövr ərzində ilk dəfədir ki, ali məktəb tərəfindən tələbələr xarici ölkəyə oxumağa göndərilir. Bundan sonra o, BANM-in tələbələrinin hər il müxtəlif ixtisaslar üzrə təhsil almağa göndəriləcəyini bildirib və deyib ki, bu ənənəvi olaraq davam etdiriləcək. Rektor tələbələrin yüksək təhsil və bilik göstərməklə yanaşı, həm də orada təmsil etdikləri ali məktəbin adını və Azərbaycanın bayrağını hər zaman yüksəkdə tutacaqlarından əminliyini bildirib.
Tələbələr Aidə Soltanova və Kamran Əliyev çıxış edərək, həm rektor Elmar Qasımova, həm də BANM-in professor-müəllim heyətinə öz minnətdarlıqlarını bildiriblər. Onlar bu uğurun qazanılmasında BANM-in müasir biliklərə malik savadlı müəllimlərinin böyük xidməti olduğunu deyiblər. Hər iki tələbə getdikləri ölkədə BANM-i və Azərbaycanı yüksək səviyyədə təmsil edəcəklərinə söz veriblər.
Tələbələrin valideynləri də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında dövlətimizin təhsilə qayğısından söz açıb, həmçinin, yaradılan bu imkana görə ARDNŞ-in prezidenti Rövnəq Abdullayevə və BANM-in rektoru Elmar Qasımova, o cümlədən, BANM-in professor-müəllim heyətinə öz minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, Böyük Britaniyanın Heriot-Vatt Universitetində təhsil almaq üçün seçilən tələbələr BANM-də təşkil olunan ingilis dilində hazırlıq proqramında iştirak edərək biliklərini təkmilləşdiriblər və imtahandan müvəffəqiyyətlə keçiblər. Tələbələr Heriot-Vatt Universitetində oxuduqları müddətdə Böyük Britaniyanın təhsil mühiti və tədris proqramları ilə daha yaxından tanış olaraq, nəzəri və praktik biliklərini daha da genişləndirəcək və dünyagörüşlərini artıracaqlar. Tələbələrin beynəlxalq nəqliyyat, eləcə də Heriot-Vatt Universitetində qaldıqları müddətdə yaşayış və təhsil xərcləri Bakı Ali Neft Məktəbi tərəfindən ödəniləcək. Tələbələrə bir semestr boyu BANM tərəfindən aylıq vəsait də ödəniləcək. Tələbələr mayın 22-nə qədər Böyük Britaniyada olacaqlar.
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39

