Hyuston Universiteti SOCAR və BANM ilə əməkdaşlığa hazırdır
15.01.2015 [09:57]
Yanvarın 14-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətində (SOCAR) Hyuston Universitetinin rektoru və prezidenti xanım Renu Xaturun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş olub.
Şirkətin mətbuat xidmətindən AzərTAc-a bildirilib ki, görüşdə SOCAR-ın prezidenti Rövnəq Abdullayev Azərbaycan neftçilərinin hələ qədim dövrlərdən dünya neft sənayesinə verdiyi mühüm töhfələrdən söz açıb, sənaye üsulu ilə ilk dəfə neft hasilatına Bibiheybət mədənlərində başlanıldığını, dəmiryolu, tanker və boru kəmərləri ilə neftin ilk dəfə Azərbaycanda nəql olunduğunu qeyd edib. SOCAR prezidenti XX əsrin əvvəllərində dünya neft burjuaziyasının tanınmış nümayəndələrindən Nobel qardaşları, Rotşild, H.Z.Tağıyev, M.Nağıyev və başqalarının Azərbaycan mədənlərində o dövr üçün innovativ yeniliklər tətbiq etdiklərini bildirib. Azərbaycan neft sənayesi sovet dövründə də inkişafdan qalmayıb, ilk dəfə açıq dənizdə neft çıxarılmasına əfsanəvi “Neft Daşları”nda başlanılıb. R.Abdullayev sovet dövründə açıq üsulla neft hasilatı nəticəsində Abşeronda çirklənmiş torpaqların təmizlənməsi üçün SOCAR tərəfindən həyata keçirilən ekoloji layihələrdən danışıb, Bibiheybətdə təmizlənmiş ərazidə Bakı Ali Neft Məktəbi (BANM) üçün yeni kampus tikildiyini qonaqların nəzərinə çatdırıb.
Prezident İlham Əliyevin “neft kapitalını insan kapitalına çevirək” çağırışına cavab olaraq, azərbaycanlı gənclərin dünyanın nüfuzlu universitetlərində təhsil alması üçün SOCAR tərəfindən genişmiqyaslı layihələrin həyata keçirildiyi, şirkətin vəsaiti hesabına xaricdə təhsil alan 197 məzunun artıq SOCAR-ın müxtəlif strukturlarında çalışdığı qeyd olunub. Bildirilib ki, SOCAR-ın dünya neft bazarındakı mövqeyi, xaricdə həyata keçirdiyi investisiya layihələri, TAP və TANAP kimi irimiqyaslı layihələrə start verilməsi şirkətdə müasir biliklərə yiyələnmiş, ingilis dilli mütəxəssislərə tələbatı artırıb. Bu məqsədlə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə SOCAR-ın nəzdində BANM-ın yaradıldığı, məktəbin qısa müddətdə öz sözünü deməyi bacaran alı təhsil ocağı kimi şöhrət qazandığı qeyd olunub. Burada nəzəri biliklərlə yanaşı praktiki biliklərin də təliminə xüsusi diqqət verilir. Nəzərdə tutulub ki, yeni kampusa köçdükdən sonra qarşıdakı tədris ilindən tələbələrə Bibiheybət mədənlərində nəzəri biliklərini tətbiq etmələri üçün imkan yaradılsın.
Xanım Renu Xatur BANM ilə Hyuston Universiteti arasında əməkdaşlıq imkanlarını araşdırmaq üçün Bakıya səfər etdiklərini bildirib. Qeyd edib ki, rəhbərlik etdiyi universitetdə yenilikçi proqramlara və innovativ layihələrə böyük yer verilir. O, həmin layihələrdə SOCAR və BANM ilə əməkdaşlığa hazır olduqlarını, bundan qürur duyacaqlarını söyləyib. Daha sonra nümayəndə heyətinin üzvləri rəhbərlik etdikləri fakültələrdə həyata keçirilən proqramlar haqqında danışıb, əməkdaşlıq imkanlarını yüksək qiymətləndiriblər.
Xəbər lenti
Hamısına baxSiyasət
21 İyul 17:41
YAP xəbərləri
21 İyul 17:10
YAP xəbərləri
21 İyul 16:49
Elanlar
21 İyul 16:33
Gündəm
21 İyul 16:29
Gündəm
21 İyul 15:52
YAP xəbərləri
21 İyul 15:47
Hadisə
21 İyul 15:32
Elm
21 İyul 15:32
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:30
Siyasət
21 İyul 15:04
Gündəm
21 İyul 14:26
Gündəm
21 İyul 14:08
Gündəm
21 İyul 12:47
Müsahibə
21 İyul 12:00
İqtisadiyyat
21 İyul 11:55
Ədəbiyyat
21 İyul 11:50
Gündəm
21 İyul 11:40
Gündəm
21 İyul 11:03
Mədəniyyət
21 İyul 10:59
Turizm
21 İyul 10:54
Dünya
21 İyul 10:41
İqtisadiyyat
21 İyul 10:21
Dünya
21 İyul 10:17
Analitik
21 İyul 10:16
Dünya
21 İyul 09:53
Analitik
21 İyul 09:38
Ədəbiyyat
21 İyul 09:25
Dünya
21 İyul 09:22
Dünya
21 İyul 08:39
Dünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07

